Dünyada müəllimə ən yüksək maaş verən ölkələr- Təəccübləndirəcək rəqəmlər
Xarici mediaya istinadən dünyada müəllimə ən çox maaş verən ölkələrin siyahısını təqdim edirik. Siyahı OECD Təşkilatının yaydığı rapora əsasən, bir çox məşhur Avropa mediasında yayımlanıb:
5 oktyabrın Beynəlxalq Müəllimlər Günü olduğunu nəzərə alaraq, məlum siyahını diqqətinizə çatdırırıq:
Dünya lideri ABŞ siyahıda 12-ci yerdədir. Orada da məktəblər özəl və dövlət olmaqla iki yerə bölünür. Təbii ki, bütün müəllimlər eyni maaşı almır. Bir müəllimin aldığı orta illik əmək haqqı 69 min manatdır;
Dünyanın ən güclü təhsil sisteminə malik ölkələrindən biri olan Şotlandiyada müəllimin aldığı orta illik əməkhaqqı 70,8 min manatdı;
İlk onluğun ilk ölkəsi Cənubi Koreyadır. Burada təhsil sistemi kifayət qədər güclüdür. Tədris prosesi çox ağırdı. Müəllimlər yaxşı maaş alırlar. Bir müəllimin aldığı orta illik əməkhaqqı 72,1 min manatdı. Lakin ölkədə müəllim vəzifəsinə təsdiq olunmaq həddindən artıq çətindir;
Siyahının doqquzuncu pilləsində yer alan Avstraliyada müəllimlər yüksəldiyi dərəcələrə uyğun maaş alırlar. Dərəcələrinə uyğun olaraq, burada müəllimlərin orta illik əməkhaqqı 50 min manatla 84 min manat arasında dəyişir;
Belçikada da bu üsul tətbiq olunur. Müəllimlərin orta illik əməkhaqqı 47-86,29 min manat aralığında dəyişir.
Siyahının ilk onluğundakı digər ölkələr bunlardı:
7-Danimarka- bir müəllimin aldığı orta illik əməkhaqqı-78,15 min manat;
6-İrlandiya-orta illik əməkhaqqı 48,7-81,1 min manat arasında dəyişir;
5-Kanada- orta illik əməkhaqqı 52,4 – 83.7 min manat arasında dəyişir;
4-Hollandiya- orta illik əməkhaqqı 88,4 min manat;
3-Almaniya- orta illik əməkhaqqı 94,8 min manat;
2-İsveçrə- orta illik əməkhaqqı 100.6 min manat;
1-Lüksemburq- orta illik əməkhaqqı 76,6 -144,3 min manat arasında dəyişir;
Moderator.az