AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
12 sentyabr 2019
6 864


Təhsil naziri məktəblərdə ictimaiyyəti narahat edən əsas problemləri gündəmə gətirdi



 

   
 
Azərbaycan orta ümumtəhsil məktəblərinin səviyyəsinin yüksək standartlara qaldırılması üçün Təhsil Nazirliyi tərəfindən ardıcıl olaraq işlər həyata keçirilir. Orta təhsil sistemində baş verən neqativ halların qarşısının alınması istqiamətində də nazirlik köklü işlər görür.

Bu gün orta təhsil sahəsində bəzi xoşagəlməz halların mövcud olduğunu və buna qarşı mübarizə tədbirlərinin gücləndirildiyini təhsil naziri Ceyhun Bayramov təhsil işçilərinin respublika konfransında çıxış edərkən qeyd edib. "Müşahidələrimiz onu göstərir ki, bəzi hallarda qəbul edilən normativ qaydalar yerlərdə tam şəkildə icra edilmir. Təhsil sistemində hər şeyin elektron qaydada aparılması neqativ halların sayını azaltsa da, il ərzində keçirilən nəzarət tədbirləri zamanı bir sıra neqativ halların hələ də mövcud olması öz təsdiqini tapıb”.

C.Bayramov onu da deyib ki, bu il ərzində işlərində yol verdikləri nöqsanlarına görə 6 rayon təhsil şöbəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, 10 nəfər rayon təhsil şöbəsinin rəhbəri və 3 nəfər ərazi maliyyə hesablaşma mərkəzinin rəhbəri barəsində işlərində verdiyi nöqsana görə intizam tədbirləri tədbiq edilib.

Bununla yanaşı, 8 nəfər məktəb direktoru, 6 nəfər direktor müavininin əmək müqaviləsinə xitam verilib, 29 nəfər direktor və 37 nəfər direktor müavini barəsində intizam tədbirləri tətbiq edilib. C.Bayramovun sözlərinə görə, 80 nəfər məktəb direktorunun əmək müqaviləsinin uzadılmaması barədə qərar qəbul edilib. Buna səbəb onların nəticələrinin davamlı şəkildə aşağı olmasıdır: "7 hal üzrə materiallar toplanaraq hüquqi qiymət verilməsi üzrə aidiyyəti qurumlara göndərilib. Fikrimcə, bu məsələlərə ciddi yanaşmalıyıq. Bu nöqsanlara yol verən şəxslər öz cəzalarını alacaqlar... Bəzi məktəblərdə arxayınlıq var ki, şagirdlər əlavə hazırlıq hesabına imtahanlara müstəqil hazırlaşa bilərlər. Hesab edirik ki, artıq bu işdə köklü bir yanaşmanın və dəyişikliyin edilməsinin zamanı yetişib” - deyə bildirən nazirin qeyd etdiyinə görə, qarşıda duran vacib məsələlərdən biri bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir: "Ancaq apardığımız təhlillər zamanı fərqli mənzərə görürük. Əfsuslar olsun ki, elə təhsil müəssisələrimiz var ki, onlar bu işi lazımi səviyyədə təmin və təşkil edə bilmirlər. Bu, bir çox məqamlarla özünü təsdiq edir”.

C.Bayramov, həmçinin, vurğulayıb ki, təhsil qanunvericiliyində edilmiş son dəyişikliklər bütün məktəblər üçün yüksək nəticələr əldə etmək imkanları yaradıb. Bu gün şagirdlərin meyl və maraqları hesabına təmayül siniflərinin yaradılması imkanları var: "Eyni zamanda, şagirdlərin təhsillərinin növbəti pilləsində seçdikləri ixtisasa uyğun olmayan fənlərin sayının azaldılması və ya keçirilməməsi, məhz şagirdlərin maraqlarına uyğun fənlərin keçirilməsi imkanları mövcuddur. Bir çox yerlərdə çətinliklər nəzərə alınaraq, təmayül siniflərinin yaradılması üçün 20 şagird deyil, 15 şagirdlə də formalaşdırılmasının qanunvericiliyə daxil edilməsi imkanları daha da genişləndirilir”.

