Təhsil ümummilli məsələdir.Təhsildə müxalifət olmur.Münasibət və ya yanaşmalar olur.42 yaşımın 26 ilini Vətənimə,Dövlətimə xidmət həyatımın əsas şüarı üzərində quruldu ,son nəfəsiməcən bu belə davam edəcək in şə Allah.
Yadımdadır 2005-ci ilin sentyabrında cənab Prezident o zaman məktəb direktoru işlədiyim Lerik rayonuna gələrkən , əhali ilə görüşdə bir cümlə işlətdi." Vəzifə səlahiyyət deyil xidmətdir. Hər bir vəzifəli şəxs öz vəzifəsi çərçivəsində xalqa xidmət etməlidir. Bu onların həm vəzifə,həm də vətəndaşlıq borcudur".Həmin gün və həmin cümlə ilə həyatımda bir dönüş yarandı desəm yanılmaram..
Bu gün ölkədə təhsil islahatları gedir.İslahatları dövlət aparır.İslahatlara cənab Prezidentin təyin etdiyi təhsil naziri cənab Mikayıl Cabbarov rəhbərlik edir.Və islahatlar Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan hədəflər üzrə həyata keçirilir.Ümumtəhsil pilləsinə az-çox bələd olan bir təhsil işçisi kimi bütün varlığımla islahatları və nazirimizin verdiyi əmrləri dəstəkləyirəm.
Lakin son 2 ayda təhsil nazirliyinin ayrı-ayrı əməkdaşlarının zor gücünə, dövlətimizin insanlara verdiyi konstitusyon hüquqları tapdalamaqla islahatlarda müəyyən uğur qazanmaq istəyi məni bir təhsil işçisi kimi narahat edir.Bu narahatçılıqlardan bir neçəsini sadalamaq məcburiyyətindəyəm :
1.Təhsil nazirliyinin insan resurları şöbəsinin aparıcı şəxsləri, cənab nazirin səsləndirdiyi fikirlərin əksinə olaraq müəllimlərin (2 ay öncə) müəllimlərin kütləvi sürətdə ixtisar olunacaqları ilə bağlı bəyanat verir, daha sonra nazir müavini bu bəyanatın heç bir əsası olmadını deyir.Və nəticədə çox keçmir ki, 10 gün ərzində minlərlə müəllim işdən əmək qanunvericiliyinə zidd olaraq işdən azad olunur.....
2. Təhsil nazirliyinin 146 xidməti vətəndaşların müraciətlərinə etinasız yanaşır, təhsil nazirliyinə yazılı müraciətlər "Vətəndaşların Müraciətlərinə baxılması haqqında Qaydalara " zidd olaraq vaxtında cavablandırılmılr və ya heç cavablandırılmır.Əvəzində fasebookda "Təhsil şikayətləri " qrupunda Thomas adı ilə açılmış saxta profili işlədən şəxs şikayətlərə baxır.Vətəndaşlar təhsil nazirliyinə yox "gizli qəhraman" olan Thomasa üz tutmaq məcburiyyətində qalırlar.Son nəticədə dövlət orqanı olan TN deyil ,Thomas xalqa "xidmət "edir .Bu hansı məntiqə uyğundur?
3. Təhsil nazirliyinin aparıcı şəxsləri islahatların açıqlığını təmin etməkdən, təhsil işçilərini islahatların uğurlu davamına inandırmaq əvəzinə insanları çaşqınlıq içində buraxıblar.TN sanki Thomasın diktəsi ilə işini qurur.Belə bir vəziyyətin yaranması sadəcə təəsüf doğurur.
4.Yaradılmış Ərazi Hesablama Mərkəzləri RTŞ( və ya ŞTİ)-lətin təhsili idarə edilməsi sahəsinə birbaşa müdaxilə edir ,nəticədə regionlarda təhsilin idarəedilməsində ikihakimiyyətlik yaranıb.Bu iki qrum arasında səlahiyyət və məsuliyyət dairəsi mücərrəd olaraq qalır..
5.RTŞ və məktəb rəhbərləri TN ilə Rayon İcra Hakimiyyəti rəhbərləri ilə münaqişə həddinə çatan münasibətlərin qurbanına çevrilib. Bu hal təhsilin yerlərdə idarə olunmasına böyük maneə yaradır.
6.Keçmiş polis və güc strukturlarının işçilərindən təşkil olunmuş Daxili Nəzarət şöbəsinin əməkdaşları yerlərdə təhsil işçiləri ilə "qoçu" psixologiyası ilə rəftar edirlər.
7. Heç bir pedaqoji təhsili olmayanlar təhsil prosesinə birbaşa müdaxilə edir ,müəllimləri və təhsil işçiləri qorxu altında saxlayırlar.
Dəyərli həmkarlarım burada söylədiklərim son 2 ayda baş verənlərin kiçik bir hissəsidir.Müstəqilliyimizin 26-cı ilindəyik.Təhsil işçiləri keçən bu dövr ərzində Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun ən sadiq ordusu olublar.İndi də cənab Prezdent İlham Əliyevin siyasi kursunun ən sadiq dəstəkləyənlərdir.
Bütün ölkələrdə ,onların rəhbərləri təhsilə xüsusi önəm verirlər. Lakin səmimi deyirəm ,ikinci bir ölkə tanımıram Azərbaycanımız qədər ki, cənab İlham Əliyev və təhsilimizin böyük himayədarı birinci-vitse prezident Mehriban xanım Əliyevə qədər təhsilə bu qədər qayğı göstərsinlər.Heç nə yox təkcə son 12-13 il ərzində təhsil infrastrukturunun 60%-indən çoxunun yenidən -ən son standartlara uyğun qurulması, təhsil işçilərinin əmək haqqının ölkədə digər peşələrə nisbətən dəfələrlə qaldırılması yazdıqlarıma kiçik bir nümunədir.
Onda bəs sual çıxır ortaya : Təhsil işçilərini bilərəkdən dövlətdən və onları himayə edən rəhbərlərdən küskün salmaq kimə və nəyə xidmət edir ?
Təhsil islahatları adı altında hansı proseslər baş verir ?
Bu prosesləri həyata keçirən TN-nin ayrı-ayrı əməkdaşlarına daha bir sualım var : Mindiyiniz 50-120 000 manatlıq maşınlar , yaşadığınız dəbdəbəli həyat hansı pullarla ,hansı zəhmət haqqı ilə ərsəyə gəlib ?
Bəlkə deyəsiniz ? :
Deyəsiniz ki, bu gün özünün konistitusyon hüquqlarını bərpa etmək üçün vəkillərə verilən pulu düzəltmək üçün nişan üzüyünü , evində olan son əmlakını sataraq məhkəmələrə müraciət edən işdən azad etdiyiniz müəllimlər boşuna əziyyət çəkməsinlər , elə gedib onlar da belə rahatlıqla özlərinə firəvan həyat sürsünlər ???
Elşən Qafarov. Karyera Tədris və Araşdırmalar Mərkəzinin direktoru , təhsil eksperti