AzTehsil.com

Xəbərlər / Yazarlar / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Məktəbə qədər və məktəbdən kənar / Bölgə
09 noyabr 2025
1 051

Bağçalarda sevgi yoxdursa...- ƏTRAFLI



Bağçalarda sevgi yoxdursa, heç bir sistem uşağı qoruya bilməz.

Uşaqlara qarşı zorakılıqla bağlı xəbərləri eşitmək artıq insanın içini sızladır. Tovuzdakı bağçada baş verən hadisə də onlardan biridir - iki il öncə yaşanıb, amma indi üzə çıxır. Təəssüf ki, bu, tək bir hadisə deyil. Bənzər görüntülər zaman-zaman fərqli bölgələrdən gəlir, və çox vaxt bu zorakılıqların arxasında dayələr və baxıcılar dayanır. Amma məsələ təkcə onların kimliyi və hansı meyarla işə götürülməsində deyil. Əsas məsələ onların içində uşaq sevgisinin olub-olmamasıdır.


AzTehsil.com xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova  uşaqlara qarşı zorakılığın səbəbləri, fərdi və sistemli problemlərin rolu, həmçinin dünya təcrübəsindən götürülə biləcək nümunələrdən danışarkən bildirib.


"Çünki uşaq sevgisi yoxdursa, heç bir diplom, təlim və ya sistem işə yaramaz. Axı insan necə ola bilər ki, ona əmanət edilmiş bir uşağa öz malıymış kimi davranır? Hələ bir də bu davranışı "tərbiyə" kimi əsaslandırmağa çalışır. Uşaq qorxudan tərbiyə almır, sadəcə travma qazanır. Bu insanlar çox vaxt öz daxilində yığılıb qalmış gərginliyi, psixoloji boşluqları uşaqlardan çıxır. Deməli, problem təkcə pis niyyətli fərdlərdə deyil, həm də emosional yetkinliksiz insanların uşaqlarla işləməsinə şərait yaradan sistemdədir.


Burada ikinci bir məsələ də nəzarət və məsuliyyət mexanizmlərinin zəifliyidir. Bəzi bağçalarda kamera var, amma ya işləmir, ya da ona heç kim baxmır. Valideynlərlə əlaqə çox formal səviyyədə qurulur. Uşaqlarla işləyən personalın psixoloji vəziyyəti, stresslə mübarizə bacarığı, uşaqla davranış mədəniyyəti isə heç kim tərəfindən izlənilmir. Halbuki, bu işin əsası elə insan amilinin sağlamlığıdır.


Dünya təcrübəsinə baxanda görürük ki, bu iş başqa cür tənzimlənir. Məsələn, Finlandiya və Norveçdə uşaq baxıcısı olmaq istəyən hər kəs yalnız tibbi yoxlama yox, həm də emosional sabitlik testlərindən keçir. Yaponiyada isə bağçalarda yeni işçilər altı ay müddətinə təcrübəli mentorun nəzarətində olur, yəni tək buraxılmır. ABŞ və İngiltərədə bəzi bağçalarda valideynlər üçün “canlı izləmə sistemi” var. Uşaq otaqlarında kameralar onlayn izlənilə bilir. Bu, təkcə nəzarət deyil, həm də valideynin inamını qorumaq üsuludur.


Belə sistemlərdə məqsəd kimisə “tutmaq” yox, uşağın təhlükəsizliyini təmin etməkdir. Valideyn bilir ki, övladı sevgi və diqqət içindədir, işçi isə anlayır ki, məsuliyyət daşıyır.


Azərbaycanda da bu istiqamətdə çox şey etmək olar. Əvvəla, bağçalara işə qəbul zamanı psixoloji testlər və etik davranış təlimləri məcburi olmalıdır. Hər işçi uşaqla işləmək üçün “sertifikatlı şəxs” kimi tanınmalıdır. İkincisi, kamera sistemləri formal deyil, real nəzarət vasitəsinə çevrilməlidir. Valideyn komitələri, ictimai nəzarət, və ən əsası, mütəmadi psixoloji dəstək və təlimlər mütləq tətbiq edilməlidir.


Çünki bağça sadəcə uşağın oynadığı yer deyil, onun həyatla ilk tanışlığıdır. Orada gördüyü hər şey gələcəkdə insana, sevgiyə, dünyaya münasibətini formalaşdırır. Əgər o ilk mühitdə qorxu, qışqırıq və zorakılıq görürsə, biz onun dünyasına zərbə vurmuş oluruq.


Uşağa qarşı zorakılıq təkcə hüquqi məsələ deyil, vicdan məsələsidir. Bütün sistemlərdə nəzarət ola bilər, amma uşağa baxan insanın ürəyində sevgi yoxdursa, heç bir mexanizm onu əvəz edə bilməz.


Uşaq sevgisi öyrədilmir, amma düzgün seçim və davamlı nəzarət o sevgisizlərin bu sahəyə girməsinə imkan verməməlidir. Çünki uşaq gələcəyin deyil, vicdanın aynasıdır".



Həmçinin oxuyun:
Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

MƏKTƏBDƏ  IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN  TƏŞKILI TƏCRÜBƏSINDƏN

MƏKTƏBDƏ IDEOLOJI XARAKTERLI TƏDBIRLƏRIN TƏŞKILI TƏCRÜBƏSINDƏN

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu  Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

MÜƏLLİMLƏR OXUYUN ! Pedaqoji Şuranın işinin məzmunu Pedaqoji Şuranın fəaliyyət pirnsipləri

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Uşaqların təhlükəsizliyi üçün ciddi ÇAĞIRIŞ

Uşaqların təhlükəsizliyi üçün ciddi ÇAĞIRIŞ

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Tərbiyənin növləri

Tərbiyənin növləri

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Uşaqların xüsusiyyətləri

Uşaqların xüsusiyyətləri

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

İmtahana necə hazırlaşmalı ?

İmtahana necə hazırlaşmalı ?

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Ən Güclü Sevgi, "Ana Sevgisi"

Ən Güclü Sevgi, "Ana Sevgisi"

Müəllimlər cəmiyyətin səssiz QƏHRƏMANLARIDIR

Müəllimlər cəmiyyətin səssiz QƏHRƏMANLARIDIR

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Müəllimi ittiham eləmək asandır-Müəllim-şagird qovğası: kimdir günahkar?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Valideynlər gənc nəslin tərbiyəsində nəyə xüsusi diqqət yetirməlidirlər?

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Ən çox soruşulan 34 SUALA CAVABLAR....

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.