AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Karyera / Bakalavr / Manşet / Bölgə / Şagird
07 avqust 2025
815

Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür



Artıq bir neçə gündür ki, mətbuatda və sosial şəbəkələrdə xaricdə təhsil alan tələbələrin Xaricdə təhsil alan tələbələrin narazılığı böyüyür – Agentlikdən hələ də həll yolu görsədəcək açıqlama yoxdur.

AzTehsil.com moderator.az-a istinadən xəbər verir ki, Azərbaycan universitetlərinə köçürülməsinə süni əngəllər yaradıldığına dair ciddi narazılıqlar gündəmdədir. Onlarla tələbə və valideyn Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin verdiyi imtina qərarlarının qanunsuz və əsassız olduğunu bildirir. Lakin bütün bu ictimai təzyiqə baxmayaraq, Agentlik hələ də real və ictimaiyyətə yönəlik bir açıqlama verməyib, problemi həll etmək üçün konkret mexanizm təqdim etməyib.

 

Əksinə, tələbələrə təqdim olunan imtinalar isə ziddiyyətli və qanunvericiliyə uyğun olmayan əsaslarla izah edilir. Bildirək ki, xaricdə təhsil alan tələbələrin narazılıqları əsasən iki səbəb üzərində cəmlənib:

 

1. Kredit sayı bəhanəsi ilə imtina: Tələbələrə bildirilib ki, 4 semestrdə 120 kredit toplamaq şərtini yerinə yetirməyiblər (məsələn, 110 kredit toplayıblar). Halbuki Nazirlər Kabinetinin 348 nömrəli qərarının 3.2.2 bəndində açıq şəkildə yazılıb ki, “Akademik borcu olan tələbənin kreditləri normadan az ola bilər.” Bu isə o deməkdir ki, tədris borcu olan tələbəyə kredit azlığına görə rədd cavabı vermək qanun pozuntusudur.

 

2. YÖS imtahanı ilə bağlı absurd arqumentlər: Tələbələrin böyük hissəsi 2023-cü ildə Türkiyə dövlət universitetlərinin keçirdiyi YÖS imtahanı ilə ali məktəblərə qəbul olunub.

 

Lakin Agentlik onlara bildirir ki, yalnız TR-YÖS nəticələri etibarlıdır. Lakin bu hüquqa tam ziddir– çünki TR-YÖS yalnız 2024-cü ildən vahid formada tətbiq olunur və 2023-cü ildə bu tələbin hüquqi əsası olmayıb: “2023-cü ildə imtahan verən tələbədən 2024-cü il nəticəsi tələb olunur. Tələbələrin və valideynlərin əsas narazılığıda ondan ibarətdir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məsələ ilə bağlı doğru-düzgün açıqlama verilmir. Agentlik ictimaiyyətin bu qədər iradına, mediada yayılan xəbərlərə, hüquqşünasların və ekspertlərin rəyinə ya reaksiya vermir, ya da cavablarında problemin həlli üçün heç bir mexanizm göstərmir.Tələbələr sadəcə cavab istəmir. Onlar konkret, qanuni, obyektiv və şəffaf həll yolu tələb edirlər.Amma cavab gəlmir.Bu isə cəmiyyətdə haqlı bir sual doğurur:

 

Agentliyin uğurlu, istedadlı olan tələbələrin önünü kəsməsində məqsədi nədir?



Həmçinin oxuyun:
Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin  nümunələri və onların verilməsi  QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Bakı təhsili: təqvim ilinin təhsil mənzərəsi

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi QAYDASI

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Ülviyyə Qarayeva: Qrant müsabiqələrində şəxslər deyil, QHT layihələri qiymətləndirilir

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti  QAYDASI

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti QAYDASI