Agentlik rəsmisindən - AÇIQLAMA
_"İlk dəfə olaraq Nazirlər Kabinetinin 171 saylı qərarı və beynəlxalq sənədlər əsasında "oyuncaq siyasəti" sənədi hazırlanıb". AzTehsil.com bunu MÜTDA-nın Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məktəbəqədər və ümumi təhsil ilə bağlı brifinqdə deyib."Sənəddə yaş qruplarına uyğun olaraq hansı növ və neçə ədəd oyuncağın təqdimedilməli olduğu əksini tapıb. Bu sənədə əsasən bağçalara oyuncaqlar bağlama şəklində təqdim edilib. Müəssisələrin qida ilə təminatı diqqət mərkəzindədir. Artıq iki ildir ki, qidalanma ilə bağlı pilot layihəsi tətbiq olunur. Uşaqların gündəlik qidalanma rasionu vahid menyu ilə tənzimlənir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə əməkdaşlıq çərçivəsində indiyədək 1600 nəfər qida ilə məşğul olan əməkdaş təlimlərə cəlb edilib. 900 müəssisədə qida nümunələri götürülərək laborator analizlər aparılıb. Bu il də 500 müəssisədə təlimlərin təşkili, laborator analizlərin davam etdirilməsi və mətbəxlərdə maarifləndirici plakatların yerləşdirilməsi planlaşdırılır".