AzTehsil.com


Xəbərlər / Müəllim
01 aprel 2018
6 228


Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər



 

Müəllimlik iş şəraiti çox gərgin olan peşələrdən sayılır. Hər şagirdin  fərqli xarakterdə olduğunu nəzərə alsaq, onlarla ünsiyyətin, işləməyin müəllimlərin psixologiyalarına da təsirsiz ötüşmədiyini deyə bilərik. Bu səbəbdən, müəllimlərin aqressiv danranışlarına da vaxtaşırı rast gəlmək mümkündür. Eyni vəziyyət digər ölkələrdə də müşahidə olunur. Araşdırmalar nəticəsində Almaniyada müəllimlərin 30 faizinin psixoloji problem yaşadığı məlum olub. Almaniyanın hələ başqalarına  nisbətən az stress və gərginliyin yaşandığı bir ölkə olduğunu nəzərə alsaq, ayrı dövlətlərdə bu faiz göstəricisinin daha çox olduğunu deyə bilərik.

 Müəllimlərin bir qismində rast gəlinən psixoloji gərginliyin, aqressiyanın səbəbi nədir?
 

 

Məsələ ilə bağlı AzEDU-ya danışan sosioloq alim Əhməd Qəşəmoğlu bunun əsas səbəblərini belə izah edir:

"Tez-tez müəllimlərin aqressiv davranışının şahidi oluruq, hansısa müəllimin şagirdi vurması ilə bağlı xəbərlər eşidirik. Amerika məktəblərində mənəvi aspektdən xoşagəlməz, iyrənc hadisələr baş verir. Ümumiyyətlə, insanların davranış və psixologiyasında olan dəyişikliklər bir neçə mühüm faktorun təsiri altında baş verir. Bunlardan əsası aldığı informasiyalardır. Müəllim gün boyu müxtəlif informasiyalarla yüklənir. Digərləri isə müəllimin yaşadığı mühit və üstünlük verdiyi dəyərlərdir. Səbəblər müəllimlə bərabər, hər kəs üçün eynidir. Bu üç faktor psixologiyaya təsir edir.

Hazırda təhsil sahəsində qəribə vəziyyət yaranıb. Şagirdlər müəllimin arzu etdiyi şəkildə oxumurlar. Mən də uzun illər müəllim işləmişəm. Təcrübəm olduğuna görə bilirəm ki, şagirdlər yaxşı oxuyanda müəllimdə də həvəs yaranır. Onun daxili potensialı hərəkətə gəlir. Öz peşəsinə sevgi yaranır. Hətta maaşı yüksək olmasa belə, müəllim bundan motivasiya alır. Amma əksinə olarsa, təhsil prosesləri  müəllimdə gərginlik yaranır və onun öz peşəsinə qarşı münasibəti dəyişir.

Elmdə peşə psixologiyası deyilən bir sahə var. Bu, çox ciddi sahədir və hər sənətin insana necə təsir etdiyini araşdırır. Orada deyilir ki, insan öz əməyindən yaradıcı planda zövq almayanda onun daxilində sərtləşmə, psixologiyasında pozuntu gedir. Daxili harmoniyası pozulur. Uşaqların getdikcə dərsə laqeyd yanaşması müəllimdə psixoloji sarsıntı yaradır. Onlar əsəbi olurlar. Sosial-maddi problemlər də bu məsələyə təsir edir. Müəllim psixologiyasında belə pozuntu halları çoxalıb”.

Sosioloq əvvəlki müəllimlərlə indikilərin bir olmadığını bildirib:

"Son vaxtlar müəllimlər arasında qadınların sayı üstünlük təşkil edir. 1950-60-cı illərdə isə əksinə idi. Az qala, müəllimliyə qadın peşəsi kimi baxılır. Məhz bu faktorun təsiri altında da burada müəyyən psixoloji faktorlar gedir. Digər tərəfdən isə sosial-iqtisadi problemlər kişi müəllimim başını o qədər qatır ki, müəllimlik peşəsi ilə lazımi şəkildə məşğul ola bilmir və ya kompleks keçirir. Bu onun psixologiyasına da təsir edir. Bu məsələyə ikitərəfli yanaşmaq lazımdır. Həm qadınların, həm də kişilərin psixologiyasını nəzərə almaq lazımdır.
 

 

Təəssüf ki, uzun illər pedaqoji təhsil sistemimizə formal münasibət oldu. Müəllimlərin hazırlığı səthiləşdi. Çoxlu saxta diplomlar aşkarlandı. Yəni, indiki müəllimlə 30-50 il əvvəlki müəllim eyni deyil. İndiki müəllimlərin təhsilə münasibətində fərq var. Elə müəllim var ki, dərsə etinasız yanaşır. Amma peşələrinə bağlı olan müəllimlər də var. Belələrində psixoloji sarsıntıya daha çox rast gəlinir. Burada dəyərlər yönümü xüsusilə rol oynayır. Əvvəl müəllimlər daha çox mənəvi dəyərlərə önəm verən insanlar kimi yetişdirilirdi. İndi isə cəmiyyətdə gedən proseslər hesabına müəllimlərin dəyərləri də dəyişib. Ona görə də ortada çox gərgin vəziyyət yaranıb”.

O, bu vəziyyəti aradan qaldırmağın yollarını izah edib:

"Düşünürəm ki, bu işlə ciddi məşğul olmaq lazımdır. Müəllimin hansısa psixoloji vəziyyətə düşməsinə informasiyalar, mühit və dəyərlər çox təsir göstərir. Biz bunu aradan qaldırmaq üçün onların hər birində ciddi dəyişikliklər etməliyik. Mühit elə olmalıdır ki, müəllim diqqətini daha çox tədrisin keyfiyyətinə yönəltmək imkanı əldə etsin. İnformasiya müəllimin mənəvi, pedaqoji təbiətini yüksəltməlidir. Dəyərlər sistemi isə müəllimlərə vətəndaş yetişdirmək məsuliyyətini yetərincə hiss etdirəcək səviyyədə olmalıdır.

Müəllim mühiti ilə bağlı ciddi sosioloji tədqiqatlar aparılmalıdır. Daha sonra müəllimlərin bu araşdırma ilə bağlı təklifləri də üzə çıxacaq. Məlum olacaq ki, müəllim mühiti hansı səniyyədədir, burada nələr baş verir. Ekspertlərlə danışmaq lazımdır. Yekunda isə çox ciddi fəaliyyət proqramı hazırlanmalıdır. Necə ki, hazırda regionların sosial-iqtisadi inkişafı üçün proqramlar hazırlanır. O zaman qanunvericilik bazasında hansı  inzibati, maarifləndirici dəyişikliklərə ehtiyac duyulduğu üzə çıxacaq”.

 

Psixoloq Elnur Rüstəmov isə indiki şagirdlərin əvvəlkilərdən fərqləndiyini vurğulayıb:

"Müəllim ilk növbədə insandır. İnsanın psixoloji durumunda hansısa narahatlıq varsa, bunun səbəbi genetik və psixoloji faktorlar ola bilər. Müəllim də bizimlə bir cəmiyyətdə böyüyüb, buranın üzvüdür. O da bir ailədən çıxıb. Yəni həmin psixoloji durum bütün insanlarda var. Sadəcə, müəllim səbr edən, öyrədəndir. Nəzərə almaq lazımdır ki, bugünkü şagirdlər də əvvəlkilər kimi deyillər. Hazırda dünyada baş verən qlobal dəyişikliklər, ailədaxili münaqişələr, boşanmalar orada böyüyən uşaqlara təsir göstərməyə bilməz. Buna görə də müəllimlərdən mütləq şəkildə elmlə yanaşı pedaqoji bacarıq da tələb olunur. Müəllimlərin işə qəbul prosesində də psixoloji məqamlara mütləq diqqət yetirilir. Onlar üçün təlimlər keçirilir, testlər verilir. Hətta  hansısa narahatlıq olarsa, onun aradan qaldırılması istiqamətində işlər görülür”.
 

 

Psixoloq  qadın müəllimlərin kişilərdən dözümlü olduqlarını bildirib:

"Müəllimin narahatlığı həmişə olub. Sadəcə, biz dünənə qədər SSRİ-nin tərkibində idik. Sovet ideologiyasında bu istiqamətdə işlər aparılırdı.

Bizim üçün müəllim dedikdə gözümün önünə məşhur filmdəki Cəbiş müəllim gəlir. Əsərlərdə, filmlərdə onun kimi digər müəllimlər də görürdük. Biz qlobal dünyada yaşayırıq. Buna görə də heç kimi məcbur edə bilmərik ki, get,  Cəbiş müəllim ol. Çünki hazırda seçim çoxdur. Amma bunun fonunda müəllim obrazı, yanaşması  saxlanılmalıdır. Müəllim həmişə yolgöstərən, öyrədən olub. Bu gün cəmiyyətdə nüfuz sahibi olan, yol göstərən ağsaqqala "müəllim”-deyə müraciət olunur.

 

Bu narahatlıqlar kişi müəllimlərdə daha çox müşahidə olunur. Çünki qadın zatən öyrədən, potensial anadır. Onlar uşaqla davranışda, münasibətdə daha dözümlüdürlər, nəinki kişilər. Ailə daxilində də uşağı anası daha yaxşı başa düşür. Bu, fitridir. Qadın müəllimlər kişilərdən daha dözümlüdürlər”.



Загрузка...
Həmçinin oxuyun:
Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

Müəllimlik qadın peşəsidirim?...ARAŞDIRMA

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Bütün günahları müəllimdə axtarmayın...Psixoloq rəyi

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Günel Səfərova ali məktəb rəhbərlərinə müraciət etdi - "Müəllimlər uşaqları..."

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

"Müəllimmi özünü belə nüfuzdan salıb, yoxsa cəmiyyətmi standartlarını dəyişib?!.."

Kişi və qadın  müəllimlərinin  psixoloji  xüsusiyyətləri

Kişi və qadın müəllimlərinin psixoloji xüsusiyyətləri

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

Mən nəyi isə uşaqlara öyrədəndə bundan zövq alıram- Gənc müəllim Araz Qurbanov.

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

"Əsəblərini cilovlaya bilməyən müəllim işləyə bilməz"

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllim-valideyn münasibətləri necə tənzimlənməlidir?

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Müəllimlərin nəticələri şagirdlərdən aşağıdır – Rayon təhsil şöbələrinə sərt İTTİHAM

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Azərbaycanın şəhər məktəblərində qadın, kənd məktəblərində isə kişi müəllimlər üstünlük təşkil edir

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

İxtisasartırma yolu ilə müəllim olanların aqibətini nə gözləyir? – Ekspert

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

Məktəblərdəki rüsvayçılığın üç əsas səbəbi - ekspertlər danışır

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

"Vaxtilə bunu etsəydilər, məktəblərdə saxta diplomlu müəllimlər olmazdı"

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

“Oxuyan oxusun, oxumayan özü bilər, mən vəzifəmi yerinə yetirdim” deməkdirmi müəllimlik ?

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar

“Bu müəllimlər o fənnin peşəkar pedaqoqu deyillər” – İşdən çıxarılacaqlar