AzTehsil.com


Xəbərlər / Direktor
30 iyun 2017
7 240


ESSE : Rəhbərlik edəcəyiniz məktəbdə məktəbdaxili nəzarəti necə həyata keçirdərdiniz ?



 


Həyatımızın bütün mərhələrində biz nəzarət altındayıq.Uşaqkən valideyinlərimizin,məktəbdə müəllimlərimizin, işdə müdiryyətin və əsasda bütün ömrümüz boyu Allahın.Bəlkədə bu nəzarət olmasaydı biz biz olmazdıq.Hər tərəfdə anarxiya və xaos höküm sürərdi.Odur ki,bir məktəb direktoru məkəbdə nəzarət sistemini düzgün və obyektiv qurmalıdır.

Nəzarət dedikdə bəzilərimizin ağlına diktatorluq gəlir.Elə hesab ediri ki, bu nəzarət bizə hər kəsi öz hökmümüz altında saxlamağa əsas verir. Əsla yox.Bəs nədir məktəbdaxili nəzarət və onu necə qurmalıyıq? Şəxsən mənim fikrimcə bu nəzarət bütün kollektivi düzgün tanımaq, şagirdlərimizin meyl və maraqların nəzərə almaq, rəhbərlik etdiymiz məkətbdə uğur ələdə etmək üçün açardır.Bu açarı necə əldə etmək olar?

Əvvəlcə məqsəddən başlamaq lazımdır.Həyatda məqsədsiz heç bir uğur əldə edilə bilməz.Bundan sonra obyektimizi seçməliyik.Nəyə nəzarət edirəm və niyə?Yoxlamanı planlaşdırma.Nə vaxt və necə yoxlayacağam?Kimi yoxlayacağam?
Məktəbdaxili nəzarətin bir çox növlərindən istifadə etmək olar.
 
Məsələn:
1.Kompleks yoxlama
2.Ümumu mövzü üzrə yoxlama
3.Ümumi sinif üzrə yoxlama.
4.Ümumi fənn üzrə yoxlama.

Nəzarət sistemimdə müxtəlif metodlardan istifadə edərdim.
1.Dərs dinləmə
2.Anketlər hazırlamaq.
3.Sənədləşmənin analizi.
4.Monitorinqlər.
5.Şagirdlərin təlim nəticələri.

Dərs dinləmə hamımıza məlum olan və ən geniş yayılmış nəzarət metodudur.Vaxtaşırı spontal meydana çıxan dərs dinləmələrin çox böyük əhəmiyyəti var.

Müxtəlif əhatə dairəli anketlər hazırlamaq çox səmərəli ola bilər.Aketlərdə həm təhsilverənlərin həm də təhsil alanların problemləri yer almalıdır.
Məkəbin necə deyərlər ağciyərləri sənədləridir.O sənədlərdə olan hər hansı bir yalnışlıq nəfəs almaqdan məhrum edər bizi.Elə buna görədə nfəsimizin həmişə sərbəst çıxmasına çalışmalıyıq.

Monitorinqləri sistemli və davamlı təşkil etməli, mövcud problemləri öyrənib aradan qaldırmalıyıq.Şagird nəticələri bir məktəbin hər şeyidir.Nəticə yoxdursa deməli məktəb də yoxdur.Davamlı nəticələr yoxlanılmalı, çətinlik çəkdikləri fənnlər müəyyənləşdiriliməlidir.Həmin problemlərin həlli yolları tapılmalıdır.

Əgər bir direktor kimi mənim məktəbdaxili nəzarətimdən söhbət gedirsə mən belə bir üsula əl atardım.Təklif və istəklər qutusu deyə bir qutu yaradardım.Məktəbin foyesində yerləşdirərdim.Həm kollektivin həmdə şagirdlərin təkliflərin ,istəklərin, problemlərin, şikayətlərin bu üsulla ortaya çıxartmağa çalışardım.

Bilirsiniz əsas məsələ nədir.Obyektiv olmaq.Obyektiv nəzarət sistemi qurmaq.Ayrıseçkiliyə, ədalətsizliyə yol verməmək.Ancaq və ancaq uşaqların mükəmməl təhsil almasın düşünmək.Bunlara sahib olan bir direktora nəzarət sistemi qurmaq üçün dağa-daşa düşmək lazım olmayacaq.Təməli düzgün atılmış bir binaya sonradan dayaq vurmaq lazım olmur.




Загрузка...
Həmçinin oxuyun: