AzTehsil.com

Xəbərlər / Valideyn / Direktor / Müəllim / Digər Elan / Cəmiyyət / Manşet / Bölgə
25 iyul 2025
1 116

AzMİU məzunları “YÜKSƏLİŞ” müsabiqəsinin qalibləri sırasında

AzMİU məzunları “YÜKSƏLİŞ” müsabiqəsinin qalibləri sırasında.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin beşinci mövsümünün qalibləri bəlli olub. 20 nəfərin qalib elan olunduğu builki müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) məzunu Numrəddin Hüseynov da var.

AzTehsil.com xəbər verir ki, Numrəddin Hüseynov 2014-cü ildə AzMİU-nun Tikinti iqtisad fakültəsinin menecment ixtisasını bitirib. Hazırda o, özəl sektorda – Bakcell şirkətində Marketinq Kommunikasiyalar şöbəsinin rəisi vəzifəsində çalışır. Onun bu uğuru AzMİU-da formalaşan peşəkar potensialın və liderlik bacarıqlarının parlaq nümunəsidir.

AzMİU-nun məzunu olmuş digər qalib isə Əli Kərimlidir. O, Türkiyənin İstanbul Texniki Universitetində mexanika mühəndisi ixtisası üzrə bakalavriat, ADA Universitetində biznesin təşkili və idarə edilməsi ixtisası üzrə magistratura, Azərbaycan Memarlıq və İnşaat Universitetində isə sahə iqtisadiyyatı ixtisası üzrə aspirantura/doktorantura təhsili alıb. Hazırda dövlət sektorunda – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) qrup rəhbəri vəzifəsində çalışır. Müsabiqənin final mərhələsi 2025-ci ilin iyul ayında “Baku Ekspo Mərkəzi”ndə baş tutub. Ümumilikdə 124 finalçı arasında keçirilən seçim nəticəsində 20 nəfər ən yüksək bal toplayaraq qalib elan olunub. Onların 42.86 faizi dövlət, 57.14 faizi isə özəl sektorda fəaliyyət göstərir.

“Yüksəliş” müsabiqəsi qeydiyyat, onlayn, əyani, yarımfinal və final olmaqla 5 mərhələdən ibarətdir. Yarımfinal mərhələsində iştirakçılar strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, innovativlik, komanda işi, etika və digər səriştələr üzrə qiymətləndirilib. Finalda isə iştirakçılar “İdarəçi rollar modeli” əsasında ekspertlərin dəyərləndirməsindən keçib. Qiymətləndirmə prosesi beynəlxalq səviyyədə qəbul olunmuş və obyektivliyi ilə seçilən “Assessment Conference” metodu əsasında təşkil olunub. Bu metod iştirakçıların performansına kompleks yanaşma tətbiq edir və yekun qərarların kollegial əsasla qəbul edilməsini təmin edir. Qaliblər tanınmış rəhbər şəxslərin mentorluğu ilə bir illik fərdi inkişaf proqramına qoşulmaq və 20.000 manat məbləğində pul mükafatı qazanmaq imkanı əldə edirlər.

Qeyd edək ki, beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam Prezident İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində imzalanıb. Bu uğur AzMİU-nun yüksək təhsil standartlarının, yetişdirdiyi kadrların dövlət və özəl sektorda rəqabətqabiliyyətli olduğunu bir daha təsdiqləyir.

Həmçinin oxuyun:
II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

II qrup üzrə ixtisasların ən son keçid balları - Abituriyentlərin nəzərinə!

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

200-dən aşağı bal toplayan abituriyentlərin -DİQQƏTİNƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

Elmimizin məbədi - MÜSAHİBƏ

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

İnşaat Kollecinin şəhid məzunu AzMİU-da anılıb

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

AzMİU-da “Azərbaycan memarlıq irsinin qorunması və istifadəsi” adlı elmi konfrans keçirilib

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

Təhsil Nazirliyinin ƏSASNAMƏSİ

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

ADPU- da Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümünə həsr edilmiş tədbir keçirilib

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb direktoru olmaq istəyənlər üçün - Azərbaycan Respublikası Təhsil Qanunu ilə bağlı qəbul edilmiş normativ sənədlərin SİYAHISI

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Ali məktəblərdə ödənişli ixtisaslar üçün - Təhsil haqları müəyyənləşdi - QİYMƏTLƏR

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

Memarlıq və İnşaat Universitetində İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır?

Məktəb direktoru necə olmalıdır?

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Həyatının uğur salnaməsini yazan gənclər

Həyatının uğur salnaməsini yazan gənclər

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikasinin Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb

AzMİU-nun tələbəsi müsabiqədə İphone 7 qazanıb