UNEC Azərbaycanda və Cənubi Qafqazda birincidir
Times Higher Education” (THE) təşkilatı “Dünya Universitetləri Reytinqi 2026”nı açıqlayıb.
Prezident İlham Əliyevin “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır!” tapşırığının icrası istiqamətində UNEC yeni uğura imza atıb.
AzTehsil.com xəbər verir ki, bu barədə universitetdən məlumat verib.
THE dünya universitetlər reytinqinə bu il ilk dəfə daxil olan UNEC Azərbaycanda birinci, Cənubi Qafqazda birinci, dünyada isə 801-1000-ci yerə yüksəldi.
UNEC dünyanın ən yaxşı 1000 universiteti sırasına daxil olan yeganə Azərbaycan universitetidir. Tədqiqat keyfiyyətinə görə isə UNEC dünyada 481-cidir.