AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Bölgə / Şagird
13 sentyabr 2025
818

Məktəbli çantası ilə bağlı valideynlərə ÇAĞIRIŞ



Yeni tədris ili ərəfəsində valideynləri maraqlandıran əsas məsələlərdən biri də çanta seçimidir. Bu, çox aktual və vacib mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır. Lakin məktəbli çantası uşağın sağlam inkişafı üçün böyük əhəmiyyət daşıyır. Uşağın daşıdığı çanta dolu halda onun bədən çəkisinin 10-15 faizindən artıq olmamalıdır. Yəni, 30 kiloqramlıq bir uşaq üçün maksimum 3-4 kiloqram normaldır. Çanta boş halda isə yüngül, yəni bir kiloqramdan az olmalıdır.

 

AzTehsil.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimov səsləndirib.

 


O bildirib ki, çantanın ölçüsü uşağın boyuna uyğun olmalıdır:



“Çantanın kürəyin eni qədər və ya bir az dar olması məsləhət görülür, yəni beldən aşağı sallanmamalıdır. Çünki çanta ağır olsa və tək tərəfli çiyin asqısı istifadə edilsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar onurğada sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemləri, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, başağrısı yaradacaq.


 


Həmçinin valideynlər bilməlidirlər ki, ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pilləkənləri qalxıb-enən uşaqlarda ayaq ağrıları daha çox olur. Məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə şərait yaradır. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələləri həddindən artıq yüklənir və ağrı meydana gəlir.



Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları isə əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsi deməkdir.

 


Çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 santimetr) və yumşaq olmalıdır. Uzunluğu tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır. Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil. Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə, əl və qola gedən sinirlər zədə alacaq”.

 


Məktəbli çantasının düzgün seçilməsinin uşağın onurğa sağlamlığı üçün son dərəcə vacib olduğuna diqqət çəkən Q.Kərimov əlavə edib ki, çünki uşaqlar hər gün uzun müddət onu daşıyır, çantanın forması, çəkisi və quruluşu onların sağlamlığına birbaşa təsir edir. “Ən vacibi duruş və skelet sağlamlığıdır.


 


Belə ki, ağırlığı düzgün paylamayan çantalar bel, boyun, kürək əyriliklərinə, həmçinin uşaqlarda skolioz, kifoz və lordoz riskinin artmasına səbəb ola bilər. Digər bir səbəb əzələ və oynaqların qorunmasıdır.



Ağır və düzgün formalaşmayan çanta çiyin, bel və diz oynaqlarına əlavə yük salır. Bu da, uşaqda tez yorulma, əzələ gərginliyi yaradır. Qeyd etmək istəyirəm ki, rahat çanta şagirdlərə dərs yüklərinin daşımasını asanlaşdırır. Bu zaman uşaq özünü daha rahat və güvənli hiss edir, dərsə həvəslə gedir.


Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyun ağrılarına səbəb ola, hətta gələcəkdə onurğa problemlərinə görə müalicə zərurəti yarana bilər. Yəni, məktəbli çantasının düzgün seçilməsi təkcə rahatlıq üçün yox, uşağın ümumi sağlam inkişafı üçün həyati dərəcədə vacibdir.

 


Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır, düzgün seçilməyən və ya ortopedik dəstək verməyən çantalar skolioz, kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi ortopedik problemlərə səbəb ola bilər. Düzgün seçilmiş çanta isə onurğaya bərabər yük yayılmasını təmin edir, çiyin, boyun və bel ağrılarının qarşısını alır”, - deyə o vurğulayıb.

 


Travmatoloq-ortoped deyib ki, çantanın yüngül, ortopedik arxa dayaqlı və tənzimlənən iki çiyin qayışı olmalıdır. Belə olduğu təqdirdə, uşaq çantanı düzgün və sağlam şəkildə daşıya bilir:

 


“Bu problemin həllində valideynlərin rolu əvəzsizdir. Onlar uşağın çantasını gündəlik yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar. Həmçinin uşağa çantanı iki çiyində və düz duraraq daşımağı öyrətməli, düzgün duruş üçün sadə ev məşqləri və çantanın iç çəkisinə müntəzəm nəzarət etməlidirlər.


 


Eyni zamanda, ortopedik ayaqqabılar və idmanla uşağın əzələlərini gücləndirməlidirlər. Bundan əlavə, masa arxasında duruş qaydalarına əməl etməli və mütəmadi olaraq ortopedik müayinəyə aparmaqları tövsiyə olunur.



Əgər uşaq çanta daşıdıqdan sonra bel, boyun və ya çiyin ağrısından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindən yuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunu deyirsə, gedişində axsama, tarazlıq problemi və ya bel nahiyəsində asimmetriya varsa, bu, artıq yük və ya yanlış çanta istifadəsinə işarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciət edilməlidir”.

 


O, həmçinin diqqətə çatdırıb ki, valideynlər çanta seçimini zövqə görə deyil, sağlamlığa görə etməlidirlər.

 


“Uşaq çantasını rahat daşımalı və heç bir narahatlıq hiss etməməlidir. Çünki çanta sağlam gələcəyin vacib detallarındandır. Valideynlər uşaqların çantasını nə qədər diqqətlə seçər, yüklənməsinə nəzarət edər və düzgün daşıma vərdişlərini aşılayarsa, bir o qədər gələcəkdə travmatoloji və ortopedik fəsadların qarşısını ala bilər”, - deyə Q.Kərimov bildirib.



Həmçinin oxuyun:
“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

“Bədən dili”ndən necə düzgün istifadə etmək olar? - VİDEO

Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?

Məktəb çantasının çəkisi nə qədər olmalı və alarkən nələrə diqqət edilməlidir?

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

Valideynlərin diqqətinə! Məktəbli çantası seçəndə bunları nəzərə alın

100 yaşlı universitetin əfsanəvi məzunu

100 yaşlı universitetin əfsanəvi məzunu

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Uşaqlarda fəsadlar yaradan ağır məktəb çantaları - VALİDEYNLƏR BUNLARA DİQQƏT ETSİN!

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Boyun ağrıları. Boynumuz niyə xırçıldayır və ağrıyır

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Təhsilin çətin məqamları: Məktəblilərin ağır çanta problemi

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Çantaları özündən ağır uşaqlar - Onlar hansı xəstəliklərlə üz-üzədir?

Təhsil sağlamlıq bahasına olmamalıdır

Təhsil sağlamlıq bahasına olmamalıdır

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

- Bu elə bir mövzudur ki, yalnız təhsil işçiləri üçün deyil, valideynlər, tələbələr və digər şəxslər üçün də əhəmiyyətlidir

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

Məktəb idarəediciləri OXUYUN !!! - Ümumtəhsil məktəblərində dərs cədvəlinin tərtibinə verilən tələblər

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

"Məktəb xəstəlikləri" 50-80% artıb.....

Boynumuz niyə xırçıldayır və ağrıyır?

Boynumuz niyə xırçıldayır və ağrıyır?

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Xoşbəxt və uğurlu həyatın əsas mənbəyi

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Ağır dərs yükünün gələcək bəlaları - TƏHLİL

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili