AzTehsil.com


Xəbərlər / Texnologiya
26 iyul 2017
3 345


Bu telefonlar Azərbaycan üçün nəzərdə tutulmayıb



 


Ola bilər, nə vaxtsa qohum-tanışlar nömrənizə zəng çatmadığını deyib. Sizin telefonunuz isə bütün günü sönülü olmayıb və eşitdiklərinizə təccüblənmisiniz.  İndi məlumatınız olsun ki, böyük ehtimalla , Azərbaycan üçün nəzərdə tutulmamış mobil telefon istifadə etmisiniz və ya hazırda etməkdəsiniz.
 
Ölkəyə qanunsuz yollarla gətirilmiş telefonlar mağazalarda açıq-aşkar aşağı qiymətlərə satılır. Ucuz olduğuna görə, bir sıra vətəndaşlar belə telefonları alırlar, lakin sonra ciddi problemlər ilə qarşılaşırlar.
 
HOLOQRAMSIZ TELEFONLAR AZƏRBAYCANDAKI ŞƏBƏKƏYƏ UYĞUN DEYİL
 
Qarşılaşılan ən böük problemlər şəbəkənin tutmaması, danışığın kəsilməsi, telefonun donması və sönməsidır. Rəsmi mağazalardan öyrəndik ki, problem yaşamaq istəməyənlər Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrinə uyğunlaşdırılımş holoqramlı telefonlar alsınılar:
 
"Hər bir ölkənin mobil operatorları müxtəlif avadanlıqlardan istifadə edirlər. Mobil operatorların istifadə etdiyi avadanlıqlar mənşəyinə, istehsal illərinə, köhnə və ya müasir sistem olmasına görə bir-birlərindən fərqlənirlər.  Bunlara görə, əksər iri istehsalçılar telefonları hər bir ölkənin şəbəkəsinə uyğunlaşdıraraq istehsal edirlər.
 
Xarici ölkələr üçün nəzərdə tutulmuş telefonlar Azərbaycanın mobil operatorlarının şəbəkələrilə uyğun gəlmir,  bunun nəticəsində şəbəkə tutmur,  danışıq kəsilir,  telefon  donur  və ya sönür.
 
Məsələn, Samsung çoxsaylı müraciətləri nəzərə alaraq, öncədən testlər aparıb, Azərbaycanın  mobil operatorlarının şəbəkələrini öyrənib. Əldə edilmiş nəticələrə əsasən , sırf Azərbaycan üçün  telefonlar istehsal edir. Şirkət Azərbaycan üçün istehsal etdiyi telefonları fərqləndirmək məqsədilə onlara holoqram vurur. Yəni, holoqramlı Samsung  telefonlar Azərbaycanın mobil operatorlarının şəbəkələrinə uyğunlaşdırılıb”.
 
Holoqramsız telefonların böyük əksəriyyti ölkəmizə qanunsuz yollarla Dubaydan gətirilir. Dubaydakı azad ticarət zonasına telefonlar ümumi qaydada göndərilir, belə telefonlar ayrı-ayrı ölkələrin şəbəkələrinə uyğunlaşdırılmayıb. Həmin telefonları alanlar əksər hallarda problemlər yaşayırlar.
 
SAMSUNG İMİCİNİ QORUMAQ ÜÇÜN HOLOQRAM TƏTBİQ EDİR
 
Samsung yaxşı satıldığından bu markalı telefonlar daha çox qeyri-qanuni yollarla ölkəmizə gətirilir. Lakin qeyd etdiyimiz kimi, bu telefonlarda qısa müddət sonra problemlər yaranır. Şəbəkənin itməsi, telefonun donması və sönməsi kimi problemlər də Samsung-un imicinə mənfi təsir edir, alıcılar Samsung telefonlarının keyfiyyətsiz olduğunu düşünürlər. Əslində problem Azərbaycan üçün nəzərdə tutulmamış telefonların istifadəsidir. Əldə etdiyimiz məlumata görə, Samsung səhv fikirlərin qarşısını almaq üçün holoqram tətbiqinə başlamışdır.
 
Qeyd edək ki, satışda olan holoqramsız telefonlar həm Samsung tərəfindən, həm də Çində kopyalanaraq istehsal edilmiş telefonlar ola bilər.
 
ƏHALİ ÖZÜ DƏ HƏRƏKƏTƏ KEÇMƏLİDİR
 
Qanuni telefonların  satışı ilə məşğul olan  satıcıdan öyrəndik ki, dövlət tərəfindən aparılan mübarizə tədbirlərinə əhali də dəstək verməlidir:
 
"Hər il qeyri-leqal yolla ölkəyə gətirilən telefonlar Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən müsadirə olunur və yandırılır. Bunu qarşısını almaq məqsədilə əhali özü də hərəkətə keçməlidir. Holoqramsız telefon, qeyri-qanuni yolla ölkəyə daxil olan telefon sayılır. Holoqramlı  Samsung telefonları rəsmi olaraq "Samsung Azərbaycan” tərəfindən idxal olunur və satışı şirkətin dilerləri t vasitəsilə həyata keçirilir.
 
Mağazalarda ucuz qiymətə təklif olunan holoqramsız telefonlar qanunsuz olaraq ölkəyə daxil olan telefonlardır. Belə telefonlara görə rüsum və vergilər ödənilmədiyi üçün aşağı qiymətlərə satılır.  Dövlətin vergisini ödəyən, işçilər saxlayan rəsmi distibyutor və dilerlərin satışları isə aşağı düşür”.
 
HOLOQRAMSIZ TELEFONLARDA RAST GƏLİNƏN PROBLEMLƏR
 
Təmir statistikasına görə, holoqramlı orijinal Samsung mobil telefonlarında problemin çıxması ehtimalı 2%-dək olduğu halda, holoqramsız, qeyri-orijinal telefonlarda bu göstərici 35%-dək olur.
 
Satıcılardan topladığımız məlumatlara görə, holoqramsız telefonlarda qarşıya çıxan əsas problemlər aşağıdakılardır:
 
- Holoqramsız, qeyri-orijinal telefonlar ölkənin mobil operatorlarının şəbəkə diapazonlarına uyğunlaşdırılmadığına görə telefonlarda şəbəkə, proqram təminatı, ekran, proqram təminatının yenilənməsi, enerji tükənməsi kimi problemlər üzə çıxır. Orijinal holoqramlı telefonlar isə bütün mövcud olan testlərdən keçirilir.
 
- Holoqramsız, qeyri-orijinal telefonlarda regiona uyğun dil seçimi olmadığına görə telefona əlavə dil yazmaq üçün root olunmalıdır. Bu isə nəticədə gözlənilməyən problemləri ortaya çıxardır.
 
- Holoqramsız, qeyri-orijinal telefonların texniki göstəriciləri (Kameranın MeqaPiksel sayı, şəbəkə rejimləri, Prosessor,Displey), komplektasiyada olan aksesuarlar fərqlənir. Bunlardan əlavə, holoqramsız, qeyri-orijinal telefonların komplektində olan aksesuarlar keyfiyyətsiz olur.
 
Həmçinin  rəsmi Samsung Texniki Servis mərkəzindən öyrəndik ki, yalnız holoqramlı orijinal Samsung mobil telefonlarına xidmət göstərilir. Beynəlxalq zəmanəti olduğuna görə, holoqramlı telefona istənilən ölkədə servis xidməti göstərilə bilər.



Загрузка...
Həmçinin oxuyun:
Xeyir və zərəri ilə mobil telefonlar

Xeyir və zərəri ilə mobil telefonlar

Mobil telefonun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edirik:

Mobil telefonun izləndiyini güman edənlər üçün lazım olan kodları təqdim edirik:

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

Nazirlik mobil telefon istifadəçilərinə xəbərdarlıq edib

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

ADNSU-da Respublika Fənn Olimpiadası keçiriləcək

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bu gün hansı məktəblərdə istilik təminatında problemlər yaranıb? - RƏSMİ CAVAB

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Bakı Təhsil İdarəsi: Müəllimlərin işə qəbulu zamanı qeyri-qanuni hallara rast gəlinməyib

Nazirlikdən mobil telefon istifadəçilərinə xəbərdarlıq: Yeni təhlükəli virus yayılıb

Nazirlikdən mobil telefon istifadəçilərinə xəbərdarlıq: Yeni təhlükəli virus yayılıb

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

Şagirdlər arasında ən çox rast gəlinən xəstəliklər açıqlandı

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

TƏHSİL HAQQI İLƏ BAĞLI PROBLEMLƏR NİZAMA SALINMALIDIR

Qrant almaq istəyən alimlər üçün yenilik...

Qrant almaq istəyən alimlər üçün yenilik...

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

Orta məktəb şagirdlərinə esse tələbi

Orta məktəb şagirdlərinə esse tələbi

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

XARİCDƏ TİBB TƏHSİLİ ALANLAR ÖLKƏMİZƏ QAYIDIB İŞLƏYƏ BİLƏRLƏR

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Bizi düşündürür ki, aşağı siniflərdə summativ qiymətləndirmə nə dərəcədə vacibdir?"-qiymətləndirmələrdə dəyişikliklər olacaq

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

"Müəllimlərin işdən azad ediləcəyi fikri qeyri-ciddidir " NADİR İSRAFİLOV

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

Evində Wi-Fi olanların diqqətinə: uşağınız xərçəng ola bilər

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İmtahan baş tutmadı: "10 günə 2 milyon manat qazanıblar, qurduqları serverlərinə bax"

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

İyulun 14-ü keçirilən imtahanlarda 33 nəfərin imtahan nəticəsi ləğv olunub

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Dövlət İmtahan Mərkəzi sərt xəbərdarlıq etdi!

Dövlət İmtahan Mərkəzi sərt xəbərdarlıq etdi!

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

Buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31256 şagirddən 318 nəfəri imtahana gəlməyib

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

"Müstəqllikdən sonra təəssüf ki, ölkədə məktəbəqədər təhsil müəssisələrinin sayı azalıb"

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

Son dəqiqə! Azərbaycanın məşhur Universitetində tələbələrə görün nəyi qadağan etdilər

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları