AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Yazarlar / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Ekspert / Bölgə
17 oktyabr 2025
1 036

Ali təhsilin müddəti azalmalıdırmı?



Ali təhsilin müddəti azalmalıdırmı?


AzTehsil.com xəbər verir ki bu barədə açıqlama verən təhsil eksperti Kamran Əsədov öz fikirlərini bölüşüb.Ali təhsilin müddətinin azaldılması məsələsi sadəcə “zamanın qısaldılması” deyil, məzmuna, keyfiyyətə və əmək bazarının real tələblərinə uyğunlaşdırma məsələsidir.


Araşdırmalarım göstərir ki, Avropada 28 ölkədən 19-da bakalavr təhsili 3 ildir. Yeni qaydalarda Almaniya, Niderland, İtaliya və Türkiyə kimi ölkələrdə “3+2” modeli (3 il bakalavr + 2 il magistr) Bolonya sisteminə tam uyğun hesab olunur. Bu model həm tələbələrin tez əmək bazarına daxil olmasına, həm də ixtisaslaşmış magistr proqramlarına yönəlməsinə şərait yaradır.


Azərbaycanda hazırda bakalavr pilləsi 4 il, magistr pilləsi 2 ildir. Amma reallıqda çoxlu sayda tələbə bakalavr pilləsində artıq 3-cü ildən sonra ixtisas üzrə baza biliklərini tam formalaşdırır. Sonuncu il isə daha çox təkrar, qeyri-ixtisas fənləri və formallıqlarla keçir. Əslində son kurs tamamilə mənasızdır. 


 Əmək bazarına baxsaq, Dövlət Statistika Komitəsinin 2024-cü il hesabatına görə, bakalavr məzunlarının 57 faizi məzun olduqdan bir il ərzində ixtisası üzrə iş tapa bilmir. Bunun əsas səbəbi — tədris proqramlarının əmək bazarının tələblərindən gecikməsi və çox uzun tədris dövrləridir.


🌍 Dünyada təhsil müddətinin qısaldılması keyfiyyətin azalması deyil, fokusun artırılması deməkdir. Finlandiyada bakalavr təhsili 3 ildir, lakin proqramlarda praktik komponent 40%-ə yaxındır. ABŞ-da da “accelerated bachelor” proqramları geniş yayılıb – 3 illik intensiv model tələbə üçün həm iqtisadi, həm də motivasiya baxımından daha səmərəlidir.


📘 Əlbəttə, tibb, mühəndislik və hüquq kimi sahələr istisnadır. Amma pedaqogika, sosial elmlər, iqtisadiyyat, tarix, filologiya, turizm, kənd təsərrüfatı kimi sahələrdə 3 illik model həm beynəlxalq uyğunluğu təmin edər, həm də tələbəyə vaxtında peşə fəaliyyətinə başlama imkanı verər.


 Tədris müddətinin 3 il olması, magistratura pilləsinin isə 1 ilə endirilməsi təhsil sistemini çevikləşdirəcək, universitetləri real nəticələrə fokuslayacaq, tələbə üçün isə həm zaman, həm də iqtisadi qənaət demək olacaq.


Bu addım Elm və Təhsil Nazirliyinin islahat xəttinə uyğun, dünya təcrübəsinə əsaslanan rasional və müasir yanaşmadır.

 Məqsəd təhsilin müddətini azaltmaq deyil, dəyərini artırmaqdır.




Həmçinin oxuyun:
Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Əmək Pensiyası ilə bağlı 25 SUAL - 25 CAVAB

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Ceyhun Kərəmov: Elə müəssisələrimiz var ki...- Müsahibə

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Magistratura təhsili önəmlidir ?- EKSPERTLƏR

Azərbaycanda da bakalavr təhsili 3 illik ola bilərmi?

Azərbaycanda da bakalavr təhsili 3 illik ola bilərmi?

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Təhsilvermə (təhsilləndirmə) modelləri. - Beynəlxalq təcrübə

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Beynəlxalq qiymətləndirmə təcrübəsi -SƏVİYYƏLƏR

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Yaponiya təhsili haqqında bilmədiklərimiz

Peşə məktəbindən universitetə açılan qapı

Peşə məktəbindən universitetə açılan qapı

Təhsilvermə (təhsilləndirmə) modelləri

Təhsilvermə (təhsilləndirmə) modelləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

Məleykə Abbaszadə DİM-in yaradılmasının 5-ci ildönümü ilə bağlı fikirlərini bölüşüb

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

TƏHSİL DAİRƏSİ PEDAQOJİ NƏZƏRİYYƏSİ

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Səriştələrin tanınması peşə təhsilinə yanaşmanı dəyişəcək

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili