AzTehsil.com


Xəbərlər / İKT / Texnologiya
22 dekabr 2017
2 047


Dörd kameralı smartfon gəlir! -YENİLİK



Dörd kameralı smartfon gəlir! -YENİLİK

Yeni "Nokia 9” smartfonu dörd kameraya malik olacaq. 


Məlumata görə, flaqman smartfonunu 2018-ci ilin əvvəlində keçiriləcək CES 2018 və ya sonradan baş tutacaq MWC 2018 sərgisində nümayiş etdirəcəklər.


Bu günlərdə cihaz ABŞ-da sertifikasiyadan keçib. Dərc edilmiş sənədə əsasən məlum olub ki, smartfon ikiqat əsas kameraya malik olacaq. 


İnsayderlərin məlumatına əsasən, cihazın ikili və frontal (ön) kamerası olacaq. Kameralar 5 meqapiksel olacaq və onlar "Chicony CKACE16” moduluna malik olacaqlar. Əsas kamera isə 12 və 13 meqapiksel təşkil edəcək. Onlardan biri f/2.0, ikincisi isə f/2.4 göstəricisində olacaq.


"GSMArena” nəşri bildirir ki, "Nokia9” smartfonunda yeni "Snapdragon 835” prosessoru, 5,5 düym həcm diaqonallı ekran və 128 GB həcmli yaddaş kartı quraşdırılacaq.




Загрузка...