Xəbərlər
22 aprel 2021
888


Azərbaycanın 6 universiteti dünya reytinqində

Azərbaycanın 6 universiteti dünya reytinqində

 

Böyük Britaniyanın "The Times Higher Education" nəşri  dünyanın nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini  (Impact Rankings -2021) tərtib edib.  

"Impact Rankings” Birləşmiş MillətlərTəşkilatının "Davamlı İnkişaf Məqsədləri”nə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.  Reytinq  universitetlərin 4 geniş sahədə - tədqiqat, informasiya-təbliğat,  idarəetmə,  təlim üzrə  hərtərəfli və balanslı müqayisəsini təmin etmək üçün  diqqətlə seçilmiş kriteriyalar əsasında tərtib olunur.
THE-nin sayca 3-cü "Impact Rankings”  nəşrinə dünyanın 94 ölkəsindən (region)  1115  universitet daxildir.  İlk dəfə olaraq ümumi reytinqə Böyük Britaniyanın  Mançester Universiteti başçılıq edir.  Avstraliyanın üç ali təhsil müəssisəsi - Sidney,  RMIT  və La Trobe universitetləri ilk dördlükdə təmsil olunurlar.

İqtisadiyyatı inkişaf etməkdə olan ölkələrin aparıcı təhsil müəssisələrinin siyahısına  Taylandın Çulalonqkornu Universiteti (23-cü yer)  liderlik edir. 

Rusiya 75 ali təhsil müəssisəsi ilə cədvəldə ən çox təmsil olunan ölkədir.  Daha sonra 73 universitetlə Yaponiya digər ölkələrdən irəlidədir.

Dünya reytinqinə Azərbaycanın isə 6 ali təhsil müəssisəsi daxildir.    Xəzər Universiteti 401-600,   Qərbi Kaspi Universiteti 601-800, Azərbaycan Memarlıq və İnşaat Universiteti  801-1000,  Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 801-1000,  Bakı Mühəndislik Universiteti  801-1000, Bakı Dövlət Universiteti 1001+ aralığında yer alıblar.

Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunub. Reytinqdə universitetlərin BMT-nin 17 məqsədinin həyata keçirilməsinə verdiyi töhfə dəyərləndirilir.
 
Daha ətraflı: www.timeshighereducation.com/impactrankings
 
Oruc MUSTAFAYEV
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanın 2 universiteti dünya reytinqində

Azərbaycanın 2 universiteti dünya reytinqində

Azərbaycanın 3 universiteti dünya reytinqində

Azərbaycanın 3 universiteti dünya reytinqində

Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Azərbaycanın 6 universiteti dünyanın  ən yaxşı 200 universitet sırasına daxil edilib.

Azərbaycanın 6 universiteti dünyanın ən yaxşı 200 universitet sırasına daxil edilib.

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

“Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə qazanılan uğur

“Layiqli əmək və iqtisadi artım” hədəfi üzrə qazanılan uğur

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

150 bal toplayanların NƏZƏRİNƏ – Seçə biləcəyinız universitet və ixtisaslar

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

"Bizdə bu məsələ bir neçə dəfə gündəmə gəlsə də, hələ də həllini tapmayıb”

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...

Ən çox Nobel alan universitetlər - SİYAHI

Ən çox Nobel alan universitetlər - SİYAHI

Pandemiya reytinqə necə təsir edib?

Pandemiya reytinqə necə təsir edib?

Amerikanın ən yaxşı universitetləri

Amerikanın ən yaxşı universitetləri

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

BDU beynəlxlaq reytinq siyahısında 154 pillə irəliləyib

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Hansı universitetlərimiz dünyanın ən yaxşı ali təhsil müəssisələri siyahısındadır?

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Bu universitetin yeni publik hüquqi şəxs formasında artıq nizamnaməsi təsdiq edilib

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı

Hacettepe Universiteti UNEC-i seçir

Hacettepe Universiteti UNEC-i seçir

UNEC-in 9-cu ikili diplom proqramı

UNEC-in 9-cu ikili diplom proqramı

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

Ali məktəblər üzrə ən az və ən çox plan yeri hansı universitetlərə ayrılıb?

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçiriləcək

Təhsildə daha bir uğur

Təhsildə daha bir uğur

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu

Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında anlaşma memorandumu