Xəbərlər / Ekspert
26 avqust 2021
952


Sədr müavini-Məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.

 

"Zəfər tarixi”ni də əvvəllərdə olduğu kimi tarix müəllimləri tədris edəcəklər ki, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir”.

Bunu Təhsil Nazirliyi yanında İctimai şuranın sədr müavini Nadir İsrafilov  deyib.

Sədr müavini-Məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir.

 



"Bu ilin mart ayının ortalarında isə Təhsil naziri Emin Əmrullayev "Facebook” səhifəsindəki canlı yayımda bildirmişdi ki, növbəti ildən məktəblərdə "Qarabağ tarixi” fənninin adı "Qarabağın zəfər tarixi” adı altında IX sinif şagirdlərinə tədris olunacaq. Onun sözlərinə görə, burada əsas məqsəd Qarabağ tarixini, müstəqilliyimizin ilk illərində onu niyə itirdiyimiz, uzunmüddətli danışıqlar prosesi, ən vacibi Azərbaycanın qazandığı zəfərin gənc nəslə çatdırılmasıdır. Nəhayət, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.08.2021-ci il tarixli əmrinə əsasən, Azərbaycan Respublikasının tədris Azərbaycan dilində və digər dillərdə aparılan, azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları və "Tədris planlarına dair qeydlər” təsdiq edilib ki, sözü gedən məsələ də burada öz əksini tapıb”.

"Bildiyim qədər, artıq bununla bağlı müəyyən addımlar atılıb və eyniadlı dərsliyin layihəsi hazırlanaraq hələ may ayından ekspertlərə təqdim olunub, müvafiq düzəliş və təkliflər müəlliflər qrupuna təqdim olunub. Bu dərsi də əvvəllərdə olduğu kimi tarix müəllimləri tədris edəcəklər ki, burada məqsəd şagirdlərə Vətən müharibəsi ilə bağlı ümumi mənzərəni göstərməkdir. Nəzərə alsaq ki, bu gün təlim-tərbiyə verdiyimiz yeniyetmə və gənclər sabahın Vətən müdafiəçiləridir, əminlik hissi ilə qeyd etmək olar ki, yeni nəslin vətənə sevgi, vətənpərvərlik, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunması, Azərbaycanımız üçün əsl vətəndaş yetişdirmək böyük gələcəyimiz naminə ən mühüm şərtlərdən biri kimi təhsilimizin qarşısında duran əsas vəzifədir”.

"Yeri gəlmişkən, hələ 2014-cü yeni tədris ili ərəfəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.02.2014-cü il tarixli, 206 nömrəli əmri ilə təsdiq olunmuş "Qarabağ tarixi” adlı fənnin orta məktəblərdə tədris olunması, rus və Azərbaycan dilində eyniadlı dərsliklərin hazırlanması birmənalı qarşılanmasa da o zaman Qarabağ probleminin cəmiyyətdə diqqət mərkəzində olması və artıq beynəlxalq problemə çevrilməsi şagirdlərə Qarabağ ərazisi haqqında daha dolğun və ətraflı məlumatların çatdırılmasını zəruri edirdi. Artıq, 9-cu siniflərdə tədris olunacaq "Zəfər tarixi” fənni əvvəllər 8-ci sinifdə tədris olunan "Qarabağ tarixi” fənnini əvəz edəcək. Zəfər tarixi fənnində şagirdlərə Birinci Qarabağ müharibəsi və zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi haqqında məlumat veriləcək. Daha konkret ümumiləşdirmə aparsaq, Qarabağ əzəli Azərbaycan torpağıdır və Qarabağ tarixi – Azərbaycan tarixidir…”

"Məlum olduğu kimi, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı "Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” sərəncama əsasən artıq, Azərbaycan Respublikasında İkinci Qarabağ müharibəsində qələbə şərəfinə "Zəfər günü” qeyd edilir. Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı dekabrın 2-də verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10 -nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Ölkə başçımız Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə – Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır”.
Məqalə Göndər








Загрузка...
Həmçinin oxuyun:
IX siniflərdə “Qarabağın zəfər tarixi” tədris olunacaq

IX siniflərdə “Qarabağın zəfər tarixi” tədris olunacaq

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Azərbaycan Zəfər Gününün tarixi dəyişdirildi – RƏSMİ

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Prezidentdən Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması barədə SƏRƏNCAM

Məktəblərdə “Zəfər tarixi” kursu tədris ediləcək

Məktəblərdə “Zəfər tarixi” kursu tədris ediləcək

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Tarixi qələbənin tədrisi üçün plan təsdiq edildi

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Azərbaycanda Vətən Müharibəsi ilə bağlı Anım Günü təsis edildi – SƏRƏNCAM

Ən çox medal alan generallar... - FOTO

Ən çox medal alan generallar... - FOTO

Gələn ildən məktəblərdə “Qarabağın zəfəri" adlı dərs keçiriləcək

Gələn ildən məktəblərdə “Qarabağın zəfəri" adlı dərs keçiriləcək

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

9 May - Qələbə Günü münasibətilə onlayn dəyirmi masa keçirilib

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Şəhidlərin xatirəsinə həsr olunmuş “Zəfər yürüşü” tədbiri

Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı

Zəfər muzeyinin məzmununun hazırlanması ilə əlaqədar ekspert qrupu yaradıldı

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

Bütün direktorların və müəllimlərin nəzərinə! Təhsil naziri yeni əmr imzaladı: 15 sentyabrda bütün məktəblərdə...

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

2020-ci il Zəfər ili kimi tarixdə qalacaq

Nadir İsrafilov : Hər bir təhsil işçisinin  vəzifəsi, “Qarabağ Azərbaycandır!” zəfər çağırışına öz töhfəsini verməkdir.

Nadir İsrafilov : Hər bir təhsil işçisinin vəzifəsi, “Qarabağ Azərbaycandır!” zəfər çağırışına öz töhfəsini verməkdir.

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

ADNSU-nun rektoru “Həqiqət” Tarixi Araşdırmalar İctimai Birliyində olub

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

Azərbaycanda “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edildi - FƏRMAN

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Biz zəfər qazandıq!” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”

Nazir müavini: “Dərsliklərdə dəyişikliklərə başlanılıb”

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

Zəfər paradına həsr olunmuş VİDEOÇARX

“Bir dövlətin iki tarixi olmur”    EKSPERTdən sərt münasibət

“Bir dövlətin iki tarixi olmur” EKSPERTdən sərt münasibət

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

İntellektual müsabiqənin rayon mərhələsi başa çatıb

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Nadir İsrafilov: “Əslində 30 illik deyil, əsrə bərabər bir həsrətə son qoyulmuş olur…”

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Azərbaycan xalqı ən məğrur,yenilməz xalq, ordumuz dünyanın ən güclü ordusu kimi tarixə yazıldı.

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert

Zəfər paradına kimlər buraxılacaq? - Hərbi ekspert