"Apple" şirkəti anons etdi- Qatlanan "iPhone" hazırlanır
"Apple" şirkəti qatlanan korpusu olan "iPhone" istehsal edəcək.
Məlumata görə, şirkət artıq istehsala başlayıb. Yeni model üzərində "LG" şirkətinin bir qrup mühəndisi də çalışır.
"LG" mühəndisləri "iPhone" üçün qatlanan "OLED" ekranı hazırlayırlar. "LG İnnotek"də yaradılan başqa komanda isə qatlanan çap platası üzərində işləyir. Bu plata isə qatlanan korpusa quraşdırılacaq.
Bildirilir ki, qatlanan telefon 2020-ci ildə satışa çıxacaq.