İlin ən uğursuz flaqmanı məlum oldu
"LG G6” smartfonu bu ilin ən uğursuz flaqmanlarının TOP-20-də lider olub.
Aztəhsil.com vistanews.ru saytına istinadən xəbər verir ki, istehsalçı daha dolğun cihazlar istehsal etməklə, şirkətlər bir-birini üstələməyə çalışırlar. Ancaq reallıqda tam əksi alınır.
Hazırda dünya bazarı istifadəçilərə istənilən zövqdə və qiymətdə smartfonlar təqdim edən şirkətlərlə doludur. Yeni smartfonu əldə etmək artıq heç kəs üçün yenilik də deyil.
Baxmayaraq ki, rəqiblər istifadəçinin tələbatını artırmaq üçün yeni imkanlarla zəngin flaqmanlar istehsal edirlər. Ancaq əslində gözəl bir bağlamada əsl saxtakarlıq da gizlədilə bilər.
Mütəxəssislər mümkün ən uğursuz smartfonların TOP-20-yini tərtib edə biliblər. Belə cihazların arasında "LG G6” smartfonu da yer alıb. Bundan başqa, mütəxəssislər "ZTE Blade S6 (hero)”, "Sony Xperia Z3+” və "LG G4c” kimi smartfonları qeyd ediblər.
Çox təəssüf ki, bu modellərdə bir çox natamamlıqlar var ki, onlar da istifadəçini razı sala bilməyib. İnsanlar bununla bağlı kütləvi şəkildə qeydlər və fikirlərini bildiriblər. Bir modeldə əməliyyat sistemində problem var, digərləri isə bu və ya digər proqramlara tab gətirmirlər. Bu, "LG G6” smartfonuna da aiddir.