AzTehsil.com


Xəbərlər
15 may 2020
1 359


Milli ali təhsil sistemlərinin reytinqi açıqlanıb



Milli ali təhsil sistemlərinin reytinqi açıqlanıb

 

Reytinqin nəticələri abituriyentlərə xaricdə təhsil almaq üçün ölkəni seçməyə kömək edir

Universitetlərin beynəlxalq şəbəkəsi "Universitas 21” (U21 ranking of National Higher Education Systems) 2020-ci il üçün milli ali təhsil sistemlərinin beynəlxalq  reytinqini açıqlayıb.   Avstraliyanın Melburn Universitetinin Tətbiqi İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutu tərəfindən tərtib olunan  "Universitas 21” hər il dünyanın 50 ölkəsində ali təhsilin inkişaf səviyyəsini, tərəqqini və beynəlxalq ictimaiyyətə təsirini müqayisə etməklə ictimaiyyətə təqdim edir.  Dünya ölkələrinin ali təhsil sahəsində nailiyyətlərini ölçən qlobal tədqiqat bu və ya digər ölkənin zaman keçdikcə ali təhsilin nəticələrində ən böyük irəliləyişlər əldə etdiyini göstərir. Bu reytinqi tərtib edərkən ölkədəki təhsil mühiti, mövcud təhsil resursları, təhsildə əməkdaşlıq və performans nəzərə alınır.
 
 
Amerika Birləşmiş Ştatları milli ali təhsil sistemlərinin növbəti sıralamasında birinci yeri tutur. ABŞ-ı qlobal sıralamada İsveçrə və Danimarka təqib edir. Top 10-luqda növbəti yerlərdə Sinqapur, İsveç, Böyük Britaniya, Kanada, Finlandiya, Avstraliya və Niderland kimi ölkələr yerləşir.
 
Sinqapur ötən illə müqayisədə üç, Danimarka isə iki pillə yüksəlib, Böyük Britaniya isə "resurs reytinqinin aşağı düşməsi” ilə əlaqədar üç pillə enib. Gəlirlərin səviyyəsindəki fərqlər nəzərə alındıqdan sonra ən yüksək reytinqli ölkələr Finlandiya, Cənubi Afrika, Birləşmiş Krallıq, Danimarka və Kanadadır. Çin və Hindistan gözlənilən dəyərlərdən daha yüksək nəticələr göstərir.

İlk onluğa daxil olmayan ölkələrdən bəhs etsək, ən böyük yüksəliş   dövlət xərclərinin artması səbəbindən Türkiyənin üç pillə  (39-cu yerə qədər) irəliləməsini göstərmək olar. Ən böyük enmə  Slovakiyada baş verib (5 yer), burada dövlət xərcləri azalıb.  Çexiya üç pillə geriləyib. Ümumiyyətlə, ilk onluqdan kənar sıralarda dəyişiklik son illərə nisbətən daha az olub.

"National Higher Education Systems U21”  hesabatında ali təhsil sistemlərinin inkişaf meyillərini xarakterizə edən 6  mühüm nəticə öz əksini tapıb:

 * Tədqiqat maliyyəsi ilə performans arasında güclü bir əlaqə var.
* Dövlət və özəl maliyyələşdirmə arasındakı uzlaşma performans üçün az əhəmiyyət kəsb etmir.
* Az əhalisi olan ölkələr ali təhsil müəssisələri, işgüzar dairələr və hökumət arasında möhkəm qeyri-formal əlaqələri inkişaf etdirmək üçün asanlıqla  bəhrələnirlər.
* Dövlət nəzarəti və maliyyələşmənin həcmləri arasında kompromis mövcuddur: ən pis sistemlər sərt dövlət nəzarətini məhdud dövlət maliyyələşməsi ilə uzlaşdırır.
* Beynəlxalq əlaqə və əhali sayı arasında mənfi bir əlaqə var. 
* Beynəlxalq əməkdaşlıq və araşdırma performansı arasında müsbət bir əlaqə vardır.
 
Reytinq araşdırmaları zamanı ölkə əhalisinin təhsil və peşə hazırlığı, universitetlərlə xarici maraqlı tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin innovativ tədqiqatların  aparılması məsələləri nəzərdən keçirilib.  "Universitas 21”-in sədri və Birmingem Universitetinin vitse-kansleri, professor  Devid İstvud qeyd edib ki, reytinq ayrı-ayrı universitetlərin müqayisəsi çərçivəsindən kənara çıxaraq milli yanaşmaların ali təhsilə təsiri haqqında əhəmiyyətli məlumatlar yaradıb. Tədqiqatda sistemlərin xüsusiyyətləri, təsirləri, bağlılığı və effektivliyi təhlil edilib. Reytinqin saytında milli təhsil sistemlərinin cari və keçən ilki məlumatlarını axtarmaq və müqayisə etmək imkanı var. "Bu məlumatlar ali təhsilin nəticələrinin daha da yaxşılaşmasına, buna nail olmaq üçün nə etdiklərinə və geridə qalan ölkələrdə ali təhsil sektorunun yaxşılaşdırılması üçün nə edilə biləcəyinə dair həyati informasiyalar verir”, - deyə D. İstvud bildirib.

Tədqiqat gedişində eyni ölkə daxilində bir sıra ali təhsil müəssisələri öyrənilib və onun əsasında hesabat hazırlanıb. Hesabatda ölkələrin adambaşına düşən ÜDM səviyyəsinə dair fəaliyyət göstəriciləri qiymətləndirilir.

Son on il ərzində reytinqlər ali təhsildə beynəlxalq əməkdaşlıq  və onun  milli göstəricilərə müsbət təsirini izləyıb. Özəl sektorla və digər xarici maraqlı tərəflərlə əlaqələr də mühüm əhəmiyyət kəsb edir. 

"Tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin həcminin artması  və 3-4 ildən sonra  tədqiqatların effektivliyinin  ölçülə bilən artımı arasında güclü qarşılıqlı əlaqə mühüm nəticə kimi ortaya çıxıb.

Hesabatda qeyd olunur ki,  yüksək gəlirli ölkələr üçün beynəlxalq tədqiqatlar daha vacibdir, halbuki aşağı gəlirli ölkələr üçün qarşıda duran məsələlər üzrə tətbiqi tədqiqatlar daha münasibdir: inkişaf etməkdə olan ölkələr ali təhsil xərclərini səhiyyə və məktəb təhsili kimi digər zəruri ehtiyaclarla balanslaşdırmalıdırlar.

Tədqiqatın müəllifləri hesab edirlər ki, müasir dövlətlərin iqtisadi inkişafı, rəqabət qabiliyyəti savadlı və səriştəli mütəxəssislərdən, onların fəaliyyətini və əmək məhsuldarlığını artıran  texnologiyaların mövcudluğundan böyük dərəcədə asılıdır. Ali təhsil sektoru bu ehtiyacların reallaşmasına əhəmiyyətli dərəcədə kömək edir. Bundan başqa, müasir dünyada beynəlxalq səviyyədə geniş əlaqələri olan yüksək keyfiyyətli təhsil sistemləri milli sərhədlər vasitəsilə tələbə, tədqiqatçı, layihə və ideyaların mübadiləsi sayəsində qlobal inkişafa kömək edir. Bu ilkin şərtlərdən çıxış edərək layihənin əsas məqsədi hansı ölkələrin daha yaxşı ali təhsil verdiyini öyrənməkdir. Ali təhsil müəssisələrinin reytinqlərindən fərqli olaraq (məsələn, Times Higher Education və Quacquarelli Symonds),  "Universitas 21” reytinqində iqtisadi və sosial inkişafın müxtəlif mərhələlərində olan ölkələrın ali təhsil sistemləri qiymətləndirilir.
 
"Universitas 21” milli ali təhsil sistemlərinin qiymətləndirilməsini həyata keçirən yeganə reytinqdir və dünyanın ən yaxşı universitetlərinin reytinq müzakirəsini hər bir ölkədə ən yaxşı ümumi sistemlərə köçürmək üçün uzun müddət davam edən ehtiyaclara cavab verir.
 
