AzTehsil.com


Xəbərlər
02 mart 2017
3 258


“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”



“Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur”

 

Təhsilin idarə olunmasında ciddi problemlər var. İdarəetmə üzrə tanınmış amerikalı ekspert Gary Hamel  son 200 ildə həyatımızı dəyişən ixtira və kəşflərin siyahısına daxili yanma mühərriki, yarımkeçiricilər, müasir tibb dərmanları, internet və menecmenti daxil edib. O, hesab edir ki, bəşəriyyətin ən böyük ixtiralarında biri menecmentdir. Biz ona insanları birləşdirən, səfərbər edən, öz resurslarını, istehsal məhsullarını təşkil edən alət və ya metod kimi baxmalıyıq. Bu səbəbdən də həqiqətən menecment həyatımızı dəyişən beş ixtiradan biridir. Misal olaraq, Cənubi və Şimali Koreyanın idarəetməsini göstərmək olar. İdarəetmədə əsas şərt dövləti (milli) mənafenin şəxsi mənafedən üstün tutulmasıdır.
 
Bu istiqamətdə Hz. Peyğəmbərimizdən bir örnək: İslam dininin banisi islam dövlətinə başçılıq edəndə özünə aid bütün suçları bağışlayıb, amma ümumi mənafeyə qarşı edilmiş suçları  bağışlamayıb.
 
Bu günkü Sinqapurun uğurları da bu faktorla bağlıdır. Təhsil sisteminin idarə olunmasında demokratiyanın rolu da böyükdür. Düzgün demokratik seçim yararsız məmurların təyinatına imkan verməz. Təhsilin keyfiyyətinə nəzarət edən qurum yoxdur.
 
Şahlar Əsgərov (tanınmış azərbaycanlı alim, Milli Məclisin elm və təhsil komissiyasının sabiq sədri)



Загрузка...