AzTehsil.com


Xəbərlər / Abituriyent
06 avqust 2019
2 180


Təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbdən imtina edib



 

 
Maddi çətinliyi ucbatından təhsil ala bilməyən tələbələrin təhsildən imtina etməsi halları ilə demək olar, hər tədris ilində qarşılaşırıq. Bu dəfə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızı məsələni yenidən gündəmə gətirib. Dekan özünün sosial şəbəkə hesabında 2 tələbəsinin təhsil haqqını ödəyə bilmədiyi üçün qəbul olunduğu magistr dərəcəsindən imtina etdiyini paylaşıb:

"İki tələbəm magistraturanı qazanıb, zəhmət çəkib, nailiyyət əldə edib, amma təhsil haqqını ödəyə bilmədiyi üçün... İçim yanır!”.

Dekanın bu paylaşımından sonra "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də problemin ciddiliyini vurğulayıb. R. Məcid bunları qeyd edib:

"Təhsil haqqına görə qazandıqları bakalavr və magistr yerlərindən imtina edənlərin problemi ciddidir. Mənə də bir tələbə müraciət edib, kasıb anasının imkanı olmadığına görə magistrlikdən imtina etmək istəyir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinin dekanı Mahirə Nağıqızının həyəcan təbilini xatırladan baş redaktor fikirlərinə  bunları da əlavə edib:

"Əgər dekan da nalə çəkirsə, problemin ciddiliyinə diqqət verilməlidir. Dövlət təhsillə bağlı çox addımlar atıb. Universitetlər də belə tələbələrdən ilk təhsil haqqını birdəfəyə yox, hissə-hissə tələb edə bilər. 

Bəlkə bu dəfə zəngin adamlarımız təşəbbüs göstərməli, önə çıxmalıdırlar?! Bu qədər zəngin insanlar, imkanlı şəxslər, varlı şirkətlər olan cəmiyyətdə təhsil haqqına görə tələbə adından niyə imtina edənlər olmalıdır ki?! Bu qədərmi özgə dərdinə laqeyd , etinasız olmuşuq?!”.

Qarşıdan Qurban bayramının yaxınlaşdığını qeyd edən baş redaktor imkanlı, inanclı şəxslərə müraciət edib:

"Peyğəmbərimiz də elmi ibadətdən üstün tutub. O "qoyunları sıraya düzüb cənnətə yol axtarınca” bu tələbələri sevindirib savab qazanın! Ən yaxşı cənnət təhsil almaq istəyən gənclərin dualarındadır! Buyurun zənginlərimiz!  Qurbanlarınız mübarək!”.

Deputat Fazil Mustafa da sözügedən mövzu ilə əlaqədar çağırışlara qoşulub. O, təhsil kreditlərinin verilməsi məsələsini xüsusi vurğulayıb:

"Rəşad Məcid təhsil kreditinin verilməsi məsələsini aktuallaşdırdı, tam dəstəkləyirəm. Baxmayaraq ki, Milli Məclisdə dəfələrlə deputat həmkarlarımız mövzunu diqqətə gətirib, ancaq reallaşması mümkün olmayıb. Bəlkə bu sayaq ictimai hərəkətlənmə sayəsində hökumətimiz mövzunu bir daha gündəmə çıxara və imkan verməyə ki, maddi çətinlik ucbatından kimsə təhsildən kənarda qalsın”.

Mövzunun aktuallığını nəzərə alaraq, təhsil haqqını ödəyə bilməyən aztəminatlı tələbələrə kredit verilməsini təmin edən "Maarifçi Tələbə Kredit” Fondu ilə əlaqə saxladıq. Fonddan verilən məlumata görə, kredit imkanlarından istifadə edəcək tələbə auditoriyasının daha da genişləndirilməsi üçün yeni qaydalar hazırlanır. Hətta yeni konsepsiyanın bu tədris ilində açıqlanacağı bildirilib. O da diqqətə çatdırılıb ki, fond bu vaxtadək 15 universitetlə əməkdaşlıq etmiş və həmin universitetlər tərəfindən müraciət edən tələbələrlə ümumilikdə 247 təhsil krediti müqaviləsi imzalanıb.
Tələbələrin təhsil haqqı çətinliyi barədə Modern.az-a danışan təhsil eksperti Kamran Əsədov hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 160 minə yaxın tələbənin təhsil aldığını xatırladıb. O vurğulayıb ki, tələbələrin 70 faizi öz vəsaiti hesabına, yəni, ödənişli əsaslarla, 30 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır:
"Bu isə o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 120 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Hesab edirəm ki, Maliyyə Nazirliyi tələbələrin təhsil haqqını ödəyə bilmələri üçün konkret iş yerlərinin açılması təklifləri verməlidir. Belə ki, Konstitusiyaya görə, dövlət maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var. Bunu dövlət təmin edir.

Dünya təcrübəsinə baxaq. ABŞ-da tələbələr verilən kreditləri heç ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, mən o kredit verdiyim tələbəni işlə təmin edə bilməmişəm. Bizdə deyəsən, 165 min tələbədən 200 nəfərinə kredit verilməsini böyük rəqəm kimi görürlər. Hazırda təxmini 200 tələbəyə "Maarifçi Tələbə Kredit” Fondu güzəştli şərtlərlə kredit verib ki, buna etiraz etmək deyil, haqqında danışmaq belə gülüncdür. Məsələn, statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni, I-II kursda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Qardaş Türkiyədə də kredit sistemi mövcuddur və tələbələrə çox ciddi güzəştlər edilir. Yaxşı olar ki, hər hansı bir kreditlə tələbəni yükləməkdənsə, Azərbaycanda ali təhsil müəssisələrinin təhsil haqları aşağı salınsın. Çünki bu gün ali təhsil müəssisələrinin təhsil haqları reallığı əks etdirmir”.

