“Samsung Galaxy Note 8” ilin smartfonu oldu
"Samsung Galaxy Note 8” smartfonu Hindistanda ilin smartfonu olub.
Məlumata görə, bu barədə "India Mobile Congress” sərgisi çərçivəsində qeyd edilib.
"Samsung Galaxy Note 8” flaqman smartfonu Hindistan bazarında 2017-ci ilin ən yaxşısı olub və münsiflər heyətinin "İlin cihazı” mükafatına layiq görülüb.
Həmçinin mötəbər mükafat "Gear S3” fitnes qolbağına da verilib.
Xatırladaq ki, ötən il "Galaxy Note 7” smartfonu akkumulyatorunun alışıb yanması səbəbindən ən uğursuz smartfon elan edilib. Cənubi Koreya şirkəti "Note 7” smartfonunu tam olaraq satışdan çıxarmalı olub və cihazda akkumulyatoru dəyişdirmək üçün geri çağırılma kampaniyasını işə salmalı olub.