AzTehsil.com


Xəbərlər / Müəllim
24 mart 2019
3 471


Sinif rəhbəri pedaqoji diaqnostikanı necə həyata keçirməlidir



Sinif rəhbəri pedaqoji diaqnostikanı necə həyata keçirməlidir

 

 
 Məktəbdə şagirdləri və sinfi bir vəhdət halında öyrənmək üçün diaqnostik metodlardan istifadə olunmalıdır. Diaqnostikanın təcrübəsində istifadə üçün əlverişli olan metodları nəzərdən keçirək:

Müşahidə sinif rəhbərinə şagirdlər haqqında daha çox informasiya toplamağa imkan verən metoddur. Müşahidə şagirdin xarici əlamətlərinə, davranış və rəftar tərzinə, mühakimə qabiliyyətinə və nitq mədəniyyətinə görə təzahür edən xüsusiyyətlərini üzə çıxar-maqdan ibarət olan tədqiqat üsuludur. Müşahidə metodu məhsuldar metod olub, hadisələri nəinki təsvir etməyə, eləcə də izah etməyə imkan verir. Odur ki, sinif rəh-bərləri müşahidəni mütəşəkkil və ardıcıl surətdə təşkil etməlidirlər. Ona görə ki, müşahidə və onun nəticələrinin təhlili onlardan obyektivlik tələb edir
.
Müşahidə üçün plan tutulur, nəyi və necə müşahidə etmək məsələləri planda əks etdirilir. Fakt və hadisələri, şagird davranışının müsbət və mənfi tərəfləri müşahidə edilir və müəyyən nəticələr çıxarılır. Sinif rəhbərləri şagirdlərin rəftar və hərəkətlərini, keçirtdikləri emosional halları ətraflı öyrəndikdən sonra onun psixi vəziyyəti haqqında nəticə çıxarmalıdırlar. Müşahidə diaqnostik vasitə işində ən əsas yerlərdən birini tutur. Hətta "çətin” tərbiyə olunan uşaqlarla aparılan tərbiyə işində də pedaqoji müşahidə üstünlük təşkil edir. Bunun bir neçə səbəbi vardır:

- Birincisi, pedaqoji müşahidə uşağın həyat fəaliyyətində təbii şəraiti nəzərə alır;
- İkincisi, peqaqoji müşahidə diaqnostikanın gizli formasıdır, bu zaman uşaq bir obyekt kimi pedaqoji yoxlamaya məruz qaldığını hiss etmir;
- Üçüncüsü, pedaqoji müşahidə uşağın həyata münasi-bətlərinin bütün sahələrini birbaşa əhatə etməyə şərait yaradır;
- Dördüncüsü, müşahidələr bu və ya digər münasibətin üzə çıxması üçün müxtəlif situasiyalar təklif edir;
- Beşincisi, pedaqoji müşahidə dəyişən münasibətlərin dinamikasını laboratoriya metodlarından fərqli olaraq əks etdirir.
Təcrübədə sinif rəhbərlərinin "çətin” tərbiyə olunan uşaqlarla apardıqları işdə əsas səhvləri onların davranışına lazımi diqqət yetirməmələridir. Sinif rəhbərləri şagirdlərin pis davranışlarını qeyd edərək, səylərini bu hərəkətlərin düzəldilməsinə yönəldir, başqa formalarını isə düzəlişsiz və inkişafsız qoyurlar. Münasibətlərin yaranması formaları o zaman real münasibət göstəriciləri hesab olunar ki, onlar pedaqoji müşahidəyə aid olsun.

Bunlar aşağıdakılardır:

Nitq göstəriciləri: "nə dedi?”, "bunu necə ifadə etdi?”;
Mimika göstəriciləri: "necə görünürdü?”, "necə baxdı?”
Praktik göstəricilər: "bu zaman özünü necə hiss etdi?” ;.
Reaksiya vermə davranış göstəriciləri: "bunu necə etdi?”
Xarici görünüşü: "xarici görünüşü necədir?” və s.

Pedaqoji müşahidə zamanı uşaqların təbii həyat şəraitinin məqsədli qavrayışı, münasibətlərin çoxsaylı göstəriciləri təhlil və qeyd edilir. Göstəriciləri qeyd edərkən, sinif rəhbərləri pedaqoji müşahidə zamanı öz obyekti kimi onları deyil, tərbiyəlilik əlamətlərini nəzərə almalıdırlar. Göstəricilər uşağın iradəsindən və şüurundan asılı olmayaraq onun obyektə qarşı real münasibətini əks etdirir. Ətraf mühitə adi reaksiya verərək, şagird davranışın xarici görünüşündə müəyyən obyektə münasibətini göstərir.  Pedaqoji müşahidənin diqqət mərkəzində həmişə münasibət obyekti dayanır, o, çoxsaylı göstəricilərin təhlili sayəsində üzə çıxır. Əgər sinif rəhbəri bilmək istəyirsə ki, uşaq özünü nə üçün pis aparır, bu zaman o, şagirdin fiziki və psixoloji vəziyyətinin üzə çıxmasından başqa, şagirddə hansı obyektə qarşı neqativ hərəkətlərin gizləndiyini də təyin etməlidir. Münasibət obyektini müəyyən edərkən müəllim öz təxminində əmin olmalıdır. Bundan sonra diaqnozlaşdırmanın xüsusi metodikalarına keçmək lazımdır. Müşahidə zamanı sinif rəhbəri öz təəssüratlarını dəqiqləşdi-rərkən uşaqlara belə yardımçı suallar verir: "Siz istərdinizmi..?”, "Siz necə fikirləşirsiniz..?” Bəzən bu cür dəqiqləşdirici suallar diaqnostikaya ehtiyacı aradan qaldırır, yəni uşaqlar açıq şəkildə öz meylləri və dəyərləndirdikləri barədə məlumat verirlər. Müşahidədə hadisələr, faktların təsvirləri, şagirdlərin davranış xüsusiyyətləri öz əksini tapmalıdır. Tərbiyə metodikası müşahidə-nin məqsəd və obyektinin təyinini (hansı keyfiyyət və xüsusiyyətləri öyrənmək lazımdır), eləcə də nəticələrin uzunömürlülüyü və təsbitetmə bacarığını da tələb edir. Məsələn; sinif rəhbəri öz müşahidələrini sinifdənxaric və məktəbdənkənar işlər zamanı apararaq (sinfin təmizliyi və ya məktəb tədbiri zamanı) ayrı-ayrı kartoçkalara qeyd edə bilər. Müşahidə sinif rəhbərinə şagirdi təbii şəraitdə görmək imkanı yaradır.

Sinif rəhbərinə gündəlik tutmaq və orada müşahidənin qeyd-ləri üçün yer saxlamaq tövsiyə olunur. Vaxtilə öz şagirdləri haqqın-da qeydlər aparan müəllimlər müşahidə ustaları olmuşdur.

Anket və digər sorğu metodları şagirdlərin şəxsi keyfiyyət-ləri, dəyərləri, qarşılıqlı münasibətləri, fəaliyyət sahələri haqqında müxtəlif məlumatlar verir. Anket sorğusunun tərtib edilməsi asan iş deyil. Bu sinif rəhbərindən həm şagird fəaliyyətinin keyfiyyətinin siyahısını, həm də onun haqqında lazım olan digər məlumatların müəyyənləşdirilməsini tələb edir.
Anket sualları anlaşıqlı, aydın, uşaqların yaş və bilik səviyyə-sinə cavab verməlidir. Onların sayı çox olmamalıdır. Anketləşdirmə asan əldə edilən məlumatların tez toplanmasına şərait yaradır. An-ketdən istifadə zamanı sorğunun çatışmazlığı da mümkündür. Belə ki, cavablar həmişə geniş, dəqiq və səmimi olmaya bilər. Anket sorğusu müxtəlif məqsədlər üçün təşkil edilir. Şagirdlər nəyi və necə mütaliə edirlər?Asudə vaxtdan necə istifadə edirlər? Məsuliyyət və münasibət anlayışlarını necə qəbul edirlər? Şəxsiyyətlərarası münasibətləri necə başa düşürlər? Vətənə xidməti necə başa düşür və nədə görürlər? İdman sahəsində qazanılan nailiyyətlər səndə nə kimi hisslər yaradır?
Anketlər vasitəsi ilə şagirdin ümumi görüş dairəsini, mütaliə səviyyəsini respublikamızda, habelə dünyada baş verən hadisələrə necə münasibət bəslədiyini, milli ləyaqət və dəyanəti necə başa düş-düyünü, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə münasibətini və s. kimi məsələləri öyrənmək olar. Sinif rəhbəri üçün şagirdlərin istəklərini, idraki maraqlarını vaxtında öyrənmək vacibdir ki, onları işdə tətbiq edə bilsin. Formasına görə anketlər açıq (şagird cavabı sərbəst qeyd edir, öz fikirlərini yazır) və qapalı (verilmiş cavabların arasından uyğun variantı seçir) olur.

Açıq suallara verilən tələblər aşağıdakılardır:

- Sualın qoyuluşunun qrammatik cəhətdən düzgün olması;
- Sualın kifayət qədər aydın və yığcam olması, çətin sözlər-dən istifadə olunmaması;
- Sualda kifayət qədər daha çox məlumatın olması;
- Sualdan nəyin gözlənildiyinin araşdırılması;
- Açıq sualların relevantlıq baxımından müəyyənləşdirilə bilən sahəyə-bacarığa aid olması;
- Sualın yalnız müvafiq (relevantlıq)bacarıq vasitəsilə cavablandırmaya aid olması;
- Sualın aldadıcı olmaması-sualın mənanı tutmaqla, cavab-landıra bilən olmaması;
- Şagirdlərin yaş, bilik və dünyagörüşlərinə müvafiqliyi;
- Sualların aidiyyəti olmayan məlumatın hesabına artırılmaması və s.

Açıq suallar aşağıdakı formada təqdim olunmalıdır:

- Suallar və onun hissələrinin seçilə bilən olması;
- Sualların nömrələnməsinin aydın olması;
- İşarələrdən qaydalara – ənənəyə uyğun olaraq istifadə olunması;
- Şəklin, cədvəlin və s. qrafik cəhətdən düzgün olması;
- Şəkillərə, cədvəllərə istinadların düzgün olması və s.

Bir neçə cavab variantlı sualların üstün cəhətləri aşağıdakılardır:

- Məzmunla bağlı nümunənin daha geniş çeşidli olması;
- Balların hesablanmasının nisbətən aşağı olması;
- Balların hesablanmasının obyektiv olması;
- Şagirdin vaxtdan səmərəli istifadə etməsi;
- Yazmaq bacarığının tələb olunmaması;
- Mexaniki bal hesablanmasının mümkün olması və s.

Bir neçə cavab variantlı sualların qoyuluşu aşağıdakılar-dan ibarət olmalıdır:

- Aydın sual və tapşırığın olması;
- Suala cavab vermək üçün anlaşıqlı və müvafiq məlumatın olması;
- Qrafik cəhətdən sualın düzgün tərtib olunması və s.
Şagirdləri öyrənmək üçün sorğuya nisbətən daha asan üsul müsahibədir. O, standartlaşdırılmış və sərbəst ola bilər. Müsahibə şagirdin özü, müəllimləri, yoldaşları, valideynləri ilə aparılır. Müsahibədə məqsəd şagird haqqında başqa adamların fikirlərini öyrənməkdir.
Müsahibə zamanı verilən suallara alınan cavabları qeydə almaq lazım deyil. Birinci halda əvvəlcədən düşünülmüş suallar müəyyən ardıcıllıqla verilir ki, asan söhbət alınsın. Sərbəst söhbət daha dəqiq, geniş məlumatların alınması məqsədilə sualların şəklini dəyişməyə şərait yaradır. Amma bu iş müəyyən səriştə tələb edir.
Psixoloqlar açıq suallar verməyi tövsiyə edirlər ki, sərbəst, geniş cavablar almaq mümkün olsun.
Söhbət də müşahidə kimi şagirdi tanımaq üçün daha təbii üsuldur. Sinif rəhbəri əvvəlcə müəyyən etməlidir ki, o şagirdi nə üçün öyrənmək istəyir və bu haqda ondan necə soruşmaq olar. Söhbəti səmimi aparmaqla şagird və kollektiv haqqında düzgün və dəqiq məlumat əldə etmək mümkündür.

Şagirdlərin fərdi xüsusiyyətlərinin öyrənilməsi üçün sənədlərin (kitabxana, tibb kartoçkası) və yaradıcılıq işlərinin (inşalar, şəkillər) təhlilindən istifadə oluna bilər. Şagirdlərin yaradıcılıq məhsullarının (əl işlərinin, imla, ifadə, inşa, texniki yaradıcılıq işləri) öyrənilməsi şagird haqqında müəyyən fikir söyləməyə imkan yaradır. Son illər şagirdlərə sərbəst mövzularda inşalar yazdırmağa ədəbiyyat müəllimləri daha çox üstünlük verirlər. Məsələn; "Milli dəyərlərimiz sərvətimizdir”, "Torpaq uğrunda ölən varsa, vətən-dir” və s. Bu kimi mövzularda yazılmış inşaları təhlil edərkən mümkün qədər şagirdlərin adi günlərdə özlərini necə aparmalarına da diqqət yetirmək lazımdır.
Yaxşı inşa yazmaq, tank modeli düzəltmək, müxtəlif mövzularda rəsm əsərləri çəkmək hələ şagirdin daxili dünyasının öyrənil-məsi demək deyildir. Çünki Vətəni qorumaqdan danışmaq hələ vətənpərvər olmaq demək deyildir. Ona görə də sinif rəhbərləri şagirdlərin sözləri ilə əməli işləri-nin vəhdətinə diqqət yetirməlidirlər. Şagirdləri daha ətraflı və dərin-dən öyrənmək, onların tərbiyəlilik səviyyəsini aşkar etmək üçün sı-naq yoxlama yazı işlərindən istifadə edilir. Sinifdə qarşılıqlı müna-sibətlərin yaranması və şəxsi keyfiyyətlərin üzə çıxması üçün həm də sosiometriyadan istifadə edilməlidir.

Psixoloji diaqnostikada üç növlü psixodiaqnostik metod geniş vüsət almışdır. Şəxsiyyətin keyfiyyətinin müəyyənləşdirilməsinə is-tiqamətlənmə onların əsas xüsusiyyətidir. Testlər etibarlılıq və vahidlik tələblərinə uyğun gəlməlidir.
Test standartlaşdırılmış sınaqdır, tədqiqatçını maraqlandıran xüsusiyyəti üzə çıxaran və ölçüb-biçən "cihazdır”. Diaqnostika zamanı bir qrup testlər şagirdlərin uğurları və bacarıqları haqqında fikir yürütməyə şərait yaradır.
Burada intellekt və şəxsiyyət, xüsusi qabiliyyət və nailiyyət testləri də vardır. İkinci qrupda aparılan diaqnostika özünütəsvirə və sual kitabçalarında əksini tapan suallara verilmiş cavablara əsaslanır. Üçüncü qrup isə layihələşdirilmiş metodikalardır.
Layihələşmiş testlərin bəzilərindən: tamamlanmış bütöv cümlələrdən, hekayə, əhvalat metodundan, hansısa hadisənin, situasiyanın aydınlaşdırılmasından, rəsmin çəkilməsi, yaxud tamamlanmasından, vəziyyətin öyrənilməsindən sinif rəhbərləri istifadə edə bilərlər.
Məktəbdə diaqnostika işləri planlı və sistemli şəkildə aparılmalıdır. Sinif rəhbəri bu işləri məktəb psixoloqu ilə əməkdaşlıq edərək yerinə yetirə bilər. Sinfin həm ümumi pedaqoji diaqnostikasını, həm də şagirdlərin iştirakının şəxsi aspektlərə yönəldilmiş diaqnos-tikanı keçirtmək tövsiyə olunur. Yaxşı olar ki, qabaqcadan şagirdləri öyrənmə proqramı hazır-lansın. Sinif rəhbərlərinin əksəriyyəti gündəlik eksperiment aparırlar. Eksperimentin məqsədi şagirdlərin fakt və hadisələrə münasibətlərini öyrənmək, onları sınaqdan keçirməkdir. Pedaqoji eksperimentin bir neçə növü var. Bunlar adətən, təbii və laboratoriya eksperimentidir. Təbii eksperiment zamanı şərait dəyişmir, sadəcə olaraq, məktəblinin hərəkəti, davranışı nəzarətdə saxlanılır.

