AzTehsil.com

Xəbərlər / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
20 sentyabr 2025
761

Məktəbli çantalarının ağır olması...-Ətraflı



Bildiyimiz kimi, artıq yeni tədris ili başlayıb. Tədris prosesinin gedişi ilə yanaşı, valideynlərin də müəyyən narahatlıqları gündəmə gəlir. Bu narahatlıqlardan biri şagirdlərin çantalarının həddindən artıq ağır olması ilə bağlıdır. Valideynlər bildirirlər ki, bu yük uşaqların yaşına və sağlamlıq imkanlarına uyğun deyil və onların həm fiziki, həm də psixoloji inkişafına mənfi təsir göstərə bilər.


AzTehsil.com- n əldə etdiyi məlumata görə açıqlamasında keçmiş deputat, Əməkdar müəllim Sona Əliyeva bildirdi ki, bu problem bir neçə ildir ki, var:


"Belə görünür ki, həlli ilə bağlı da tədbirlər görülmür. Beynəlxalq araşdırmalarda açıq şəkildə göstərilir ki, çantanın çəkisi uşağın ümumi çəkisinin 10-15 faizini keçməməlidir. Təəssüf ki, bizdə ibtidai və orta sinif şagirdlərinin çantaları bu normadan dəfələrlə ağır olur və nəticədə uşaqlarda bel, boyun, çiyin ağrıları, onurğa əyilmələri, yorğunluq və diqqət dağınıqlığı yaranır.

Bu problemi aradan qaldırmaq üçün bir neçə praktiki tövsiyəm ondan ibarətdir ki, dərsliklər bölünə bilər. Yəni iri həcmli kitablar yarımilliklər üzrə ayrıca nəşr oluna bilər. Dərs planlaması rasional qaydada tərtib edilə bilər, müəllimlərin hər gün bütün kitabları tələb etməməsi, gündəlik proqramın ağırlıq baxımından balanslaşdırılması hesablana bilər".


Müsahibimiz əlavə etdi ki, bəzi dərsliklərin elektron versiyalarının tətbiqi ilə gündəlik yükün azaldılması mümkün variantdır:


"Əlbəttə ki, ən əsası valideyn nəzarətinin olmasıdır. Uşağın çantasının çəkisinin vaxtaşırı yoxlanmalı, lazım olmayan ləvazimatların çıxarılmalıdır.

Mənim fikrimcə, uşağın sağlamlığı kitabdan da önəmlidir. Çantaların yüngülləşdirilməsi üçün sadə, amma sistemli addımlar atılmasa, bu problem həm tədris keyfiyyətinə, həm də uşaqların fiziki sağlamlığına mənfi təsir göstərməyə davam edəcək", - deyə Sona Əliyeva yekunlaşdırdı.



Həmçinin oxuyun:
Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?

Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?

Məktəbli çantası ilə bağlı valideynlərə ÇAĞIRIŞ

Məktəbli çantası ilə bağlı valideynlərə ÇAĞIRIŞ

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Fiziki tərbiyənin mahiyyəti və məqsədi,  Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Fiziki tərbiyənin mahiyyəti və məqsədi, Fiziki tərbiyənin vəzifələri, Fiziki tərbiyənin vasitələri

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Fiziki tərbiyənin mahiyyəti və məqsədi

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !