AzTehsil.com

Xəbərlər / İnnovasiyalar / İKT / Direktor / Müəllim / Sual / Digər Elan / Cəmiyyət / Bölgə / Şagird
05 sentyabr 2025
2 576

Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?



Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?

AzTehsil.com mövzuyla bağlı təhsil mütəxəssisi , tədqiqatçı və jurnalistin Vaqif Fətullayevin fikirlərini təqdim edir.

Məktəblərin açılmasına artıq bir aydan da az vaxt qalır. Bu isə valideynlər üçün həyəcanlı və qayğılı bir dönəmin başlanğıcı deməkdir. Bu dövrdə valideynləri ən çox qayğılandıran məsələlərdən biri də övladlarının məktəbə hazırlığı, xüsusilə də məktəb ləvazimatlarının alınmasıdır. Bu ərəfədə valideynlər yeni tədris ili üçün zəruri olan dəftərlər, qələmlər, məktəbli forması, çanta və digər məktəb əşyalarını almaq üçün müxtəlif mağazaları gəzir, ən yaxşı seçimləri və endirimləri axtarırlar.


Müşahidələr göstərir ki, valideynlərin əksəriyyəti məktəbli çantasını doldurarkən və ya alarkən övladlarının fiziologiyasını, yaşını və digər vacib amilləri nəzərə almırlar. Bu isə şagirdin sağlamlığına mənfi təsir göstərə, bel və onurğa problemlərinə yol aça bilər. Həddindən artıq ağır və ya düzgün olmayan ölçüdə seçilən çantalar uşaqların rahat hərəkət etməsini çətinləşdirir ki, bu da onlarda yorğunluq və narahatlıq yarada bilər.


Digər tərəfdən, gündəlikdə olan dərslərdən əlavə kitabların və ya materialların məktəbli çantasına yığılması da onun ağırlığını artıraraq şagirdlər üçün "ağır yük"ə çevrilməsinə səbəb olur. Nəticədə, bu fiziki diskomfort şagirdin dərsə olan marağını və diqqətini azaldaraq onun həm sağlamlığına, həm də akademik həyatına mənfi təsir göstərir.


Məsələnin aktuallığını nəzərə alaraq qısa araşdırmanı təqdim edirəm:


Yüklənmiş məktəbli çantasının kütləsi uşağın çəkisinin 10-15%-dən çox olmamalıdır


Məktəb çantasının ideal çəkisi bir neçə amildən asılıdır. Bununla yanaşı, ən önəmli amillər isə bunlardır:


1) uşağın çəkisi və fiziki sağlamlığı;

2) çantanın daşındığı məsafə və vaxt;

3) çantanın keyfiyyəti.


Məktəb çantasının ideal çəkisi ilə bağlı bel zədələnməsinin hansı səviyyədə baş verə biləcəyini müəyyən edən dərin elmi tədqiqatlar mövcud deyil. Bununla belə, əksər təlimatlar göstərir ki, yüklənmiş bir məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10-15%-dən çox olmamalıdır. Yəni, əgər övladınızın çəkisi 40 kq-dırsa, onun məktəb çantası 4-6 kq-dan çox olmamalıdır. 


Əgər uşağınız məktəbə piyada və ya velosipedlə gedirsə, çantanın çəkisini bədən çəkisinin 10%-i civarında olması daha məqsədəuyğundur.


Bəzi araşdırmalarda şagirdlərin oxuduğu sinfə uyğun olaraq məktəbli çantalarının müvafiq çəkiləri olduğu bildirilir, hətta bir çox ölkələrdə məktəbli çantaları üçün normalar, təlimatlar da mövcuddur:Çanta çiyinlərə asılarkən onun bağları elə tənzimlənməlidir ki, ağırlıq bərabər paylansın. Belə ki, [American Occupational Therapy Association](https://www.aota.org/) 2020-ci ildə dərc etdiyi “Ergonomics and Backpack Safety” adlı məqaləsində qeyd edir ki, çantanın kəmərləri uşağın çiyinlərinə yaxşıca uyğun gəlməli və onlara əlavə təzyiq yaratmamalıdır. Çantanın bel hissəsi, onurğa sütununu dəstəkləmək üçün düz və uyğun olmalıdır. Düzgün yerləşdirilmiş kəmərlər çantanın yükünü bədənə düzgün şəkildə yayaraq qamət problemlərinin qarşısını alır.


**Məktəbli çantası uzun müddət çiyinlərdə daşınmamalıdır**


Yuxarıda qeyd etdiyimiz kimi, məktəb çantası bel və çiyinlərdə narahatlıq yaratmayan çəkidə olmalıdır. Həmçinin çantanı uzun müddət daşımamağa diqqət yetirilməlidir. Bu baxımdan evə yaxın məktəblər daha əlverişlidir.\

\

Nəzərə almaq lazımdır ki, məktəb çantaları getdikcə uşaqlarda onurğa və bel prblemlərinə səbəb olur. Xüsusilə onurğanın inkişafının baş verdiyi 8-18 yaş arasında kürək çantalarının getdikcə daha tez-tez istifadəsi uşaqlarda bel və çiyin ağrılarının artmasına, onurğanın əyilməsinə, hətta ağciyərlərə və tənəffüs yollarına məhdudlaşdırıcı təsirlərə [səbəb ola bilər](https://www.healthline.com/health-news/how-much-should-your-childs-school-backpack-weigh).


**Məktəb çantasının bel səviyyəsindən 5 santimetr yuxarıda qalmasına diqqət yetirin**


Məktəb çantasının düzgün seçimi və istifadəsi çox önəmlidir. İlk növbədə, mümkün qədər yüngül bel çantalarına üstünlük verilməlidir. Çanta alarkən onun boş çəkisini diqqətlə nəzərə alın; unutmayın ki, əlavə aksesuarlar çantanın ümumi çəkisini artıracaq. Çantanı tənzimləyərkən, onun bel səviyyəsindən [5 santimetr yuxarıda qalmasına](https://www.bhavanspearlalain.com/policy-on-bag-weight/) diqqət yetirin, çünki aşağı düşən çanta beldə ağırlıq yarada bilər.


Çantanı daşıyan zaman hər iki çiyindən asılması vacibdir, tək çiyində daşınması düzgün deyil. Əşyaların çantada bərabər paylandığından əmin olun; daha ağır əşyalar üçün arxa və orta gözləri seçin. Çantanı yerdən qaldırarkən dizlər bükülü şəkildə, çantanı iki əllə tutaraq qaldırmalıdır.


Valideyn olaraq həftədə ən azı bir dəfə çantanı tamamilə boşaldıb lazımsız əşyaları çıxarmağınız və övladınıza çantanı necə düzgün daşımalı olduğunu xatırlatmağınız yaxşı olar.


**Bunlarla yanaşı, övladınız üçün məktəb çantası seçərkən aşağıdakı tövsiyələri nəzərə ala bilərsiniz:**


- Çantanın bir yox, uzunluğunu tənzimləmək mümkün olan iki qulpu olması. Qulplar uşağın qolunu sıxmamalı, onun hərəkət rahatlığını təmin etməlidir;

- Pambıq materialdan və xüsusi ortopedik qaydalarla hazırlanmış beli əzməyən modellər prioritet olmalıdır. Kitabların künclərinin və ya digər sərt alətlərin uşağın kürəyini əzməməsi üçün arxa “yastığı” olan çantalar daha məqbul sayılır;

- Dərslik və digər ləvazimatlarla yüklənən çanta aşağı çəkiləcəyi üçün qulplar yumşaq, dolğun və bərabər uzunluqda olmalıdır. Bu, çantanı daşıyarkən çiyin hissəsinin rahatlığını təmin edəcəkdir;

- Əlavə cib və bölmələrin olması üstünlük sayılır ki, bura da su və qida məhsulları qoymaq mümkündür;

- Şagirdə məktəb çantasını toplayarkən dərs cədvəlinə əməl etmək və artıq çəkidən qaçmaq gərəkdiyini izah etmək lazımdır. Gigiyena dəsti, salfetlər və dezinfeksiyaedici vasitələr də unudulmamalıdır.




Həmçinin oxuyun:
Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Yaş və pedaqoji psixologiya haqqında bilmədiklərimiz OXUYUN !

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Nadir İsrafilov: “Əgər hər məktəb dörd geyim formasından birini seçəcəksə, bunun nəyi vahid forma olur.”

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

Dərsləri müşahidə edərkən....Kurikulum üzrə mütəxəssisin fikirləri

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Təhsil sağlamlıq bahasına olmamalıdır

Təhsil sağlamlıq bahasına olmamalıdır

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

İxtisas seçimi zamanı nələrə diqqət edilməlidir?-Mütəxəssislərin tövsiyələri.

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Mənəvi-psixoloji yük azmış kimi, “çanta yükü” də bir yandan - TƏHLİL...

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?