AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Sual / Cəmiyyət / Manşet / Bölgə / Şagird
09 oktyabr 2025
1 298

Bu dərslikləri kimlər hazırlayır? - RƏSMİ CAVAB



Bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayevin dərsliklərin keyfiyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlər ictimai müzakirələrə səbəb olub. Nazir "Azərbaycan tarixi dərsliklərinin dili şagirdlərin yaş xüsusiyyətlərinə uyğun deyil" deyərək, tarix və biologiya fənləri üzrə yeni dərsliklərin hazırlanmasına ehtiyac olduğunu bildirib.


"Tarix kitablarının çoxu sadəcə faktların sıralanmasından ibarətdir. Düşünürəm ki, bu dəyişməlidir. Biologiya fənni üzrə dərsliklərimiz də beynəlxalq standartlara uyğun deyil. Oturub uşaqlara normal dərslik yazmaq lazımdır", - deyə o, qeyd edib.


Nazirin çıxışı sosial şəbəkələrdə geniş rezonans doğurub. Bəziləri bildirir ki, dərsliklərin hazırlanmasına elə nazirlik cavabdehdir, ona görə də bu tənqid qurumun özünə yönəlib. Digərləri isə hesab edir ki, Emin Əmrullayev illərlə formalaşmış köhnə yanaşmaları dəyişmək istəyir. Müzakirələr bir daha göstərdi ki, dərslik məsələsi cəmiyyət üçün hələ də ən həssas təhsil mövzularından biridir.


 AzTehsil.com- n xəbərinə görə, Elm və Təhsil Nazirliyindən Modern.az-a daxil olan məlumatda qeyd olunur ki, dərsliklərin hazırlanması prosesi konkret qaydalar və çoxmərhələli qiymətləndirmə mexanizmləri ilə tənzimlənir.


 


Ümumi təhsil pilləsi üçün dərsliklər Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil müəssisələri üçün dərslik, dərs vəsaiti və digər tədris metodik vəsaitlərin hazırlanması Qaydası"na əsasən tərtib edilir.


 


Ümumi təhsil pilləsi üçün dərsliklər ümumi təhsilin dövlət standartları əsasında hazırlanmış təhsil proqramlarını (kurikulumları) əhatə edir. Həmin təhsil proqramları (kurikulumlar) təhsilalanlarda formalaşdırılacaq bilik, bacarıq və səriştələri müəyyənləşdirir. Ümumi təhsil müəssisələri üçün hazırlanacaq dərsliklər və tədris vasitələri müəyyən qaydalara əsasən tərtib olunur. Bu qaydalar dərsliyin həm məzmun, həm də tərtibat baxımından yüksək keyfiyyətli olmasını təmin etməyə yönəlib.


 


Qaydaya əsasən, dərsliyin elmi baxımdan dəqiq, etibarlı və inkişafyönümlü olması vacibdir. Onun məzmunu şagirdlərin yaş xüsusiyyətlərinə uyğun, dəyəryönümlü və tərbiyəvi məzmun daşıyan, həmçinin Azərbaycan qanunvericiliyinə uyğun olmalıdır.


Bundan əlavə, dərsliyin hazırlanmasında müasir pedaqoji və metodiki yanaşmalardan istifadə edilməli, dizayn və tərtibat isə həm estetik, həm də məntiqli şəkildə qurulmalıdır.


 Qiymətləndirmə zamanı dərsliklər 100 ballıq sistemlə dəyərləndirilir:


Təhsil proqramına uyğunluq - 30 bal,


Məzmunun elmi və tərbiyəvi səviyyəsi - 40 bal,


Pedaqoji-metodiki yanaşmalar - 20 bal,


Dizayn və tərtibat - 10 bal.

Beləliklə, dərsliyin uğurlu sayılması üçün onun həm elmi məzmun, həm də tərbiyəvi, metodiki və vizual keyfiyyətlər baxımından balanslı şəkildə hazırlanması əsas şərtdir.



Qrif verilməsi üçün dərsliyin qiymətləndirilməsini həyata keçirmək məqsədilə nazirlik tərəfindən müvafiq sahədə 10 (on) ildən artıq pedaqoji təcrübəsi və ya elmi dərəcəsi olan ən azı 3 (üç) nəfər mütəxəssis cəlb edilir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, bunlarla yanaşı hazırlanmış dərslik və onunla komplekt təşkil edən metodik vəsaitlərə dair ictimai rəyin öyrənilməsi həyata keçirilir:

"Bu zaman dərslik komplektlərinin layihələri www.trims.edu.az saytının "İctimai müzakirədə olanlar" bölməsində yerləşdirilir. Saytda dərslik komplektlərinin məzmunu ilə tanış olmaq, xüsusi ayrılmış sahədə irad və təklifləri qeyd etmək imkanı yaradılır. İrad və təkliflər derslik@edu.gov.az elektron ünvanına da göndərilə bilər. Paralel olaraq, Elm və Təhsil Nazirliyi alimlərin, təhsil işçilərinin, aidiyyəti dövlət qurumlarının dərslik layihələrinə dair rəy, irad və təkliflərini almaq üçün müvafiq qurumlara müraciət edir. Dərslik layihələrinə istifadə hüququ verilənədək Nazirliyə daxil olmuş bütün rəy və təkliflər ümumiləşdirilərək nəşriyyat-poliqrafiya müəssisələrinə təqdim olunur və məqbul sayılan rəylər layihədə nəzərə alınır.

Əlavə olaraq, həmin dərsliklər Dövlət İmtahan Mərkəzinin dərsliklərin nəşrqabağı elmi-metodiki monitorinqinin nəticələri əsasında da təkmilləşdirilir".



Həmçinin oxuyun:
Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumi təhsil sistemində dərsik siyasəti- Ümumi müddəalar

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

“Təhsilə indi rəhbərlik edənlər tənqiddən nəticə çıxarmağa çalışırlar” - MÜSAHİBƏ

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Na­dir İs­ra­fi­lov: "Dərslik yaz­maq sa­hə­sin­də­ki təc­rü­bə­siz­lik nə­ti­cə­sin­də bu prob­lem ya­ra­nıb"

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Hərənin öz tarixi, və yaxud şagirdlərə tarixi müxtəlif ölkələrdə necə çatdırırlar?

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərslik qalmaqalı Türkiyədə rezonans doğurdu- "Kitabı ruslar hazırlayıb"

Dərsliklər niyə qəliz yazılır?

Dərsliklər niyə qəliz yazılır?

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

Nadir İsrafilov: Dərsliklərin məzmunu və keyfiyyəti ilə bağlı mövzular həmişə müzakirə predmeti olub

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

“Uşağın nə dilinə yatır, nə də yadında qalır”: Dərslik DƏRDİ, ya şəxsi İNTRİQA?

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

"Dərsliklərdə yol verilən istənilən səhv Təhsil Nazirliyini məsuliyyətdən azad etmir, amma..."

Nə qədər ki, təhsilimiz bu axarda davam edəcək... - Ekspertlər çıxış yollarından DANIŞDI

Nə qədər ki, təhsilimiz bu axarda davam edəcək... - Ekspertlər çıxış yollarından DANIŞDI

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil islahatı:   30 ayda nə dəyişdi? İlham Əhmədov

Təhsil islahatı: 30 ayda nə dəyişdi? İlham Əhmədov

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır