Yeni təyin olunmuş DİREKTORLAR
Yeni təyin olunmuş direktorlarla görüş keçirilib.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə təyin olunmuş direktorlarla görüş keçirilmişdir.
AzTehsil.com xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinat münasibətilə məktəb direktorlarını təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşdə həmçinin əmək intizamı, məktəbəqədər, fərdi təhsil, ev təhsili, dərs bölgüsü, kadr işinin təşkili və digər mövzular barədə məlumat verilib, əsas tapşırıqlar direktorların diqqətinə çatdırılıb.