AzTehsil.com
RU


Xəbərlər
06 mart 2017
3 853


6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib



6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

 

Martın 3-də Təhsil Nazirliyinin tabeliyindəki 6 nömrəli məktəb-liseydə növbəti "Novruz mühazirəsi” keçirilib. Budəfəki görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin dekanı, Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmovun "Keyfiyyətli və səriştəli ibtidai təhsil müəllimi hazırlığının müasir problemləri” mövzusunda mühazirəsi dinlənilib.
 
Mühazirədə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Tədris işləri üzrə prorektoru, professor Malik Cəbrayılov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov, Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev universitetin professor-müəllim heyəti, tanınmış pedaqoq alimlər, psixoloqlar, Bakı şəhərinin ümumi təhsil müəssisələrinin direktor və müəllimləri, təhsil ekspertləri və gələcək ibtidai sinif müəllimləri iştirak ediblər.
 

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

 

rofessor Fərrux Rüstəmov mühazirəsində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirildiyini, təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyinin önə çəkildiyini vurğulayıb. Qeyd edib ki, ulu öndər Heydər Əliyevin və Onun siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində təhsil sahəsində aparılacaq islahatların vahid konsepsiyası, aydın strategiyası və konkret dövlət proqramı hazırlanmış, təhsilin normativ-hüquqi bazası möhkəmləndirilmiş, infrastrukturun dövrün tələbləri səviyyəsində qurulması istiqamətində praktik işlər görülmüş, 3000-dən çox məktəb binası tikilmiş, yararsız təhsil obyektləri əsaslı təmir olunmuş, ümumi təhsilin məzmunu yeniləşdirilmiş, yeni dərslik siyasəti reallaşdırılmışdır.
 

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

 

Təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin yeni modeli tətbiq edilmış, təhsil müəssisələrinin böyük əksəriyyəti informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilmış, təhsil sisteminin informasiyalaşdırılması, xaricdə təhsil və beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində uğurlu addımlar atılmışdır. Məktəblərin infrastrukturunun yeniləşdirilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri olmuşdur. Bununla yanaşı, sürətlə modernləşən respublikamızda təhsilin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha səmərəli və təsirli addımların atılmasına ehtiyac yaranmışdır. Həmin ehtiyacların ödənilməsi, ölkədə insan kapitalının davamlı inkişafı üçün şəraitin yaradılması, mövcud infrastrukturun təkmilləşdirilməsi, müasir düşüncəyə, yeni təhsil-tərbiyə texnologiyasına, mənəvi-əxlaqi saflığa, yüksək peşə və ixtisas hazırlığına malik pedaqoji, mühəndis-pedaqoji və elmi-pedaqoji kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə dövlət başçımız İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" təsdiq edilmışdir. 
 

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

 

Professor F.Rüstəmov məruzəsində akademik bacarığı, tədris təcrübəsi və peşəkarlıq səviyyəsi ilə fərqlənən keyfiyyətli müəllim kadrlarının hazırlanmasının müasir modelinin məzmununu şərh edib, müəllim əməyinin səciyyəvi xüsusiyyətləri, funksiyaları (diaqnozlaşdırma, proqnozlaşdırma, layihələşdirmə, təşkilatçılıq, nəzarətetmə, qiymətləndirmə, korreksiya, analitik və s.), müəllimin pedaqoji kompetensiyaları (öyrətmə, təşkilatçılıq, perspektiv, kommunikativ, suqqestiv, tədqiqatçılıq, elmi idrakı və s.) haqqında ətraflı məlumat verilib.
 
Təhsil Nazirliyində və ADPU-da müəllimlərin peşəkarlığının yüksəldilməsi sahəsində görülən işləri təqdir edən professor F.Rüstəmov ibtidai sinif müəllimi hazırlığının təkmilləşdirilməsi, pedaqoji ustalığının yüksəldilməsi ilə bağlı maraqlı təkliflərlə çıxış edib. 
 

6 nömrəli məktəb-liseydə növbəti “Novruz mühazirəsi” keçirilib

 

ADPU-nun "İbtidai sinif müəllimliyi” ixtisasının tələbələrinin ifasında səslənən "Əziz müəllimim” mahnısı tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır. Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, dosent Ənvər Abbasov, tanınmış təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyev məruzə ətrafında çıxışlar etmiş və onu yüksək dəyərləndirmişlər.
 
Tədbirin sonunda təhsil ekspertlərinin, ümumi təhsil məktəb müəllimlərinin və gələcək müəllimlərin müəllim kadrları hazırlığı ilə bağlı sualları professor F.Rüstəmov tərəfindən geniş cavablandırılmışdır. 
 
Tədbiri məktəb-liseyin direktoru, moderator Gülşən Orucova yekunlaşdırmış, ADPU-nun müvafiq strukturları ilə 6 nömrəli məktəb arasında mövcud əlaqələrdən bəhs etmiş, gələcək müəllimlərin həmin məktəbdə mentor kimi işləmələrini təklif etmişdir.



Загрузка...