“Məsuliyyətli insan” mövqeyində duran müəllimlərimizin sayını artırmalıyıq
“Şagirdin uğursuzluğunun çox səbəbi ola bilər ki, onların bir qismi müəllimin təsir dairəsində olmayacaq. Lakin unutmayaq ki, problemli vəziyyətlərdə insanlar adətən 2 mövqedən birini tutur: ya “qurban”, ya da “məsuliyyətli insan” mövqeyi”.
AzTehsil.com xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə açıqlamasında Məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu deyib.
O bildirib ki, “qurban” mövqeyində duran müəllim uğursuzluğun bütün səbəblərini sadalayır və kənara çəkilir. “Məsuliyyətli insan” mövqeyində duran müəllim isə özünə sual verir: “Bəs bu vəziyyətdə mən nə edə bilərəm?” “Qurban” mövqeyində dursaq, “Situasiya məndən asılı olmayaraq belədir” fikrinə inansaq, vəziyyəti dəyişə bilməyəcəyik. “Məsuliyyətli insan” mövqeyində duran müəllimlərimizin sayının artması üçün çalışmalıyıq".