“Samsung Galaxy S9” və S9+ smartfonlarının satış vaxtı MƏLUM OLDU
Xarici insayderlər yeni "Samsung Galaxy S9” və S9+ flaqman smartfonlarının satışa başlanılacağı tarixi elan ediblər.
Məlumata görə, hazırda əldə olunan məlumata əsasən, Cənubi Koreya texnoloji nəhənginin yeni flaqmanlar nəsli artıq gələn ilin martından bazarda olacaq.
Bundan öncə bildirilib ki, bu smartfonlar yanvarda satışa çıxarılacaq. Ancaq bəzi aparıcı texniki komponentlərin istehsalındakı çətinliklər prosesi bir qədər uzadıb.
Gözlənilir ki, "Samsung Galaxy S9” və S9+ smartfonları fevralın 26-dan martın 1-nə qədər Barselonada keçiriləcək beynəlxalq MWC 2018 sərgisi çərçivəsində nümayiş etdiriləcək.