Ən fəal smartfon istifadəçiləri hansı ölkələrdə yaşayır?
"Counterpoint” şirkəti araşdırma apararaq ən fəal smartfon istifadəçilərinin hansı ölkələrdə yaşadıqlarını müəyyən edib.
Aztəhsil.com-un iLenta.com saytına istinadən verdiyi məlumata görə, məlum olub ki, yalnız respondentlərin dörddə biri sutkada 7 saatdan çox smartfondan istifadə edir.
Ən fəal mobil cihaz istifadəçiləri malayziyalılar olub. Onların 55 faizi hər gün 5 saatdan çox ekrana baxır.
İkinci yerdə yaponlar qərarlaşıb. Onların 43 faizi öz cihazlarına sutkada 3 saata qədər vaxt ayırır.
Smartfonda ən çox vaxtı istifadəçilər veb-serfinqə ayırırlar- 64 faiz. Ondan sonra oyunlara ayrılan vaxt gəlir ki, bu da 62 faiz təşkil edir. Üçüncü sırada zənglər qərar tutub ki, bu da 55 faiz təşkil edib. Dördüncü yerdə 54 faizlə yazışmalar yer alıb.
Orta hesabla istifadəçilər öz cihazlarını 21 aydan bir dəyişirlər. Amerikalılar isə yeni cihazları orta hesabla hər 18 aydan bir dəyişirlər. Yaponiyalılar bu sahədə daha səbirli olublar. Onlar yeni cihazı əldə etmək üçün 26 ay gözləməli olurlar.
Almaniya, Avstraliya və Səudiyyə Ərəbistanından olan istifadəçilərin yarısı yeni smartfona görə 400 dollardan artıq pul ödəməyə hazırdırlar. Onların üçdə biri isə hətta 500 dollarından keçməyə hazırdır.