Nadir İsrafilov: "O, ictimai rəyə xüsusi önəm verir və cəmiyyəti məktəblə bağlı narahat edən məsələlərin həlli istiqamətində işlər görür”

Təhsil Nazirliyi yanında yaradılan İctimai Şuranın üzvü, tanınmış təhsil mütəxəssisi Nadir İsrafilov "Bakı-Xəbər”ə bildirdi ki, təhsil nazirinin təhsil işçilərinin respublika konfransında səsləndirdiyi fikirlər onu göstərir ki, orta təhsil sistemində olduqca böyük işlər görülməkdədir. Uzun illər təhsil sahəsində çalışan bir mütəxəssis kimi 7 nazirlə işlədiyini deyən N.İsrafilovun sözlərinə görə, indiyə qədər heç bir nazir C.Bayramov kimi orta təhsil sistemində mövcud olan nöqsanları açıq şəkildə dilə gətirməyib. "Təhsil naziri Ceyhun Bayramov konfransda çox açıq və səmimi danışdı, orta təhsil sistemindəki çatışmazlıqları çox lakonik və məzmunlu formada ifadə etdi. Nazir, eyni zamanda,  qarşıda duran vacib məsələləri xüsusi qeyd etdi. Bunlardan biri də bütün məktəblərdə tam orta təhsil səviyyəsində keyfiyyətli təhsilin təmin edilməsidir. Bu olduqca vacib və aktual məsələdir. Hesab edirəm ki, orta təhsil sistemində mövcud olan neqativ halların qarşısı alındıqca, bu məsələ də təbii şəkildə tənzimlənəcək. Orta təhsil sistemində ciddi islahatlar həyata keçirilir və biz bunu baş verən müsbət dəyişikliklərin fonunda aydın şəkildə müşahidə edirik. Bu sahədə mövcud olan neqativ halların aradan qaldırılması üçün artıq xeyli sayda iş görülüb, işində nöqsanlara yol verən məktəb direktorları, direktor müavinləri, eləcə də bəzi rayon təhsil şöbələrinin müdirləri öz vəzifələrindən xaric edilib. Orta təhsil sistemində vaxtilə mövcud olan süründürməçilik hallarının da qarşısı alınıb. İndi həm 1-ci siniflərə qəbul, həm də şagird köçürülməsi elektron qaydada həyata keçirilir. Bu da sözügedən sahədə şəffaflığın təmin olunmasına xidmət edir. Orta məktəblərdə təhsilin keyfiyyətinin artırılması bu gün çox ciddi məsələdir və bu istiqamətdə də məqsədyönlü işlər həyata keçirilir. Bilirsiniz, bu gün həm mətbuatda, həm də sosial şəbəkələrdə orta təhsil sahəsində neqativlik yaradan məktəb direktorları haqqında xoşagəlməz fikirlər yer alır. Mənim özümə nə qədər insan yazır ki, övladımı məktəbə götürmürlər, bir məktəbdən başqa məktəbə keçməsinə şərait yaradılmır və s. Bizə belə müraciətlər çox edilir. Nazir ictimai rəyə xüsusi önəm verir və cəmiyyəti məktəblə bağlı narahat edən məsələlərin həlli istiqamətində işlər görür. Düşünürəm ki, orta məktəblərdə təhsilin daha yüksək səviyyəyə çatdırılması üçün bütün işlər ardıcıl olaraq həyata keçiriləcək. Nazirin səsləndirdiyi fikirlərdən belə qənaətə gəlmək olar ki, təhsilin keyfiyyətinin artırılması üçün orta təhsil sistemində yeni islahatlar start götürüb. Nazir orta təhsil sisteminin inkişafı ilə bağlı konkret hədəflərin müəyyən edildiyini ortaya qoydu. Bu sahədə köklü işlər görülməkdədir. Çünki bu sahədə şəffaflığın tam təmin olunmasında, eləcə də təhsilin səmərəliliyinin, keyfiyyətinin artırılmasında, orta təhsilin keyfiyyətinin yüksək səviyyəyə çatdırılmasında nazir maraqlıdır və o, bu yöndə çalışır”.

N.İsrafilov qeyd etdi ki, Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması, bu şurada təmsil olunanların mütəxəssislər olmasının da bu sahəyə faydası dəyəcək. Onun sözlərinə görə, nazirin göstərişi ilə yaradılan şuranın əsas məqsədi orta təhsil sistemində mövcud olan problemlərin həll edilməsidir. "Biz mütəxəssislər təhsil sahəsində olan problemlərlə, dərsliklərdəki nöqsanlarla və s. bağlı danışanda əvvəlki nazirlər buna əhəmiyyət vermirdilər, deyirdilər ki, onlar narazı adamlardır. Halbuki, biz orta təhsilin problemlərindən danışırdıq və onun həllinə nail olmaq istəyirdik. Lakin Ceyhun Bayramov bu məsələlərə çox ciddi yanaşır və bu sahədə fəaliyyət göstərir. İctimai Şuranın yaradılması da orta təhsil sistemində mövcud olan problemlərin aradan qaldırılmasına yönəlib. Bəzi təhsil müəssisələri var ki, ora rəhbərlik edən insanlar öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Bunu nazir də qeyd etdi. Əslində isə məktəb rəhbərləri bu sahədə səriştəli olmalıdırlar” - deyə N.İsrafilov vurğuladı. 
 baki-xeber.com
   



Загрузка...
Həmçinin oxuyun:
Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov

Nöqsanlara yol verən 6 Təhsil Şöbəsinin müdiri işdən çıxarılıb - Ceyhun Bayramov

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

“Ümumi təhsil: mövcud vəziyyət və hədəflər” mövzusunda müşavirə

Yeni dərs ilinin əsas hədəfləri.  Ən vacib məsələlərdən biri .

Yeni dərs ilinin əsas hədəfləri. Ən vacib məsələlərdən biri .

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Nazir: "2020-ci ilədək orta məktəblərdə 5000 nəfərədək sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb ediləcək"

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Məktəblərdə telefon qadağan olunsun – TƏKLİF

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Ceyhun Bayramovdan ƏMR

Ceyhun Bayramovdan ƏMR

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Təhsili çökdürən RÜŞVƏT...- TƏHSİL EKSPERTİ

Şagirdlərin dərs yükü bizi narahat edir

Şagirdlərin dərs yükü bizi narahat edir

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

“MƏKTƏBLİNİN DOSTU” Azərbaycanda inqilabdır

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Təhsil naziri İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Ceyhun Bayramov rektorlara tapşırıq verdi

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Xəzər rayonunun təhsil işçiləri ilə görüş

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Təmayül siniflərə şagird qəbulu qaydası dəyişdiriləcək? - RƏSMİ CAVAB

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Təhsil naziri: “5 mindən çox müəllimin maaşı 1000 manatı ötüb”

Təhsil naziri: “5 mindən çox müəllimin maaşı 1000 manatı ötüb”

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

Cabbarovun dostlarının və qohumlarının məhv etdiyi Azərbaycan təhsili - XAOS

"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" - Ceyhun Bayramov

"Gələn il 20 məktəbdə peşə yönümlü təmayül sinifləri açılacaq" - Ceyhun Bayramov

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Orta məktəb müəllimləri ipotekadan yararlansın” - TƏKLİF

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

“Uşaq bağçalarında bütün otaqlarda kameralar quraşdırılmalıdır”

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...

Təhsil Nazirliyi bildirir : 7 Cinayət işi,21 işdən azadetmə,41 intizam tədbiri-2015-ci ilin nəticələri...