AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Məktəbə qədər və məktəbdən kənar / Bölgə
26 sentyabr 2025
1 125

Bağçalarda sertifikasiya...- Ətraflı



2026-cı ilin sonunadək məktəbəqədər təhsil müəssisələrində çalışan bütün pedaqoji heyətin mərhələli şəkildə sertifikasiyadan keçirilməsi planlaşdırılır.


Bu proses uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə necə təsir edəcək və sertifikasiyadan keçməyən tərbiyəçilərin vəziyyəti necə olacaq?


AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov AzEdu.az-a açıqlama verib.


"Sertifikasiyanın tətbiqi təhsil sistemində keyfiyyəti artırmaq məqsədi daşıyan bir çox ölkələrin təcrübəsində mövcuddur. Bu prosesi geniş təhlil etdikdə bir neçə vacib sual ortaya çıxır: “Bu sertifikasiyanın həyata keçirilməsi necə mümkün olacaq?”, “Nəticələri necə olacaq?” və “Nə dərəcədə işçi qüvvəsinə təsir edəcək?”.


Sertifikasiyanın əsas məqsədi pedaqoji heyətin peşəkar standartlara uyğunluğunu təmin etməkdir. Azərbaycanda məktəbəqədər təhsil müəssisələrində çalışan bir çox tərbiyəçi-müəllimin bu sahədə kifayət qədər ixtisaslaşmamış olması məlum bir həqiqətdir.


Araşdırmalar zamanı 6 minə yaxın tərbiyəçinin məktəbəqədər təhsil sahəsi üzrə xüsusi təhsil almadığı müəyyən edilib. Müxtəlif ixtisaslar üzrə təhsil almış, lakin məktəbəqədər təhsil üzrə peşəkar bacarıqlarının olmaması uşaqların təlim və tərbiyəsinin keyfiyyətinə mənfi təsir göstərir. Bu baxımdan, sertifikasiyanın həyata keçirilməsi təhsilin keyfiyyətini artırmaq üçün vacib addım hesab oluna bilər".


Qısa zamanda bağçalarda işçi çatışmazlığı yarana bilər:


“Sertifikasiya ilə bağlı vacib məsələlərdən biri onun işçi qüvvəsinə təsiridir. Bir çox pedaqoqun sertifikasiyadan keçə bilməməsi onların işlərini itirməsi ilə nəticələnə bilər. Ancaq bu prosesin məqsədi təhsilin keyfiyyətini artırmaqdırsa, sertifikasiyadan keçməyən müəllimlərin yenidən ixtisasartırma kurslarına cəlb edilməsi və onların yenidən təhsil sahəsinə qaytarılması mümkün həll yollarından biridir.


Sertifikasiyanın tətbiqi digər ölkələrin təcrübəsində də təhsilin keyfiyyətinin artırılması üçün effektiv metod kimi qəbul olunur. Məsələn, Finlandiya və İsveç kimi ölkələrdə tərbiyəçi-müəllimlər yalnız müvafiq sertifikatlardan keçdikdən sonra məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərmək hüququna malikdirlər. Bu sistemin tətbiqi nəticəsində həmin ölkələrdə məktəbəqədər təhsil müəssisələrinin keyfiyyəti dünya miqyasında ən yüksək göstəricilərə çatıb.


Hər bir tərbiyəçinin peşəkar səviyyədə inkişafı və biliklərinin daim yenilənməsi uşaqların erkən təhsil dövründən keyfiyyətli təlim-tərbiyə almasını təmin edir. Azərbaycan bu təcrübədən faydalanaraq, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyasını təşkil etməli və onların peşəkar inkişafını təmin etməlidir.


Bağçalarda tərbiyəçilərin və metodistlərin sertifikasiyası zəruridir, çünki məktəbəqədər təhsil sahəsi uşaqların inkişafının ən həssas dövrünə təsir göstərir. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm də zehni inkişafının təməlini təşkil edir. Bu yaş dövründə uşaqların inkişafı ilə peşəkar məşğul olmayan şəxslər tərəfindən aparılması gələcəkdə təhsil sistemində ciddi çatışmazlıqlara və təlimdə geriliklərə səbəb ola bilər. Bu səbəbdən, məktəbəqədər təhsil müəssisələrində çalışan hər bir tərbiyəçinin sertifikasiyadan keçməsi və onların biliklərinin yenilənməsi vacibdir".



Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Mehriban Vəliyeva: Ölkənin iqtisadi, sosial-ictimai həyatında baş verən dəyişikliklər təhsilə birbaşa təsir edir

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Metodbirləşmələr

Metodbirləşmələr

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Sertifikasiya: müəllimlərin sınağı, yoxsa “sınmağı”? - RƏYLƏR

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru - rəhbər, pedaqoq, tərbiyəçi - Arif Muradov

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

ÜMUMİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN MÜƏLLİMLƏRİ ÜÇÜN İXTİSASARTIRMA TƏHSİLİNİN KURİKULUM ÇƏRÇİVƏSİ

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

BŞTİ illik hesabat yayıb

BŞTİ illik hesabat yayıb

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri