“Samsung” “Galaxy A8” və A8+ smartfonlarını təqdim etdi
Cənubi Koreyanın "Samsung” şirkəti rəsmi olaraq çərçivəsiz displeylə təchiz edilmiş yenilənmiş cihazlarını təqdim edib.
Məlumata görə, onlar 2018-ci ilin yanvar ayında satışa çıxarılacaqlar.
"Samsung” "Galaxy A” istehsalını yeniləyib. Cihazlar "Infinity Display” və ikili ön kameraya malikdirlər. "Galaxy A8” və A8+ smartfonları tərəflərin 18,5:9 nisbətində çərçivəsiz "Super AMOLED Infinity” ekranına sahibdirlər. 5,6 düym "Full HD +” diaqonallı ekrana malik kiçik modellə birgə, 1080X2220 piksel icazəli 6 düymlü ekrana malik daha böyük modeli olacaq.
Smartfonlar 14-cü texniki proseslə istehsal edilmiş və "Mali-G71 GPU” sürətləndirici qrafikə malik səkkiznüvəli "Exynos 7885” prosessorla təchiz ediliblər. Smartfonun həmçinin "USB Type-C” portu, həmçinin "Samsung Pay” ilə işləməsi üçün "LTE Cat.11”, NFC və MST mövcuddur.