Məktəbdə psixoloji xidmətdə əsas yerlərdən biri uşaqların məktəbə psixoloji hazırlığının diaqnostikasını verməkdən ibarətdir. Bu sahədə aparılan işin əhəmiyyəti öz-özünə aydındır. Uşağın məktəbə, məktəb təliminə psixoloji hazırlıq səviyyəsini müəyyənləşdirmək bir tərəfdən həmin sahədəki qüsurları aradan qaldırmaq, digər tərəfdən məktəbdə ilk gündən şagirdlərin imkanlarına uyğun iş aparmaq üçün şərait yaradır.
Uşağın məktəbə hazırlığının diaqnostikasını verərkən aşağıdakı mühüm göstəricilərə istinad etmək lazım gəlir.
1. L.S.Viqotskinin bağça yaşı dövründə effektlərin intellektuallaşdırılmasının əsas yenidənyaranma halı olması barədə fikrinə istinad edərək ixtiyariliyi təlim fəaliyyətinin zəminlərindən biri - məktəbə hazırlığın mühüm göstəricisi kimi nəzərə almaq, xarakterizə etmək lazımdır. Bu bir də ona görə zəruridir ki, uşağın məktəbdə məşğul olacağı fəaliyyət növü - təlim fəaliyyəti ondan ixtiyari işlərin icrasını tələb edir.
2. Uşağın məktəbə hazırlığını xarakterizə edərkən nəzərə alınması zəruri olan ikinci mühüm göstərici əyani obrazlı təfəkkürün inkişaf səviyyəsindən ibarətdir.
3. Şəxsiyyət xarakteristikası üzrə göstəricilər. Burada şəxsiyyətin bütün cəhətlərinin inkişaf xüsusiyyətləri deyil, təlim fəaliyyətinin təşkilinə köməklik göstərən (və ya mane olan) şəxsiyyət göstəriciləri (emosional cəhət, ünsiyyətin xüsusiyyətləri, kollektiv fəaliyyətə daxil olmaq və s.) nəzərə alınmalıdır.
Məktəbə psixoloji xidmətin əsas istiqamətlərindən birini psixoloqun müəllimlərlə, valideynlərlə və şagirdlərlə apardığı konsultativ işlər təşkil edir. Məlum olduğu kimi təlim fəaliyyətinin müvəffəqiyyəti, şagird şəxsiyyətinin formalaşması və inkişafı, onun böyüklüyü və tərbiyə aldığı ailə mühitinin xüsusiyyətindən çox asılıdır. Ailə və məktəb iki əsas sosial institut kimi uşaqların təlim-tərbiyə və sosiallaşma prosesinə, şəxsiyyətinin inkişafına əsaslı təsir göstərir. Ona görə də ailə tərbiyəsindən çox şey asılıdır.
Təcrübə göstərir ki, bəzi ailələrdə uşağın tərbiyəsi üçün zəruri olan psixoloji şərait yaradılmadığı, onun psixoloji xüsusiyyətləri nəzərə alınmadığına görə bir sıra psixi çətinliklər meydana gəlir. Bu cür çətinlikləri aradan qaldırmaqda ailəyə psixoloji xidmətin rolu böyükdür.
Digər tərəfdən maraqlı cəhət ondan ibarətdir ki, ticarət sahəsində bəzi psixoloji fenomenlər bütün aydınlığı ilə təzahür edir. Məsələn, qrupdaxili təlqin faktlarını xatırlayaq: adətən mağazada satışda olan, lakin satılmayan bir çox malların satışını küçədə təşkil etdikdə, onlar 3-4 nəfərin diqqətini cəlb edən kimi öz-özünə satılır. Bu zaman sonrakı alıcıların davranışı bilavasitə əvvəlkilərin davranışı ilə şərtlənir.
İstər alıcı, istər satıcı konvensial roldur. Onların funksional istiqaməti müəyyən sosial normalarla şərtlənir. «Alıcı-satıcı» münasibətlərinin bu istiqamətdə inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Alıcı ilə satıcının ünsiyyəti vasitəsiz xarakter daşıyır. Burada onların yaşından, cinsindən və başqa xarakteristikalarından asılı olan emosional momentlər özünəməxsus rol oynamağa başlayır. Bu zəmində alıcı və satıcının bir-birini qavraması və anlaması problemləri tətbiqi xarakter daşıyır. Burada ünsiyyət mədəniyyəti vərdişlərinin rolunu da ayrıca qeyd etmək lazımdır. Ticarət xidməti sahəsində iş vaxtının böyük əksəriyyətinin ünsiyyətə sərf olunduğunu nəzərə alsaq, bu məsələnin praktik mənası aydın olar.
4.Məktəbdə psixoloji xidmətin təşkili məsələsinə dair.Məktəbdə psixoloji xidmətin ən məsul vəzifələrindən biri şagirdlərin əmək təlimi və peşəyönümü ilə bağlıdır. Şagirdlərə fərdi yanaşma, onların təlimdə çətinliklərinin aradan qaldırılması, uşaq şəxsiyyətinin inkişafındakı nöqsanları və intizamsızlığı hallarının psixoloji səbəblərinin diaqnostikası və onların aradan qaldırılması üçün tədbirlərin müəyyən edilməsi, şagirdlərin tərbiyə və təlimi prosesində meydana çıxan çətinliklərin psixoloji profilaktikası üzrə iş - bunların hamısı məktəbdə psixoloji xidmətin vəzifələrinə daxildir.
Məktəb psixoloqları 6 yaşlı uşaqların təlimi, şagirdlərin qabiliyyət və istedadının vaxtında düzgün müəyyənləşdirilməsinə, məktəb və ailə tərbiyəsində çətin və ziddiyyətli hallar meydana çıxarkən müəllim və valideynlər üçün psixoloji məsləhət və başqa məsələlərin uğurlu həllinə yaxından kömək göstərir.
5. Ailə xidməti haqqında.Müasir dövrdə ailə xidməti problemləri də xüsusi aktuallıq kəsb edir. Müxtəlif iqtisadi, demoqrafik, psixoloji, pedaqoji və s. dəlillərlə əlaqədar olaraq ailədə köklü dəyişikliklər baş vermişdir. Aliə-nigah münasibətlərində psixoloji amillərin rolu daha da artmışdır.
Hər bir ailə təkrar olunmazdır. Ailə xidməti üçün bu fakt prinsipial əhəmiyyətə malikdir. Həmin xidmət hər bir konkret ailəyə və onun ayrı-ayrı üzvlərinə fərdi yanaşır, geniş psixoprofilaktik iş aparır, ailənin dağılmasını, ailə üzvləri arasındakı uyğunsuzluğu, ailə üzvlərində alkoqolizmin, əsəb xəstəliklərinin əmələ gəlməsini şərtləndirən psixoloji səbəbləri müəyyən edib aradan qaldırır.Ailə xidmətlərinin əsas istiqamətlərdən birini də yeniyetmə və gənclərlə aparılan iş təşkil edir.