Qeyd edək ki,  U21 reytinqi 4 kateqoriyadan ibarətdir: resurslar (resources) 20%, mühit (environment) 20%, əməkdaşlıq (connectivity) 20% və məhsuldarlıq (output) 40%. Reytinqin nəticələri abituriyentlərə xaricdə təhsil almaq üçün ölkəni seçməyə kömək edir.


  

Reytinq

Ölkə

Topladığı bal

1

ABŞ

100.0

2

İsveçrə

90.1

3

Danimarka

85.7

4

Sinqapur

84.5

5

İsveç

84.3

6

Birləşmiş Krallıq

83.6

7

Kanada

83.2

8

Finlandiya

82.8

9

Avstraliya

82.2

10

Niderland

81.6

11

Norveç

80.5

12

Avstriya

79.3

13

Belçika

75.6

14

Yeni Zelandiya

72.7

15

Honkonq

72.7

16

Almaniya

70.5

17

Fransa

68.6

18

İsrail

67.4

19

İrlandiya

66.0

20

Yaponiya

61.9

21

Tayvan (Çin)

60.5

22

Səudiyyə Ərəbistanı

59.3

23

İspaniya

58.6

24

Cənubi Koreya

58.0

25

Portuqaliya

57.6

26

Çin

56.8

27

Malayziya

56.1

28

Sloveniya

55.4

29

Çex Respublikası

54.8

30

İtaliya

54.5

31

Çili

54.3

32

Polşa

52.6

33

Macarıstan

51.3

34

Cənubi Afrika

49.7

35

Rusiya

49.1

36

Ukrayna

47.8

37

Yunanıstan

47.4

38

Slovakiya

47.2

39

Türkiyə

46.3

40

Argentina

46.0

41

Braziliya

45.6

42

Serbiya

44.2

43

Xorvatiya

43.6

44

Rumıniya

43.0

45

Bolqarıstan

42.7

46

Tailand

42.3

47

İran

42.2

48

Meksika

41.7

49

Hindistan

39.6

50

İndoneziya

35.0

 

 



Загрузка...
Həmçinin oxuyun:
Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Universitetlərin təhsil istiqaməti üzrə reytinqi müəyyənləşib

Dünyada hər il  müəllimə nə qədər təlabat var-?

Dünyada hər il müəllimə nə qədər təlabat var-?

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyanın ən yaxşı təhsil verən ölkələri- SİYAHI

Dünyada MÜƏLLİMLƏR  -maraqlı STATİSTİKA .OXUYUN !

Dünyada MÜƏLLİMLƏR -maraqlı STATİSTİKA .OXUYUN !

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Ölkələr üzrə təhsil xərcləri – Siyahı

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

Dünya ölkələrində müəllim əməyinin xüsusiyyətlərinə dair hesabat açıqlanıb

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında

BDU beynəlxalq reytinqdə dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

"Boloniya sistemi beynəlxalq əməkdaşlığın ikitərəfli qaydada yerinə yetirilməsinə problemlər yaratdı"

Azərbaycanın 2 universiteti dünya reytinqində

Azərbaycanın 2 universiteti dünya reytinqində

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Azərbaycanın adı təhsil sahəsində heç bir halda ilk onluqda yoxdur...STATİSTİKA

Tələbələri ən az xərcə salan ölkələr

Tələbələri ən az xərcə salan ölkələr

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

“UNEC-in koordinatorluğu ilə həyata keçirilən UNIVIA layihəsi uğurla icra edilib”

Adamı heyrətə salan müəllim maaşları.( RƏQƏMLƏR)

Adamı heyrətə salan müəllim maaşları.( RƏQƏMLƏR)

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

YUNESKO təhsil nazirləri üçün videokonfrans keçirdi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

ADU Xarici Dillər Universitetlərinin Qlobal Alyansına üzv seçildi

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

AzMİU dünyanın ən yaxşı universitetləri siyahısına düşüb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

YUNESKO-nun Baş Konfransında Azərbaycan təhsil sisteminin inkişafında atılan addımlardan danışılıb

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

“Karyera imkanlarının artırılması” mövzusunda beynəlxalq konfrans

Təhsil Nazirliyində mətbuat konfransı

Təhsil Nazirliyində mətbuat konfransı

4 ilə iki diplom almaq imkanı...

4 ilə iki diplom almaq imkanı...