Xəbərlər / Texnologiya
08 noyabr 2017
2 327


Gələn il “”Apple” OLED displeyli 2 smartfon buraxacaq

Gələn il “”Apple” OLED displeyli 2 smartfon buraxacaq

 "KGI Securities” şirkətinin analitikin məlumatına əsasən, "Apple” şirkəti 2018-ci ildə 2 ədəd OLED ekranlı flaqman istehsal edəcək.

 

Məlumata görə, qeyri-adi  üstünlüklərə malik olacaq smartfonlardan biri "iPhone X” seriyasını davam etdirəcək. İkincisi isə "iPhone X Plus” adını alacaq və 6 düymlük displeyə malik olacaq.

 

Həmçinin şayiə gəzir ki, "Apple”in yeni məhsullarında "TrueDepth” kamerası olacaq. Ancaq mütəxəssislər bu məlumatı təkzib ediblər və bildiriblər ki, çox güman, optik cihaz eyni olacaq və həmin cihazlarda da eynisi saxlanılacaq.

 

Analitiklərin sözlərinə görə, bütün yeni modellər "FaceİD” funksiyasını dəstəkləyərək, "İntel” və ya "MediaTek” şirkətlərinin istehsalı olan modemlərə malik olacaqlar. Bu da smartfonların məlumat ötürmə sürətini artırmasına kömək edəcək.

 

"iPhone 8” nəslindən olan smartfonların yeni versiyaları haqqında heç bir məlumat yoxdur. Mütəxəssislər istisna etmir ki, "Touc İD” funksiyasını dəstəkləyən və "Home” düyməsinə malik "8 Plus” versiyası sonuncu olub.

Məqalə Göndər








Загрузка...