“YouTube”un mobil versiyasında yenilik
Çərçivəsiz smartfon istehsalçılarının əksəriyyəti tərəflər nisbəti 18:9 olan qurğular hazırlayır. Amma bu, həmişə (xüsusilə 16:9 formatında video izləyərkən) əlverişli deyil. İndi "YouTube” mobil versiyasında videonu ekranın ölçüsünə uyğunlaşdırmaq olar.
Məlumata görə, proqramın son yeniliyi xüsusi olaraq "Pixel 2 XL” üçün çıxarılıb. "Google” istifadəçilərə izlənilən videonu ekranın ölçülərinə uyğunlaşdırmağa imkan verən yeni vasitə əlavə edib.
"Samsung” şirkəti göstərilən çarxların tərəflər nisbətini dəyişmək üçün əməliyyat sisteminə müvafiq funksiyanı əlavə edib. Amma "YouTube”un mobil versiyasına gəldikdə isə funksionallıq proqrama tətbiq edilib. Bunun üçün videonu tam ekran rejimində izləmək üçün böyütmə jestindən və ya ilkin tərəflər nisbətinə geri dönmək üçün azaltma jestindən istifadə etmək lazımdır.