Bu məktəbdə 74 şagird "MƏZUN " olub
AzTehsil.com xəbər verir ki, Quba - Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan , Quba rayon R.Məmmədov adına Alekseyevka məktəbində "Son Zəng" tədbiri keçirilib. Tədbirdə 74 məzun və birinci sinif şagirdləri iştirak edib.
Bildirilib ki, tədbirdə Quba Rayon Təhsil Sektorunun nümayəndəsi Baxışov Fuad və Birinci Qarabağ döyüşündə şəhid olmuş məktəbimizin məzunu Qalib Əliyev Səmid oğlunun qardaşı Zəfər Əliyev də iştirak edərək, məzunlara öz xoş arzularını bildiriblər.
Məzunların və birincilərin maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb. Sonda tədris ili ərzində fərqlənən müəllim və şagirdlərə "TƏLTİFNAMƏLƏR" təqdim olunub.
Bu möhtəşəm günün yaşatdığı duyğular və fəxarət hissi hələ yaddaşlarda çox qalacaq.
Hər bir məzuna uğurlar arzulayırıq!