Təbii eksperiment elə müşahidədir ki, bu tərbiyə prosesində baş verən dəyişikliklər sistemli şəkildə öyrənilir. Bu zaman müşahidəçi şagirdlərin fəaliyyətinə müdaxilə edir.
Pedaqoji eksperiment zəruri məlumatları və faktları, fərziyyələri əvvəlcədən dəqiq müəyyən etməyi, konkret şəraiti nəzərə al-mağı tələb edir. Pedaqoji eksperiment vasitəsi ilə şagirdlərin tərbiyəsinin səviyyəsini, müxtəlif həyat və fəaliyyət şəraitində onların qarşılıqlı əlaqələrini, əməyə, təbiətə, adamlara münasibətlərini aşkar etmək, müxtəlif həyati situasiyalarda onların özlərini necə aparmalarını, müstəqilliyini, təşəbbüskarlığını və fəallıqlarının inkişaf dinamikasını öyrənmək olur.
Bu mənəvi keyfiyyətlər tam, bütövlükdə formalaşır. Sinif rəhbəri şagirdləri hərtərəfli öyrənməlidir. Böyük rus pedaqoqu və psixoloqu K.D.Uşinski deyirdi ki, "tərbiyəçi insanı həqiqətdə olduğu kimi bilməli, onun bütün zəif və qüvvətli cəhətləri ilə, bütün kiçik ehtiyacları və eləcə də böyük ruhi tələbləri ilə tanış olmalıdır”. Sinif rəhbəri şagirdləri fəaliyyətin bir çox növlərinə, müxtəlif həyat şəraitinə cəlb edərək, özü üçün kəşflər edir, şagirdlər haqqında öz bilik və təsəvvürlərini zənginləşdirir. Sinif rəhbəri şagirdləri öyrənərkən obyektivliyi gözləməlidir. Şagirdləri öyrənən sinif rəh-bəri müqayisə və ümumiləşdirmələr apararaq onlar haqqında düzgün nəticəyə gəlməlidir.

Sinif rəhbərləri şagirdləri öyrənərək tərbiyə etməli, tərbiyə edərək öyrənməlidirlər. Sinif rəhbəri şagirdləri nə qədər yaxşı, dəqiq tanıyarsa, onun pedaqoji tərbiyə sistemi bir o qədər ardıcıl və konkret, tərbiyə fəaliyyətinin nəticələri o qədər məhsuldar olar.
Sinif rəhbərləri şagirdləri öyrənərkən onların sağlamlığına xüsusi diqqət yetirməlidir. Bunu şagirdlərin müasir həyat tərzi tələb edir. Ona görə ki, yeniyetməlik dövründən başlayaraq şagirdlərin həyat tərzinə müxtəlif amillər təsir edir. Sağlam həyat tərzi şagirdlərin sağlamlığının təmin edilməsində böyük rol oynayır. Şagirdləri içkilərdən, narkotik maddələrdən qorumaq vacibdir. Bu işdə sinif rəhbəri həkim və fiziki mədəniyyət müəllimi ilə əməkdaşlıq etməlidir. Sağlam həyat tərzinin təşkili üçün sinif rəhbəri şagirdlərin gün rejiminə, tibbi müayinədən keçmələrinə xüsusi diqqət yetirməlidir. Sinif rəhbəri şagirdlərin fərdi kartoçkalarını tez-tez nəzərdən keçirməli, onların profilaktik peyvəndlərdən keçmələrini təşkil etməli, onların həddindən artıq yüklənmə hallarına qarşı mübarizə aparmalıdır. Şagirdlərin məqsədyönlü, müntəzəm və hərtərəfli öyrə-nilməsi fərdi yanaşmanın zəruri şərtidir. Çünki hər bir şagird özlüyündə bir dünyadır. Hər bir şagirdin özünəməxsus fərdi-psixoloji xüsusiyyətləri vardır. Temperament və xarakterin mənəvi və iradi qabiliyyətlərin, formalaşmış şəxsi təcrü-bənin öyrənilməsi hər bir uşağın özünəməxsus fərdi xüsusiyyətləridir. Şagird və kollektivlər haqqında məlumat toplamaq, tərbiyə prosesini optimallaşdırarkən işin nəticələrini müntəzəm şəkildə qeydə almaq, yeri gəldikcə tərbiyə prosesinə düzəlişlər etmək xüsusi əhəmiyyətə malikdir.

Sinif rəhbəri yalnız öz işini yaxşı planlaşdırmaqla kifayətlənməməli, həm də onun nəticələrini qeydə alıb, habelə təhlillər aparmalı, müqayisə edib nəticələr çıxarmalı, müsbət və çatışmayan cəhətləri aşkar edib konkret tədbirlər görməyi bacarmalıdır.blogspot.com



Загрузка...