"Vl Yay Düşərgəsi" nin açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili”nə həsr olunan Diaspor Gənclərinin Vl Yay Düşərgəsinin açılış mərasimi keçirilib.
AzTehsil.com xəbər verir ki, açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov, Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, Heydər Əliyev Fondunun nümayəndəsi Aydan Ramazanova, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Yusif Vəliyev çıxış ediblər.
2025-ci ilin 3-9 avqust tarixlərində Xankəndi şəhərində keçirilən tədbirə dünyanın 61 ölkəsindən 128 azərbaycanlı və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri qatılıblar.
Qeyd edək ki, Qarabağ Universiteti Yay Düşərgəsinin rəsmi tərəfdaşlarından biridir.