Ən çox satılan smartfon: "iPhone 7" oldu
"Canalys" analitik şirkəti cari ilin üçüncü rübündə ən çox satılan smartfonların adlarını açıqlayıb.
Birinci yeri 13 milyon ədəd miqdarında satılan "iPhone 7" modeli tutub.
İkinci pillədə təxminən ikiqat fərqlə 7,9 milyonluq tədarük həcmi ilə "iPhone 6s" smartfonu qərarlaşıb. Sonrakı yerlərdə müvafiq olaraq 7,8 və 7,2 milyon ədəd satışla nisbətən ucuz "Samsung Galaxy J2 Prime" və "Oppo A57", eləcə də təkmilləşdirilmiş "Oppo R11" modelləri gəlir.
Məlumata görə, "Apple" şirkəti rüb ərzində təxminən 46,7 milyon smartfon satıb. Bunun 11,8 milyonu sentyabrda buraxılan yeni "iPhone 8" və "8 Plus" smartfonlarının payına düşüb.