AzTehsil.com

Xəbərlər / Qabaqcıl təcrübə / Pedaqoji nəşrlər / Pedoqojitəcrübə / Direktor / Müəllim / Digər Elan / Mədəniyyət / Cəmiyyət / Dünya / Bölgə
17 iyul 2025
1 036

Təhsildə yeni ƏMƏKDAŞLIQ



ADNSU ilə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb. İyulun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında əməkdaşlıq memorandumu imzalanıb.


AzTehsil.com xəbər verir ki, universitetdə keçirilən görüşdə tərəflər potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. Memorandumu ADNSU-nun rektoru, dosent Rüfət Əzizov və Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli imzalayıblar.


Rektor Rüfət Əzizov qonaqları salamlayaraq universitetin təhsil imkanları, ikili diplom proqramları və beynəlxalq reytinqlərdə əldə olunan nailiyyətləri barədə məlumat verib. Bildirib ki, ADNSU ölkənin qabaqcıl ali təhsil müəssisəsi olaraq əmək bazarının tələblərinə uyğun kadr hazırlığına xüsusi önəm verir. Onun sözlərinə görə, universitet yüzlərlə özəl və dövlət müəssisəsi ilə əməkdaşlıq edir ki, bu da müxtəlif sahələr üzrə mütəxəssis çatışmazlıqlarının və gələcək potensialın müəyyənləşdirilməsinə imkan yaradır.


Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli çıxışında qurumun fəaliyyəti və məqsədləri barədə məlumat verib. O, ali təhsil müəssisələri ilə sıx əməkdaşlığın institusional potensialın gücləndirilməsinə xidmət etdiyini bildirib. Qeyd edib ki, bu əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılır, təcrübə proqramları təşkil olunur və əmək bazarının tələblərinə uyğun təhsil modelləri hazırlanır. Bu yanaşma, eyni zamanda, gənclərin məşğulluq imkanlarının genişlənməsinə şərait yaradır.


Memoranduma əsasən, tərəflər mühəndislik, texnologiya və sənaye sahələrində fəaliyyət göstərən şirkətlərlə birgə əməkdaşlıq edəcək, işə qəbul meyarları və əmək bazarının tələblərini təhlil edərək məzunların bacarıqları ilə bu tələblər arasındakı fərqlərin azaldılması üçün təkliflər hazırlayacaqlar. Yeni əməkdaşlıq çərçivəsində həmçinin sənaye ilə daha sıx inteqrasiya olunmuş elmi-tədqiqatların aparılması, texniki və innovativ təlimlərin təşkili də nəzərdə tutulur.



Həmçinin oxuyun:
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

İlk təcrübə və böyük uğur

İlk təcrübə və böyük uğur

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Azərbaycan kimi ölkə üçün 51 universitet çoxdur!

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”  2017

“Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” 2017

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

ADPU-nun fəaliyyətinin yenidən qurulması ilə bağlı İNKİŞAF STRATEGİYASI qəbul edilib

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Təhsil Nazirliyi: 2020-ci təqvim ili rəqəmlərdə

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

ADNSU və Böyük Britaniyanın Lester Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Uğurlu təhsil islahatlarının banisi

Uğurlu təhsil islahatlarının banisi

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

“Qərb Universitetinin məqsədi uğurlar əldə edəcək kadrlar hazırlamaqdır”

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində

Azərbaycanın qabaqcıl müəllimləri “My Magical Dust-2019” Beynəlxalq Layihəsində