AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / İnnovasiyalar / İKT / Digər Elan / Dünya
22 sentyabr 2025
835

Bakıda keçiriləcək Avrasiya Universitetləri Sammitində ...- Ətraflı



Azərbaycan ali təhsil sistemi mötəbər beynəlxalq tədbirə hazırlaşır. Böyük Britaniyanın “Times Higer Education” reytinq şirkəti, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində Bakıda keçiriləcək “Avrasiya Universitetlər Sammiti”nə ("THE Eurasia Universities Summit") sayılı günlər qalır. Bakının ev sahibliyi edəcəyi mötəbər ali təhsil sammitində dünyanın müxtəlif ölkələrindən çox sayda universitet nümayəndələri, elm və ali təhsil qurumlarının rəhbərləri, ekspertlər, dünyada tanınan mütəxəssislər iştirak edəcəklər. 


AzTehsil.com xəbər verir ki, tədbir ərəfəsində THE-nin qlobal məsələlər üzrə direktoru Fil Bati “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində tədbirin gündəliyi və ali təhsil sahəsində bir sıra mövcud çağırışlara toxunub.  


– Cənab Fil Bati, yaxın vaxtlarda Bakıda “Avrasiya Universitetlər Sammiti” keçiriləcək. Bizə bu sammitin gündəliyi haqqında ətraflı məlumat verə bilərsinizmi?


– Bəli, sammitin mövzusu belədir: “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru”. Biz əsasən universitet tədqiqatlarının və yeni biliklərin real, praktik həllərə necə çevrilə biləcəyini araşdıracağıq, bu isə sosial və iqtisadi təsiri təmin etmək və dünyanın böyük problemlərinin həllinə töhfə vermək məqsədi daşıyır. Bu, hazırda dünya ali təhsilində ən aktual mövzulardan biridir. Ona görə də Azərbaycanın bu mövzuda beynəlxalq müzakirəyə rəhbərlik etməsini görmək çox xoşdur. 


Sammitdə ümumi mövzu çərçivəsində bir neçə konkret müzakirə istiqaməti də olacaq. Xüsusilə universitetlərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda necə kömək edə biləcəyinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda Qafqaz və Mərkəzi Asiya regionuna təhsildə innovasiyaların və artan tədqiqat gücünün yeni qlobal mərkəzi kimi xüsusi diqqət ayrılacaq. 



– Ali təhsildə aktual məsələlərin müzakirəsi baxımından “Avrasiya Universitetlər Sammiti” kimi tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?


– Sammit ali təhsil müəssisələrinin rəhbərlərinin, Avropanın, Asiyanın və digər ölkələrin hökumət və sənaye nümayəndələrinin - ali təhsilin və elmi-tədqiqatların gələcəyini formalaşdırmağa kömək edən yüzlərlə aparıcı liderlərin cəmiyyətə maksimum təsir göstərməsi üçün toplanacağı böyük beynəlxalq tədbir olacaq. Onun təsiri yalnız keçirildiyi məkanda deyil, bütün dünyada hiss olunacaq, çünki yüzlərlə nümayəndə yeni fikir və yanaşmalarla öz kampuslarına qayıdacaq və “Times Higher Education” isə sammitdəki mesajları özünün qlobal platformalarında yayacaq.


– Sammitdə 150-dən çox universitet və təşkilatın nümayəndələrinin iştirakı gözlənilir. THE beynəlxalq ali təhsil ictimaiyyətinə hansı əsas mesajları çatdırmaq istəyir?


– “Times Higher Education” özünü bu sahədə bir əlaqələndirici kimi görür, biz unikal qlobal məlumatlarımızı və konsaltinq təcrübəmizi dünyanın müxtəlif universitetlərinə və hökumətlərinə təqdim edirik, həmçinin universitet rəhbərlərinə təcrübə mübadiləsi və transformasiya ilə bağlı öz praktik nümunələrini paylaşmağa kömək etmək üçün buradayıq, onlar üçün platforma yaradırıq. Bu platforma yalnız THE-nin öz mesajlarını çatdırması ilə yox, universitetlərin daha çox bir-birindən öyrənmələri ilə bağlıdır.



– Sizin fikrinizcə, ali təhsil sistemləri qlobal çağırışlara necə uyğunlaşmalıdır?


– Mənim üçün əsas məsələlərdən biri odur ki, universitetlər dünyanı necə daha yaxşı bir yerə çevirə biləcəkləri barədə daha dərindən düşünməli və bu məqsədlə gördükləri işi ictimaiyyətə və hökumətlərə daha aydın şəkildə çatdırmalıdırlar.


Əvvəla, universitetlərin vəzifəsi yalnız əmək bazarını ixtisaslı, peşəkar məzunlarla təmin etmək və iqtisadiyyata töhfə vermək deyil. Onların əsas missiyalarından biri də dayanıqlı, gələcəyə hazır liderlər yetişdirmək, innovasiyaları təşviq etmək və bəşəriyyətin qarşısında duran böyük qlobal problemləri həll etməyə çalışmaqdır.


Bu da o deməkdir ki, gəncləri süni intellekt və sürətli texnoloji dəyişikliklərlə müşayiət olunan qeyri-müəyyən gələcəyə hazırlamaq üçün dərindən düşünülmüş yanaşmalar olmalıdır. Bu məqsədlə tədris proqramları yenilənməli, süni intellekt tədris mühitinə inteqrasiya edilməli və tələbələrə yalnız qısamüddətli texniki bacarıqlar deyil, həm də uzunmüddətli dayanıqlıq və adaptasiya bacarıqları aşılanmalıdır: problemləri həll etmək, ömür boyu öyrənmək bacarığı, tənqidi və yaradıcı düşüncə.


İkincisi, bu tədbirin əsas mövzusuna birbaşa aiddir, universitetlər apardıqları tədqiqatların real dünyada praktik tətbiqə malik olmasını təmin etməlidirlər.

Onlar yeni biliklərin sərhədlərini genişləndirmək, texnologiyalar və ideyalar hazırlamaq, iqlim böhranından tutmuş parçalanmış dünyada sülh və təhlükəsizlik kimi bəşəriyyətin ən təcili problemlərinə cavab vermək üçün mövcuddurlar. Biz məqsədyönlü maliyyələşdirmə, stimullaşdırıcı qiymətləndirmə və düzgün nəzarət mexanizmləri vasitəsilə universitetlərin bilik yaradıcısı rolunu necə dəstəkləyə biləcəyimizi araşdırmalıyıq. Eyni zamanda, laboratoriyalarda yaranan yeni ideya və ixtiraların cəmiyyətə çatdırılması üçün universitetləri təşviq etməliyik ki, onlar dünyada real fərq yarada bilsinlər.



– Bu gün universitetlər üçün ən təcili və xarakterik problemlər hansılardır?


– Məncə iki ən aktual problemdən biri süni intellektin sürətli yüksəlişi və onun cəmiyyət və bəşəriyyət üçün təsirləridir. İkinci ən böyük məsələ, təbii ki, iqlim böhranıdır. Amma məni ruhlandıran odur ki, universitetlər cəmiyyətin qarşısında duran bu genişmiqyaslı, ekzistensial problemlərin həllinə və bu çətinliklərin aradan qaldırılmasında cəmiyyətə kömək etməkdə əsas ümid yerimizdir.


– Sizcə, gələcəkdə ali təhsilin əsas oyunçusu kim olacaq: müəllimlər, tələbələr, yoxsa… süni intellekt? 


– Ali təhsil hər zaman müəllimlərlə tələbələr arasında gözəl bir əməkdaşlıq – birgə kəşf və inkişaf yolu olmalıdır və bu proses mümkün qədər qarşılıqlı, ikitərəfli bir münasibətə əsaslanmalıdır. Süni intellekt yüksək keyfiyyətli təhsili geniş miqyasda təqdim etmək və təhsili misilsiz dərəcədə fərdiləşdirmək baxımından böyük potensiala malikdir və çox maraqlı imkanlar yaradır. Lakin bu, müəllimlərin yerini alan bir vasitə kimi deyil, müəllim-tələbə münasibətlərini gücləndirən bir alət kimi qəbul edilməlidir.


– THE universitetin üç missiyasını – təhsil, elmi-tədqiqat və cəmiyyətlə əlaqəni necə şərh edir? Sürətlə dəyişən reallıqda tədrislə tədqiqat arasında balans əldə etmək mümkündürmü?


