AzTehsil.com Moderator.az-a istinadən tanınmış təhsil eksperti, XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev ilə müsahibəni təqdim edir:
-Etibar müəllim, hal-hazırda müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi həyat keçirilir. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
Açığı bu gün mən Qeyri-hökumət təşkilatı rəhbəri kimi Texniki Universitetin İdman zalında müəllimlərlə keçirilən müsahibəyə dəvət olunmuşdum. İlk öncə peşəkar təşkilatçılığın, şəffaflığın, xüsusilə nizam-intizamın şahidi oldum. Bir neçə saat müddətində iştirak etdiyim bu prosesdə müsahibə üçün seçilmiş müəllimlərlə tanış oldum. Ümumi qənaətinm budur ki, onların seçimi düzgün həyata keçirilib. Müsahibə mərhələsi olduqca vacibdir və müəllimlərin üzərinə yaxşı dərs demək üçün böyük məsuliyyət qoyur. Gənclərin böyük əksəriyyətinin kənd məktəblərini seçməsi xüsusilə diqqətimi cəlb etdi.
Etibar müəllim maraqlı olan nələri müşahidə etdiniz?
Birincisi, müəllim peşəsinə yiyələnmək istəyənlərin səmimiyyəti məni təhsil eksperti kimi heyran etdi. Müşahidələrim onu söyləməyə əsas verir ki, müəllimlərin biliklərinin Diaqnostik qiymətəndirilməsi və bunun əsasında onların əməkhaqqının yüksəldilməsi, həmçinin müəllim peşəsini seçib yüksək bal toplayan tələbələrə əlavə təqaüdün verilməsi motivasiyanı gücləndirib. Bu prosesin gerçəkləşməsində mən Təhsil naziri Mikayıl Cabbarova təşəkkürümü bildirirəm. Bu cür işlər islahat kimi təhsil tariximizə qırmızı hərflərlə yazılmalıdır. İkincisi, onun şahidi oldum ki, müəllim olmaq istəyənlərin arasında kişi cinsindən olanların sayı artmaqdadır. Bu sevindirici haldır. Üçüncüsü, mən 20-30 il bundan öncə ali məktəbi bitirmiş bir neçə nəfərin müəllim peşəsinə qayıtmaqları üçün imtahan verməsinin şahidi oldum.
Bu nə deməkdir?
-Bu o deməkdir ki, müəllim peşəsi bütün zamanlarda şərəfli peşə olub və ondan üz döndərmək mümkün deyil. Bu günkü müşahidələrim məndə xeyli optimist hisslər oyatdı. Müəllim peşəsinə Təhsil nazirliuyinin verdiyi önəm yaxın vaxtlarda Orta Ümumtəhsil məktəblərində daha savadlı müəllimlərin təminatına şərait yaradacaq. Təhsilə uzun illər rəhbərlik etmiş yüksək elmi adlar daşıyan adamlar vaxtilə bu cür prosedurları təşkil etsəydilər, nə məktəblərdə xeyli sayda saxta diplomlu, nə də savadsız müəllimlər işə qəbul olunardılar.