Ekspert ali təhsil müəssisələrini bitirənlərin işlə təmin olunması məsələsinə də toxunub. O vurğulayıb ki, hazırda ali məktəb məzunlarının cəmi 42 faizi işlə təmin olunur:

"Bunun üzərində işləmək lazımdır. Bəzi hallarda krediti alanlar geri qaytarmayacaqlar. Tələbələrə krediti dövlət vermir, universitetlər verir. "Maarifçi Tələbə Kredit” Fondu özü pul vermir, bunu verən o fonda üzv olan universitetlərdir. Yəni, Azərbaycanda hazırda tələbələrə güzəştli kreditlərin veriləsi mövcud deyil. Olan cüzi kredit isə "Maarifçi Tələbə Kredit”inindir. Bu fond da özəldir, büdcəsi yoxdur.

Dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni Milli Qəhrəman övladları, I, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, I qrup əlil valideyni olanlar və hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da kredit deyil”.
Özəl bankların da istehlak krediti formatında tələbələrə kredit verdiyini söyləyən K. Əsədov onların sadəcə reklam və müştəri cəlb etmə niyyətli olduğunu bildirib:

"Təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki, dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Qardaş Türkiyədə tələbələrə verilən "yaşıl kart” vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir. Təəssüf ki, ölkəmizdə müstəqillik dövründən bu yana yalnız ölkə başçısının sərəncamı ilə xüsusi kateqoriyada olan şəxslərə təhsil haqları ilə bağlı güzəşt olunur. Başqa tələbələrə yönəlmiş tədbirlər həyata keçirilmir.

Bir neçə il əvvəl "Tələbə kartı” adı altında bəzi geyim və restoranlarda endirim nəzərdə tutan kartlar paylandı. Lakin bu tələbə kartlarının heç bir xeyri olmadı. Həmin mağazalar kifayət qədər bahalı idi və hətta mağazaların xəbəri yox idi ki, güzəşt edilməlidir. Həmçinin, bu cür addımlar atanda regionlarda təhsil alan tələbələri heç nəzərə almırlar. Tələbə güzəşti dedikdə orta məktəbi bitirmiş, ondan sonrakı pillədə təhsil alan bütün şəxslərə şamil olunmalıdır. Layihələrin təkcə Bakıda universitet tələbələrinə şamil edilməsi belə çatışmazlıqdır. Sözsüz ki, belə tədbirlər olsa, çox müsbət addım sayılar. Tələbələr maddi baxımdan elə də təminatlı deyillər. Hesab edirəm, tələbələrlə bağlı bütünlüklə, Naxçıvan, Qazax, Lənkəran və paytaxta qədər bütün ali təhsil müəssisələrini əhatə edəcək layihə işlənməlidir”. (modern.az)



Загрузка...
Həmçinin oxuyun:
Rəşad Məcid kasıb tələbələrə görə müraciət etdi: “Bu qədərmi laqeyd olmuşuq?”

Rəşad Məcid kasıb tələbələrə görə müraciət etdi: “Bu qədərmi laqeyd olmuşuq?”

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Azərbaycanda təhsil haqqını ödəyə bilməyən 7 min tələbə ali məktəbi atıb

Maarifçi Tələbə Kredit Fondunun elan sessiyasının müddəti uzadılıb

Maarifçi Tələbə Kredit Fondunun elan sessiyasının müddəti uzadılıb

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Millət vəkilindən təklif- 7 min tələbə təhsil haqqını ödəyə bilməyirsə...

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

Təhsil haqqını verə bilməyən tələbələrə - Şad xəbər

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

TƏLƏBƏLƏRƏ 7 MİN MANAT KREDİT VERİLƏCƏK-Nadir İsrafilov rəy bildirir

Magistrlar kredit ala biləcək- DİQQƏT

Magistrlar kredit ala biləcək- DİQQƏT

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Yeni tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditləri faizsiz veriləcək

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Təhsil haqqını ödəyə bilməyən tələbələr nə etməli?- TƏHSİL EKSPERTİNDƏN TƏKLİF

Kredit almaq istəyən tələbələrin nəzərinə

Kredit almaq istəyən tələbələrin nəzərinə

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Təhsillə bağlı qanunlarda dəyişiklik gözlənilir

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Tələbə kreditlərinin verilməsində beynəlxalq təcrübə

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Aydın Mirzəzadə: "7 min tələbə təhsilini yarımçıq qoyub, nə etməli?"

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR – Milli Məclis qanunu dəyişdirir

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbəyə dəstək üçün universitetdən möhtəşəm addım

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

Təhsil haqqını ödəyə bilməyən tələbələrə ŞAD XƏBƏR

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

"İllərdir ki, bu vacib məsələni deyirik, gündəmə gətiririk, artıq danışmaqdan da bezmişik, deyiləcək sözümüz qalmayıb"

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Azərbaycanda bütün təhsil pillələri üzrə kreditlərin verilməsi mümkün olacaq

Daha kimlərin təhsili pulsuz olsun?

Daha kimlərin təhsili pulsuz olsun?

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Hansı ali məktəbin güzəştli tələbəsi çoxdur? - SİYAHI

Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? – Minlərlə gəncin problemi

Kəsiri olan tələbənin kredit borcu necə hesablanır? – Minlərlə gəncin problemi

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

Azərbaycanda tələbələr üçün nəqliyyatda güzəşt olacaq

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı

"Ali məktəblərdə təhsil haqları artırılacaq" - Ekspert səbəbi açıqladı