AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Ekspert / Bölgə / Şagird
23 sentyabr 2025
1 109

Orta məktəbdə yol hərəkəti qaydaları necə öyrədilir ?



Orta məktəbdə yol hərəkəti qaydaları öyrədilməlidirmi?

AzTehsil.com - Bir neçə gün əvvəl elm və təhsil naziri brifinqdə ona verilən suala cavab olaraq bildirdi ki, orta məktəblərdə yol hərəkəti qaydalarının ayrıca fənn kimi tədrisinə ehtiyac görmür. Şagirdlərin tədris yükünün kifayət qədər ağır olduğunu nəzərə aldıqda hörmətli Emin müəllimin bu mövqeyi başadüşüləndir.


Nazir öz mövqeyini şərh edərkən maraqlı bir fikir səsləndirdi. Təxminən belə dedi ki, ölkəmizdə yol hərəkəti qaydaları var və cəmiyyət bundan az-çox məlumatlıdır. Sadəcə əksəriyyət bu qaydalara laqeyd yanaşır, onlara məhəl qoymur...


Ən böyük problemimiz məhz budur: qaydalar, özü də təkcə yol hərəkəti qaydaları yox, gündəlik həyatımızda riayət etməli olduğumuz əksər qaydalar (məsələn, zibili hara gəldi atmağın düzgün olmadığı) barədə məlumatımız var. Məsələn, orta statistik sürücünün svetoforun qırmızı işığının nə demək olduğunu, təhlükəsizlik kəmərini bağlamağın məcburiliyini və s. bildiyinə şübhə etmirəm. Amma ən böyük dərdimiz odur ki, az-çox bildiyimiz həmin qaydalara əməl etmirik.


Bunun iki əsas səbəbi var. Birinci səbəb odur ki, qaydalar haqqında məlumatı olan şəxs onun nə üçün olduğunu, nəyə lazım olduğunu, niyə nəzərdə tutulduğunu ya bilmir, ya da lazımi dərəcədə dərk etmir. Hətta bəziləri bu barədə tamamilə yanlış fikrə malikdirlər (məsələn, bu gün də qaydaların onları pozanlara cərimə yazmaq üçün nəzərdə tutulduğunu düşünənlər kifayət qədərdir).


Qaydalara laqeyd yanaşmanın ikinci səbəbi isə uzun müddət formalaşan və nəsildən-nəslə ötürülən pis nümunələrdir (pis təcrübədir). Məsələn, sinifdə şagirdlərə yolu piyada olaraq necə keçmək lazım olduğunu izah edən müəllim dərsdən sonra yolu keçiddən kənar necə gəldi keçirsə, uşaqların yadında dərsdə deyiləndən çox, gözləri ilə gördükləri mənzərə qalacaq. Eyni səhvləri valideyn, böyük qardaş-bacı, əmi-dayı, xala-bibi, qonşu və s. olaraq da buraxırıq. Həyatda etdiklərimizin mütləq əksəriyyətinin təqlidlərdən ibarət olduğunu nəzərə alanda aydın olur ki, bu pis nümunələr də intizamsızlığı nəsildən-nəslə ötürür...


Lakin yollarda və hər yerdə intizamlı və mədəni davranış tərzinin formalaşmasında məktəbin, təhsilin rolu həlledicidir. Ona görə də orta məktəblərdə, hətta bağçalarda uşaqlara yol hərəkəti qaydaları da öyrədilməlidir. Ayrıca fənn kimi olmasa da, hər hansı fənn daxilində zəruri həyati vərdişlər, bacarıqlar kimi qaydalar mütləq öyrədilməlidir, özü də həm nəzəri olaraq, həm də yaxşı davranış nümunələri ilə. Bunun üçün yol hərəkəti qaydaları ilə bağlı şagirdlərin dünyagörüşünə uyğun dərslik də olmalıdır. Bu dərslik həm də müəllimlərin qaydaları öyrətməsini asanlaşdıracaq. Unutmaq olmaz ki, bağçada və orta məktəbdə formalaşan dünyagörüşü sonrakı yaşlarda əxz edilən biliklərin ümumi zəminidir. Bu dövrdə yaranan zəmini sonra dəyişmək çox çətin olur.


Uşaqların və gələcək nəsillərin intizamlı olması üçün həm də onlara yaxşı nümunə olmalıyıq. Ona görə də hər kəs yollarda və hər yerdə intizamlı və mədəni olmaq üçün sadəcə özündən başlasa, belə davranışı həyat tərzinə çevirsə, həm də başqalarını öyrətmiş olacaq.


Ərşad Hüseynov,

hüquqşünas, nəqliyyat üzrə ekspert



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Müəllimlərimizin neçə faizi adi kompütüri açıb, bağlamağın yolunu bilir?-Müəllim fikri..

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Kimyadan sinifdənkənar iş üçün maraqlı suallar (cavabları ilə ) IX sinif üçün

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Təhsilsizlik səbəbindən davamlı torpaqlar itiririk

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017