Xəbərlər
26 yanvar 2017
1502

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş

Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır-Şahlar Əskərov

 

Dünən Azərbaycan Texniki Universitetinin Elmi Şurasının iclası keçirilib. İclasda universitetin İctimai Şurasının üzvülərindən Flora Xelilzade, Şayeddin Əliyev, Reyhan Hüseynova və təhsil üzrə ekspert Şahlar Əskərov iştirak edib. Gündəliyin birinci məsələsi il ərzində görülən elmi işlərin nəticələrinin müzakirəsi idi. Ciddi və faydalı müzakirə getdi. Tətbiqi və tənqidi fikirlər də söylənildi. Dekan Ramiz Hüseynov elmə xərclənən pulun iqtisadiyyatımıza xeyir vermədiyindən gileyləndi. İctimai şuranın sədri kimi Şahlar Əskərov da öz fikirlərini söyləyib.
 
Şahlar Əskərov öz çıxışında Elyaz Babayevin adını çəkib və deyib ki, Azərbaycanda ilk və son "KƏŞF" diplomunu AzTU-nun bu alimi alıb. Bu universitet texniki ziyalıların sıx toplandığı ali məktəbdir. Tanınmış təhsil eksperti çıxışııda müsəlman dünyasının elmdə geri qalma səbəblərindən də danışıb. Ekspert hesab edir ki, ölkəmizdə elm kəsilməz spektr (bütün mümkün elmi istiqamətlər) üzrə yox, zolaqlı (texnologiyaya çevrilə bilən) spektr üzrə maliyələşsə faydalı olar. Və elmin "başı" ilə məşqul olmalıyıq, "quyruğu" ilə yox. Bütün istiqamətlər üzrə elmi ancaq super dövlətlər inkişaf etdirə bilər. Bizə iqtisadiyyatımızı yüksəldən elm lazımdır.
 
aztehsil.com

DİQQƏT! Direktor.az saytı məktəb rəhbərləri üçün metodik saytdır !




DİQQƏT! DİQ və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə əyani və distant hazırlaşmaq istəyənlər Məktəbşünaslıq Kurslarımıza müraciət edə bilər. 0506725911 Zəng və ya votsap yazın.



Загрузка...
loading...