Yeni nəsil qatlana bilən İPhone gəlir
ABŞ-ın "Apple” texnologiya şirkəti yeni nəsil "İPhone” modellərinin patentini almaq üçün hərəkətə keçib.
Şirkət elastik ekranlı və qatlana bilən yeni modelləri istehsal etməyə hazırlaşır.
Daha öncə "Samsung” şirkəti də bu növ cihazların üzərində işlədiyini elan etmişdi.
Lakin "Samsung” bu formları təkcə ağıllı smartfonlara tətbiq etməyi planlaşdırır. "Apple” isə bu növ cihazları smartfonlarla yanaşı, laptop, tablet və saatlara da tətbiq edəcək.