AzTehsil.com


Xəbərlər
10 mart 2017
5 626


Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”



Nazir müavini: “İki ildən sonra buraxılış imtahanı sistemində dəyişikliklər olacaq”

 

"Son illər Azərbaycanın təhsil sistemində  paralel olaraq 2 proqram tətbiq olunur”. Aztehsil.com apa-a istinadən xəbər verir ki, təhsil nazirinin müavini Ceyhun Bayramov "Məktəblinin dostu” pilot layihəsi çərçivəsində sertifikatların təqdimetmə mərasimində bildirib ki, yeni məzmunla (kurikulumla) 2008/2009-cu ildən tədrisə başlayan şagirdlər bu il orta təhsil səviyyələrini başa çatdırır. Onun sözlərinə görə, bu il IX siniflər üçün yeni formatlı buraxılış imtahanı ilk dəfə olaraq tətbiq ediləcək. Bu istiqamətdə paralel olaraq işlərin davam etdiriləcəyini deyən nazir müavini vurğulayıb ki, 2 ildən sonra yeni buraxılış imtahanı sistemində bir sıra dəyişikliklərin olacağı gözlənilir.
 
C.Bayramov əlavə edib ki, son illər ərzində  Təhsil Nazirliyi tərəfindən bir sıra layihələr, təşəbbüslər irəli sürülüb: "Bu işlər mərhələlərlə həyata keçirilir və əsas istiqamətlər daha keyfiyyətli təhsil vermək, daha hazırlıqlı, savadlı, sağlam düşüncəli şagirdlər yetişdirməkdir. Ölkədə müəllim peşəsinin nüfuzunun artırılması, müəllim hazırlığı sistemində yeniliklərin tətbiq olunması, diaqnostik qiymətləndirmə və əməkhaqqı sisteminin yeni formatda tətbiq olunması, müəllimlik peşəsini seçən tələbələrin daha da stimullaşdırılması sahəsində işlər həyata keçirilir”.



Загрузка...