5G texnologiyalı smartfon sınaqdan keçirildi
"Qualcomm” şirkəti ilk dəfə olaraq 5G texnologiyalı smartfonu sınaqdan keçirib. Bunun üçün X50 modemindən istifadə olunub.
Aztəhsil.com xəbər verir ki, lazımi infrastrukturun olması halında smartfonda məlumatların ötürülməsi sürəti 5 Gbit/saniyə səviyyəsinə çata bilər.
Şirkət yeni nəsil şəbəkənin sınaqdan çıxarılması üçün istifadə olunan 5G-smartfonu, eləcə də onun işçini təmin edən digər komponentləri də nümayiş etdirib.
5G texnologiyalı ilk smartfonların 2019-cu ilin ilk yarısında satışa çıxarılacağı gözlənilir.