AzTehsil.com

Xəbərlər / test / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Yazarlar / Ziyalılar / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Bölgə / Tədbirlər
20 iyun 2025
1 318

UNEC rektoru: “Sizin verdiyiniz tapşırığı UNEC yerinə yetirib , cənab Prezident!”

İyunun 19-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi qeyd olunub.

AzTehsil.com xəbər verir ki, “UNEC-in 95 illik inkişaf yolu və gələcək hədəflər” adlı yubiley tədbirindən öncə iştirakçılar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri düzüblər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra universitetdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının abidə kompleksinin önünə gül dəstələri düzüblər.

Yubiley tədbirinin açılışında Ümummilli Lider Heydər Əliyevin İqtisad Universitetinin 70 illik yubileyindəkı çıxışı dinlənilib. 

Açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov UNEC kollektivini, məzunlarını yubiley münasibətilə təbrik edib. İqtisad Universitetinin zəngin və şərəfli tarixi yol keçdiyini deyən rektor, bu ali təhsil müəssisəsinin ölkədə köklü ideoloji dəyişikliyə məruz qalan yeganə universitet olduğunu bildirib. Bütün çətinliklərə baxmayaraq, UNEC-in hər zaman Azərbaycan dövlətinə və dövlətçiliyinə, Ulu Öndər Heydər Əliyevə, Prezident İlham Əliyevə sadiqlik nümayiş etdirdiyini diqqətə çatdırıb və bundan sonra da belə olacağını bəyan edib.

Rektor son 10 ildə universitetdə aparılan uğurlu islahatlardan söz açıb. O, UNEC-in regionda rəqəmsal universitet modelini tətbiq edən ilk ali təhsil müəssisəsi olduğunu diqqətə çatdırıb. Həmçinin UNEC-in süni intellektin tədris prosesinə, elmi tədqiqatların təşkili işinə inteqrasiyası məqsədilə xarici mütəxəssislərlə birgə layihə reallaşdırdığını qeyd edib.

Rektor 95 illik yubileyin Ulu Öndər Heydər Əliyevin 23 il öncə İqtisad Universitetinin 70 illik yubileyində qarşıya qoyduğu vəzifələrin, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən ona verilmiş tapşırığın icrası ilə bağlı hesabat günü olduğunu qeyd edib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni rektor təyin edərkən qarşıma bir vəzifə qoymuşdur: “Azərbaycan Dövlət İqtisad Universiteti dünya səviyyəli universitet olmalıdır”. Bu gün QS beynəlxalq reytinqinin nəticələri açıqlanıb. UNEC bu reytinqdə dünyanın 801-850-ci ən yaxşı universitetləri sırasına yüksəlib. Mən cənab Prezidentə hesabat verərək bildirmək istəyirəm ki, Sizin verdiyiniz tapşırıq şərəflə yerinə yetirilib, cənab Prezident! İqtisad Universiteti dünya səviyyəli universitetdir!” Rektor bu uğurun zirvəyə aparan yolun başlanğıcı olduğunu deyib.

Yubiley tədbirində çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli UNEC-in 95 il ərzində ağır yollardan keçməsinə baxmayaraq, hazırda müasir tələblərə cavab verən dünyəvi universitet modeli qurduğunu deyib. O, UNEC-in ölkənin əsas elm mərkəzlərindən biri funksiyasını layiqincə yerinə yetirdiyini, eyni zamanda ölkədə əmək bazarını istiqamətləndirən karyera mərkəzinə çevrilidiyini, eləcə də UNEC-in müasir dövrün çağırışlarına uyğun kadrlar yetişdirdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Anar İsgəndərov UNEC kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkənin iqtisadçı kadrların hazırlanmasındakı əvəzsiz rolundan söz açıb. UNEC məzunlarının yüksək peşəkarlıq və bilik səviyyələri ilə seçildiyini deyən komitə sədri bir çox ali təhsilli məzunların sonradan UNEC-də ikinci ali təhsil almalarını bu universitetə olan etimadın göstəricisi kimi qiymətləndirib. UNEC-in yalnız yüksək ixtisaslı kadrların deyil, eyni zamanda vətənpərvər gənclərin yetişdirilməsində də müstəsna xidmətləri olduğunu diqqətə çatdırıb.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov yubiley münasibətilə universitetin rəhbərliyini və kollektivini təbrik edərək, fəaliyyətlərində uğurlar arzulayıb. Hesablama Palatası ilə UNEC-in son illərdəki sıx əməkdaşlığından söz açan Palata sədri rəhbərlik etdiyi qurumda son 5 ildə işə qəbul olunan 47 (inzibati heyətin 30 faizi) əməkdaşın UNEC məzunu olduğunu deyib. O, ümumilikdə Hesablama Palatasının inzibati heyət üzrə əməkdaşlarının 55 faizinin (84 nəfər) məhz UNEC məzunları olduğunu diqqətə çatdırıb. Hesablama Palatasının UNEC ilə müxtəlif istiqamətlərdə uğurlu layihələr həyata keçirdiyini deyən Vüqar Gülməmmədov əməkdaşlığın bundan sonra da yüksələn xətlə davam edəcəyini bildirib.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov məzunu olduğu universitetin kollektivini təbrik edərək, UNEC-in ölkəmizin ali təhsil sistemində lider mövqeyə malik olduğunu deyib. Ölkəmizin iqtisadi qüdrətinin davamlı artmasında UNEC-in rolunun böyük olduğunu qeyd edən S.Məmmədov bu təhsil ocağının yetişdirdiyi peşəkar məzunların müxtəlif sahələrdə fəal çalışaraq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb. O, son illərdə UNEC-də aparılan genişmiqyaslı islahatların nəticəsi olaraq məzunların həm dövlət strukturlarında, həm də özəl sektorda önəmli mövqelərdə fəaliyyət göstərdiklərini bildirib.

Millət vəkili, akademik Ziyad Səmədzadə yubiley münasibətilə universitetin kollektivini təbrik edərək, bu ali təhsil müəssisəsinin ölkəyə verdiyi böyük töhfələrdən danışıb. O bildirib ki, UNEC yüksək ixtisaslı mütəxəssislərin hazırlanması ilə yanaşı, innovativ yanaşmaları və müasir təhsil proqramları ölkənin sosial-iqtisadi inkişafına əhəmiyyətli töhfələr qazandırır və gələcək nəsillərin yetişdirilməsində özünəməxsus missiyanı davam etdirir.

Sonda rektor, professor Ədalət Muradov UNEC-in son 10 ildə elm, təhsil, tədris, beynəlxalq əlaqələr və digər sahələrdə əldə etdiyi uğurlar barədə geniş təqdimatla çıxış edib.

Təntənəli yubiley tədbiri UNEC-in himni ilə yekunlaşıb.

Həmçinin oxuyun:
Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

Misir MƏRDANOV: Böyük rəhbərin həyat dərsləri

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

Təhsil Naziri hesabat verdi..“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” hesabat tədbirindən..

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib, müəllim və tələbələrlə görüşüb

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Dahi şəxsiyyətin təkrarsız portret cizgiləri

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Məktəblilərdən prezidentə məktub

Məktəblilərdən prezidentə məktub

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Məzun olan şəhid övladları - SİYAHI

Məzun olan şəhid övladları - SİYAHI

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Azərbaycanşünaslığın tədqiqi və tədrisində Heydər Əliyev irsinin rolu

Təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Şabranda Ümummilli lider Heydər Əliyevin 94 illiyi münasibətilə müsabiqə keçirilib

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezident İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

10-cu ibtidai sinfinin məzunlarını görən 65 illik müəllim ömrü

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri