AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
24 sentyabr 2018
3 424


Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...



 

 

Təhsil üzrə ekspert: "Təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir”


"Heç kəsə gizli deyil ki, pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur”.


Bu sözləri təhsil üzrə ekspert Nadir İsrafilov bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntiləri şərh edərkən qeyd edib.


Hər bir ölkənin təhsil sistemi onun daxilində olan təlim-tərbiyə müəssisələrinin məcmusu olmaqla yanaşı, cəmiyyətin iqtisadi münasibətlərinin xarakterindən, elmi-texniki tərəqqidən, sosial tələbatdan asılı olaraq dəyişir. Buraya məktəbəqədər tərbiyə müəssisələrindən başlamış təhsil akademiyalarına qədər çox müxtəlif təhsil ocaqları daxildir. Təhsil sistemi cəmiyyətin strateji vəzifəsi kimi mühüm rol oynayır. Eyni zamanda təhsilin inkişafı, ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir.


Bildiyimiz kimi 2012-ci ildə, Azərbaycan hökuməti, Beynəlxalq Şagird Qiymətləndirməsi Proqramı - PİSA -dan çıxıb və buna görə də orta məktəblərin durumunu beynəlxalq səviyyədə ölçmək olmur.

Keçən həftədən isə yeni dərs ili başlandı. Bəs bu il Azərbaycanda təhsilin keyfiyyətindən gözləntilər nədir?



 



Bu mövzularla bağlı təhsil üzrə ekspert Nadir İsrafilovun fikirlərini öyrəndik.


Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artımın müşahidə olunmasını qeyd edən təhsil üzrə ekspert əlavə edib ki, 500 və daha artıq bal toplayanlardan 2090 nəfərinin müəllimlik ixtisasını seçməsi və bir çox digər real faktları bu sahədə aparılan davamlı və dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirmək olar:


"Hər bir ölkənin sosial-mədəni həyatının tənzimlənməsində və yüksək ixtisaslı kadrların hazırlanmasında təhsilin rolu əvəzsizdir . Bu mənada yəqin ki, təhsil prosesinin əsas subyektinin öyrənən və öyrədən, son vaxtların pedaqoji terminologiyası ilə desək "təhsilalan” və "təhsilverən” olması heç kəsdə şübhə doğura bilməz. O da məlumdur ki, təhsil almağın əsas vasitəsi təlimdir. Təlim müəllimin rəhbərliyi altında insanın təhsil alması prosesidir. Bu proses, müəllim və şagirdlərin məqsədyönlü qarşılıqlı əlaqəsinə əsaslanır. Məhz bütün bunlar nəzərə alınaraq bu istiqamətdə bir çox işlər görülüb ki, buna da bariz nümunələrdən biri kimi «Azərbaycan Respublikasında fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığının Konsepsiya və Strategiyası»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı misal ola bilər.


Son zamanlar bu sahədə nəzərəçarpacaq irəliləyişlər olmasına baxmayaraq, o da heç kəsə gizli deyil ki, pedaqoji kadrların hazırlanması və yerləşdirilməsi, xüsusilə də müəllim nüfuzunun qaldırılması ilə bağlı məsələlərdə həllini tapmayan müəyyən məqamlar hələ də mövcuddur. Buna görə də əbəs yerə deyil ki, ölkə başçısının 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda mövcud vəziyyətin təhlili şərh edilərkən, peşəkarlığa əsaslanan stimullaşdırıcı əmək haqqı sisteminin olmaması, təhsil müəssisəsi səviyyəsində idarəetmənin qeyri-effektivliyi, müəllim hazırlığı üzrə infrastrukturun zəif olması, müəllim nüfuzuna təsir edən amillər sırasındada olduğu xüsusi olaraq vurğulanaraq strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilmişdir”.


Təhsil üzrə ekspert Nadir İsrafilov eyni zamanda təhsil sahəsində aparılan islahatların nəticələrini də şərh edib. Bildiyimiz kimi indi müəllimlərin işə qəbulu həm də mərkəzləşdirilmiş qaydada aparılır və bu prosesin əsasən şəffaf olması barədə məlumatlar var.


Hesab etmək olarmı ki, bu islahatlar təhsildə artıq özünü göstərməyə başlayıb?


Təhsil üzrə ekspert 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir necə faktları sadalayaraq bunu dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirib:


"Hesab edirəm ki, müəllim peşəsinin nüfuzunun artması ilə əlaqədar konkret faktlar Təhsil naziri Ceyhun Bayramovun sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransındakı nitqində, sonrakı çıxışları və açıqlamalarında kifayət qədər öz əksini tapıb. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizədin iştirak etməsi, 5000-dən artıq namizədin müəllim adını qazanaraq işə qəbul olunması, ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artımın müşahidə olunması, 500 və daha artıq bal toplayanlardan 2090 nəfərinin müəllimlik ixtisasını seçməsi və bir çox digər real faktları bu sahədə aparılan davamlı və dayanaqlı islahatların nəticəsi kimi dəyərləndirmək olar.


Bir daha təsdiq olunur ki, təhsilin keyfiyyətinin yüksəldilməsi müəllimin peşəkarlıq səviyyəsinin artırılması və nüfuzunun qaldırılması ilə birbaşa bağlıdır. Bununla belə, xüsusilə ali məktəblərdə müəllim hazırlığına diqqətin artırılması və ."Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nda müəyyən dəyişikliklərin edilməsi qaçılmazdır”.(pia.az)

 

 

Təhsilin keyfiyyəti və aparılan islahatlar ekspertin gözü ilə...

 





Загрузка...
Həmçinin oxuyun:
“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

“Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir”

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

Çox halda keyfiyyət deyil, kəmiyyət dalınca qaçırıq...

AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASI

AZƏRBAYCAN RESPUBLİKASINDA FASİLƏSİZ PEDAQOJİ TƏHSİL VƏ MÜƏLLİM HAZIRLIĞININ KONSEPSİYA VƏ STRATEGİYASI

Müəllim adı qazananların sayı açıqlandı

Müəllim adı qazananların sayı açıqlandı

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

"Müəllimlər kommunal xərclərdən azad edilsinlər"

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Pedaqoji sahadə çalışacaq kadrları necə hazırlamalı ?

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

600 ballı abituriyentlərin şərəfli “müəllim” seçimində tərəqqi var…

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

Təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillər açıqlanıb

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

22 İYUL - Müəllimlərin işə qəbulu: diaqnostik qiymətləndirmə ilə bağlı SEMİNAR

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

500-dən çox bal toplamış 1359 nəfər müəllimlik ixtisasını seçib

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

”Bunu hər dəfə “karusel əməliyyatına” çevirməyə nə ehtiyac var?"

“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov

“ Bu təyinat təhsilimizin milli məqsədlər, mənafelər əsasında qurulmasında yeni mərhələ olacaq” – Nadir İsrafilov

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Publik hüququ şəxs statusu nə əhəmiyyət daşıyır?-ekspert rəyi

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Müəllimlərin yerdəyişməsi və işə qəbulu üçün müsahibə proqramı

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Azərbaycan Dövlət Universiteti yeni tədris ili ərəfəsində

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

Mikayıl Cabbarov təhsil naziri kimi necə yadda qaldı...

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Qəbul imtahanı niyə iki dəfə keçiriləcək? - Ekspert rəyi

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI

Magistr imtahanlarında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadə AÇIQLADI