İkiekranlı smartfon təqdim edildi
Çinin "ZTE” şirkəti ikiekranlı "Axon M” smartfonunu təqdim edib. O, analoji qurğulardan qeyri-adi dizaynı ilə fərqlənir.
Cihaz yığılmış vəziyyətdə 5,2 düymlük Full HD təsvir ölçülü ekrana malikdir və "Snapdragon 821” qabaqcıl prosessoru, 4 giqabayt əməli yaddaş, 20 meqapiksellik kamera, 3180 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.
Əlin yüngül hərəkəti ilə kitab kimi açılan smartfonun, həmçinin ikinci 5,2 düymlük ekranı var. Ekranlar həm birgə, həm də ayrı-ayrılıqda istifadə oluna bilər. Çəkisi 230 qram olan qurğu ilin sonlarında satışa çıxarılacaq.