– Bəli, əlbəttə, mümkündür, hətta deyərdim ki, sürətlə dəyişən bir dünyada tədrislə tədqiqat arasında harmoniya və sinerji daha vacib hala gəlir. Tədris getdikcə daha az texniki bilik ötürmək, daha çox isə ötürülə bilən, ömürboyu istifadə oluna bilən bacarıq və səriştələri inkişaf etdirmək üzərində qurulacaq: çağırışlar, dəyişikliklər və problemlər qarşısında davamlılıq; problem həll etmə bacarığı; ünsiyyət və liderlik; uğursuzluqdan qorxmamaq və ondan öyrənmək; ömürboyu öyrənmək, öyrəndiyini unudub yenidən öyrənmək üçün maraq və motivasiya. 


Bu baxımdan, yeni biliklərin daima yaradıldığı və elmi fəaliyyətin mərkəzində dayanan tədqiqat yönümlü mühitdə tədris olduqca vacib rol oynayacaq.

Nəzəri fizik Richard Feynman bir dəfə elmin "qənaətbəxş bir cəhalət fəlsəfəsi" olduğunu söylədi, yəni elm qeyri-müəyyənliklə üzləşmək və bilinməyənləri qəbul etməkdir. 


Tələbələrimiz, məzunlarımız və vətəndaşlarımız bu elmi düşüncəni qeyri-müəyyən dünyamıza gətirməlidirlər. 



– Bu gün texnologiyalar dəyişikliklərin əsas hərəkətverici qüvvəsinə çevrilir. Sizin fikrinizcə, gələcəkdə təhsil proqramlarını kim hazırlayacaq və onların icrasına kim cavabdeh olacaq – müəllimlər, texnoloji platformalar, yoxsa … süni intellekt?


– Tədris prosesinin formalaşmasına süni intellekt yox, müəllimlər rəhbərlik etməlidir. Bu, çox vacib bir məqamdır, xüsusilə böyük dil modellərinin sürətli inkişafı fonunda universitetlərin buna cavabı çox önəmlidir. Universitetlər burada həyati rol oynayır. Belə bir deyim var ki, texnoloji şirkətlər texnoloji sıçrayışlara nail olmaq üçün “sürətlə hərəkət etməyi və hər şeyi sındırmağı” sevirlər. Universitetlər isə müəyyən dərəcədə yavaş hərəkət etmək və vəziyyəti düzəltmək üçün mövcuddur. Onlar süni intellekt üçün etik və idarəetmə çərçivələrini, pedaqoji prinsipləri və nəzarət mexanizmlərini müəyyən etməlidirlər.


– Son illərdə Azərbaycan universitetləri THE reytinqlərində müsbət dinamika nümayiş etdirir. THE və Azərbaycanın ali təhsil sistemi arasında əməkdaşlığın səviyyəsini, eləcə də ölkəmizin konkret universitetləri ilə qarşılıqlı əlaqəni necə qiymətləndirirsiniz?


– Bəli, biz həqiqətən də THE Dünya Universitet Reytinqlərində (THE World University Rankings) Azərbaycanın əhəmiyyətli irəliləyişini müşahidə edirik. Bütün göstəricilərimizdə Azərbaycan universitetlərinin aydın və real yüksəliş tendensiyası görünür ki, bu da ölkənin inkişaf etməkdə olan və getdikcə daha çox beynəlmiləlləşən ali təhsil sistemi üçün əla xəbərdir. 


THE aydın göstəricilər və əsas performans göstəricilərinin (KPI) formalaşmasına dəstək vermək, bu məlumatları şərh etməkdə yardımçı olmaq, strategiyalar təklif etmək və geniş qlobal ali təhsil şəbəkəmiz vasitəsilə Azərbaycanın beynəlxalq görünürlüyünü və əməkdaşlığını artırmaq üçün buradadır. Biz Azərbaycan hökuməti və ayrı-ayrı universitetlərlə bu istiqamətdə məhsuldar əməkdaşlıq edirik və ölkənin sürətlə inkişaf edən universitet və tədqiqat ekosistemini dəstəkləməkdən məmnunuq.






Həmçinin oxuyun:
Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

Sinif rəhbərləri ..Oxuyun !    Sinifin xarakteristikası..

Sinif rəhbərləri ..Oxuyun ! Sinifin xarakteristikası..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Rəhbərlik işində fərdi xüsusiyyətlərin nəzərə alınması ..

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

Mühasibatlıq savadlılığı nədir və əsaslarını necə mənimsəyə bilərik

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

İnformatika Testləri - B variantı - Qeyri ixtisas müəllimləri üçün

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi